Bizə yazın

Baku

-°C

USD

-

Dövlət qulluğunda yeni qaydalar qüvvəyə mindi –Prezidentdən MÜHÜM FƏRMAN

Cəmiyyət 16 Noyabr 2026, 12:44

489

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Fərman imzalayıb.

Citypost.az xəbər verir ki, Dövlət Qulluğu Məcəlləsinin layihəsi 15 fəsil, 94 maddədən ibarətdir.

Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar gündən 6 qanun ləğv edilir. Həmin qanunlar aşağıdakılardır:

- "Dövlət qulluğu haqqında" qanun;

- "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" qanun;

- "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" qanun;

- "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında" qanun

- "Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında" qanun;

- "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanun.

Azərbaycan Respublikasının digər normativ hüquqi aktları Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq ediləcək.

Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindiyi günədək qüvvədə olmuş "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən və etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"na malik olan şəxslər həmin sertifikatın qüvvədə olma müddəti ərzində bu Məcəlləyə uyğun olaraq müsahibələrdə iştirak etmək hüququna malik olacaqlar.

Bu Məcəllə dövlət orqanlarında qulluqkeçmənin ümumi qaydalarını və şərtlərini, mülki növ dövlət qulluğunda qulluq keçən dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı münasibətləri tənzimləyəcək. Xüsusi növ dövlət qulluğunda qulluqkeçmə (xidmətkeçmə) bu Məcəllənin Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğu vəzifəsinə təyin edilmək hüququna, dövlət qulluğu vəzifəsinə təyinatın müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin dövlət qulluqçusunun şəxsu işi nəzərə alınmaqla, Azərbaycan Respublikasının digər qanunları ilə tənzimlənəcək.

Bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Milli Məclisinideputatlarına, Baş nazirə və onun müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katiblərinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, Ali Attestasiya Komissiyasının sədrinə və sədr müavininə, Azərbaycan Respublikası Media və Yayım Şurasının sədrinə və digər üzvlərinə, yerli icra hakimiyyəti başçılarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbərinə, habelə hərbi qulluqçulara şamil olunmur.

Bu Məcəllə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qazi İsmayıl Hüseynzadə faciəli şəkildə öldü

Vətən müharibəsi qazisi İsmayıl Hüseynzadə həyatını itirib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə onun qardaşı, xaricdə təhsil konsultantı Rüfət Hüseynzadə məlumat verib.O qeyd edib ki, İ.Hüseynzadə ötən gün ev şəraitində dəm qazından zəhərlənərək ölüb.

16 Noyabr 2026, 12:34

Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi

“Təbriz” MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.Şəlalə Həsənovanın sədrlik etdiyi məhkəmə tərkibi müttəhimi verilmiş ittihamlarla təqsirli hesab edib.Hökmə əsasən, N.Hacıyev 11 il 6 ay azadlıqdan məhrum olunub. T.Məhəmmədova isə şərti cəza verilib. Bundan əlavə, Nabranda yerləşən, üzərinə həbs qoyulmuş “Atlant” İstirahət Mərkəzi müsadirə edilib.Məlumatı vəkil Ceyhun Yusifov saytımıza təsdiq edib.Qeyd edək ki, Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir....

16 Noyabr 2026, 12:29

Qeyri-adi yolçuluq: Marşrut avtobusu dəniz kənarı ilə hərəkət etdi

Abşeron rayonunun Novxanı qəsəbəsindən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsinə gedən 537 nömrəli marşrut avtobusunun qeyri-adi hərəkət istiqaməti diqqət çəkib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

16 Noyabr 2026, 11:57

Əli Əsədov və hökumət üzvləri parlamentdə

Milli Məclisin növbəti plenar iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 2027-ci il üzrə büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi də daxildir.İclasda gələn ilin büdcə sənədləri ilə bağlı təqdimatlar dinləniləcək, deputatlar layihələrə dair fikir və təkliflərini səsləndirəcəklər.Bu gün başlayan büdcə müzakirələri üç gün davam edəcək. Milli Məclis noyabrın 17-də və 18-də də büdcə zərfinə daxil olan qanun layihələrini müzakirə edəcək.İclasda Baş nazir Əli Əsədov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, və hökumət üzvləri iştirak edirlər....

16 Noyabr 2026, 11:10

Bakıda bu ərazidə evi olanlara ŞAD XƏBƏR

İstər yeni tikililərdə, istərsə də köhnə mənzillərdə qiymətlər yüksəlir. Bahalaşma kirayə mənzil  bazarında da müşahidə edilir.Citypost.az Ajans.az-a istinadən xəbər verir ki, Qiymətləndiricilər Palatasının məlumatlarına görə, 2026-cı ilin üçüncü rübündə mənzil bazarında qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz yüksəlib. İlkin mənzil bazarında bahalaşma 10,4 faiz, təkrar mənzil bazarında isə 8,4 faiz təşkil edib.Kirayədə isə 2026-cı ilin sentyabr ayında icarəçilərin ödədiyi kirayə haqları illik müqayisədə 5,7 faiz, aylıq müqayisədə isə 1,9 faiz artıb.Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, qiymət artımları daha çox çıxarışlı, ümumi sahəsi az olan və ipoteka predmetinə çevrilən əmlaklarda müşahidə olunur.Xüsusilə Nəsimi, Nərimanov, Yasamal və...

16 Noyabr 2026, 11:00

ABŞ-nin Bakıdakı səfirliyi avtomobillərini satışa çıxarıb - Foto

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, hərracda məişət texnikası, metal stullar, bağ mebelləri, müxtəlif təyinatlı əşyalar, həmçinin 2012 və 2013-cü il istehsalı olan "Toyota Land Cruiser" markalı avtomobillər satışa çıxarılıb.Səfirliyin məlumatına görə, Bakı üzrə növbəti hərrac sessiyası bu gün başlayıb və 18 noyabr saat 10:00-da bağlanacaq.Qeyd olunub ki, qalib gəlmiş şəxslər etibarlı şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan manatı ilə nağd şəkildə həyata keçirməlidirlər....

16 Noyabr 2026, 10:50