Sahil Babayev AÇIQLADI:Gələn ildən belə OLACAQ
Cəmiyyət 16 Noyabr 2026, 13:00
379
Gələn ilin dövlət və icmal büdcələrinin layihələri strateji çağırışlar nəzərə alınmaqla tərtib olunub.
Citypost.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazi qeyd edib ki, icmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun növbəti il üçün gəlirləri 13,3 mlrd. manat, xərcləri isə 12,1 mlrd. manat məbləğində nəzərdə tutulur: “Fondun büdcəsinin profisiti 1,2 mlrd. manat təşkil edir.
2027-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 9,2 mlrd. manat, xərcləri isə 9,3 mlrd. manat, İcbari Tibbi Sığorta Fondunun gəlirləri 2,3 mlrd. manat, xərcləri 3 mlrd. manat, İşsizlikdən Sığorta Fondunun gəlirləri 268,9 mln. manat, xərcləri isə 319,2 mln. manat təşkil edəcək.
Həmçinin oxuyun
Bu fondların büdcələrinin kəsiri onların formalaşdırdıqları ehtiyatları hesabına qarşılanacaq.
Növbəti il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 mln. manat məbləğindədir. Muxtar Respublikanın öz gəlirlərinin cari illə müqayisədə 40 mln. manat və ya 15 faiz artması gələn il üçün dövlət büdcəsindən ayrılan dotasiyanın 13,6 mln. manat və ya 6,4 faiz azalmasına imkan yaradıb.
2027-ci il üçün dövlət və icmal büdcələrinin layihələri ölkəmizin qarşısında duran strateji çağırışlar nəzərə alınmaqla tərtib olunub. Bu layihələrin dəstəklənməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet kimi müəyyən edilmiş istiqamətlərin, habelə dövlətin əsas vəzifə və funksiyalarının həyata keçirilməsi üçün tam maliyyə təminatı formalaşdıracaq”.
Prokuror general qızı haqda qərardan protest verdi
Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, protest artıq məhkəməyə təqdim edilib.Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımın azadlıqda qalmasına razı deyil. İstintaqdan yayınma, tərəflərə təsir ehtimalları da əsas götürülərək general qızının həbs edilməsi tələb olunur.Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.Qeyd edək ki, bu iş üzrə şikayətçi də ehtiyatda olan general-mayor - Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayevdir. İttihama görə, T.Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə C.Rzayevdən külli miqdarda pul alıb.Ötən həftəsonu Sumqayıt Şəhər Məhkəməsi Türkər Əliyevanın...
16 Noyabr 2026, 12:54
Dövlət qulluğunda yeni qaydalar qüvvəyə mindi –Prezidentdən MÜHÜM FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Fərman imzalayıb.Citypost.az xəbər verir ki, Dövlət Qulluğu Məcəlləsinin layihəsi 15 fəsil, 94 maddədən ibarətdir.Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar gündən 6 qanun ləğv edilir. Həmin qanunlar aşağıdakılardır:- "Dövlət qulluğu haqqında" qanun;- "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" qanun;- "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" qanun;- "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında" qanun-...
16 Noyabr 2026, 12:44
Qazi İsmayıl Hüseynzadə faciəli şəkildə öldü
Vətən müharibəsi qazisi İsmayıl Hüseynzadə həyatını itirib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə onun qardaşı, xaricdə təhsil konsultantı Rüfət Hüseynzadə məlumat verib.O qeyd edib ki, İ.Hüseynzadə ötən gün ev şəraitində dəm qazından zəhərlənərək ölüb.
16 Noyabr 2026, 12:34
Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi
“Təbriz” MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.Şəlalə Həsənovanın sədrlik etdiyi məhkəmə tərkibi müttəhimi verilmiş ittihamlarla təqsirli hesab edib.Hökmə əsasən, N.Hacıyev 11 il 6 ay azadlıqdan məhrum olunub. T.Məhəmmədova isə şərti cəza verilib. Bundan əlavə, Nabranda yerləşən, üzərinə həbs qoyulmuş “Atlant” İstirahət Mərkəzi müsadirə edilib.Məlumatı vəkil Ceyhun Yusifov saytımıza təsdiq edib.Qeyd edək ki, Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir....
16 Noyabr 2026, 12:29
Qeyri-adi yolçuluq: Marşrut avtobusu dəniz kənarı ilə hərəkət etdi
Abşeron rayonunun Novxanı qəsəbəsindən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsinə gedən 537 nömrəli marşrut avtobusunun qeyri-adi hərəkət istiqaməti diqqət çəkib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
16 Noyabr 2026, 11:57
Əli Əsədov və hökumət üzvləri parlamentdə
Milli Məclisin növbəti plenar iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 2027-ci il üzrə büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi də daxildir.İclasda gələn ilin büdcə sənədləri ilə bağlı təqdimatlar dinləniləcək, deputatlar layihələrə dair fikir və təkliflərini səsləndirəcəklər.Bu gün başlayan büdcə müzakirələri üç gün davam edəcək. Milli Məclis noyabrın 17-də və 18-də də büdcə zərfinə daxil olan qanun layihələrini müzakirə edəcək.İclasda Baş nazir Əli Əsədov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, və hökumət üzvləri iştirak edirlər....
16 Noyabr 2026, 11:10