Bizə yazın

Baku

-°C

USD

-

2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək - SƏRƏNCAM

Cəmiyyət 16 Noyabr 2026, 13:34

503

2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək.

Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

3. “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident Xəzərin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair Fərman imzalayıb

Prezident İlham Əliyev Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Fərman imzalayıb.Citypost.az xəbər verir ki, Fərmana görə, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazisində (adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna olmaqla) torpaqların idarə olunması, istifadəsi və onların mühafizəsinin təşkili sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan Respublikasının...

16 Noyabr 2026, 13:39

Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə olunub

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.Citypost.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.Görüşdə Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, o cümlədən əməkdaşlığın yeni modellərinin hazırlanması məsələləri müzakirə olunub.Hikmət Hacıyev Azərbaycanın NATO-nun fəal və etibarlı tərəfdaşı olduğunu vurğulayıb. O, ölkənin hərbi imkanları, strateji coğrafi mövqeyi, regional bağlantıların inkişafı və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə danışıb.Həmçinin, Azərbaycan–NATO əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb....

16 Noyabr 2026, 13:38

Sabahın hava proqnozu açıqlanıb

Noyabrın 17-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi dağlıq və...

16 Noyabr 2026, 13:30

Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər

Din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, o cümlədən və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər.Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb.İndiyə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:- onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;- məhkumluğu ödənilməmiş və...

16 Noyabr 2026, 13:28

Sahil Babayev AÇIQLADI:Gələn ildən belə OLACAQ

Gələn ilin dövlət və icmal büdcələrinin layihələri strateji çağırışlar nəzərə alınmaqla tərtib olunub.Citypost.az  xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.Nazi qeyd edib ki, icmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun növbəti il üçün gəlirləri 13,3 mlrd. manat, xərcləri isə 12,1 mlrd. manat məbləğində nəzərdə tutulur: “Fondun büdcəsinin profisiti 1,2 mlrd. manat təşkil edir.2027-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 9,2 mlrd. manat, xərcləri isə 9,3 mlrd. manat, İcbari Tibbi Sığorta Fondunun gəlirləri 2,3 mlrd. manat, xərcləri 3 mlrd. manat, İşsizlikdən Sığorta...

16 Noyabr 2026, 13:00

Prokuror general qızı haqda qərardan protest verdi

Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, protest artıq məhkəməyə təqdim edilib.Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımın azadlıqda qalmasına razı deyil. İstintaqdan yayınma, tərəflərə təsir ehtimalları da əsas götürülərək general qızının həbs edilməsi tələb olunur.Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.Qeyd edək ki, bu iş üzrə şikayətçi də ehtiyatda olan general-mayor -  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayevdir. İttihama görə, T.Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə C.Rzayevdən külli miqdarda pul alıb.Ötən həftəsonu Sumqayıt Şəhər Məhkəməsi Türkər Əliyevanın...

16 Noyabr 2026, 12:54