Bizə yazın

Baku

-°C

USD

-

Bakıda polis əməkdaşı vəfat etdi

Hadisə 16 Noyabr 2026, 13:18

444

Azərbaycanda polis əməkdaşı vəfat edib.

Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, Şərur rayon, Maxta kəndindən olan polis serjantı Elvin Qabil oğlu Abbasov səhhətində yaranmış problem səbəbindən Bakı şəhərində vəfat edib.

E.Abbasov Maxtada dəfn olunub.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Neftçalada kanalda meyit tapılıb

Neftçala rayonunda kanalda meyit tapılıb.Citypost.az xəbər verir ki, noyabrın 14-də Mürsəqulu kənd sakini 1969-cu il təvəllüdlü Şahin Kazımovun meyiti Xolqaraqaşlı kəndinin ərazisindən keçən su kanalında tapılıb. Meyit sudan çıxarılıb.Onun bir gün əvvəl itkin kimi axtarıldığı bildirilir. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.Araşdırma aparılır. (APA)

16 Noyabr 2026, 12:17

Sumqayıt-Novxanı yolunda sərnişin avtobusunda tüstülənmə

Sumqayıt-Novxanı yolunda 123 saylı marşrut avtobusunda texniki nasazlıq səbəbindən tüstülənmə baş verib.Citypost.az xəbər verir ki,Oxu.Az-ın sorğusuna cavab olaraq daşıyıcı şirkətdən məlumat verilib.Bildirilib ki, nəqliyyat vasitəsində tüstülənmə olduqdan sonra sərnişinlər dərhal avtobusdan endiriliblər:"Sərnişinlər əraziyə xətdən ayrılan digər nəqliyyat vasitəsilə mənzil başına çatdırılıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb. Nasaz avtobus xətdən kənarlaşdırılıb".Daşıyıcı şirkət həmçinin qeyd edib ki, sözügedən xətt üzrə avtobusların yenilənməsi planlaşdırılır....

16 Noyabr 2026, 11:50

Paytaxtda oğurluq edənlər saxlanıldı

Paytaxtın Sabunçu və Nəsimi rayonları ərazisində yerləşən mağaza və evlərdən oğurluqlar edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə Sabunçu rayonu ərazisindəki mağazalardan birindən 2 620 manat dəyərində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən mağazanın əməkdaşı Ş.Əsədova, Nəsimi rayonu ərazisindəki evlərdən birindən 2 000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən N.Rəsulov müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir....

16 Noyabr 2026, 10:57

Azərbaycanda vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib.Citypost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəkil Elçin Əmirov polis tərəfindən tutulub.9 saylı vəkil bürosunda fəaliyyət göstərən E.Əmirov vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq - təkrar törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.Qeyd edək ki, 2 gün əvvəl də vəkil Raman Abışov həbs edilmişdi. O, hədə-qorxu ilə tələb etməkdə ittiham olunur....

16 Noyabr 2026, 10:42

Azərbaycanlı iş adamı Türkiyədə vəfat etdi

Rusiyada yaşayan iş adamı vəfat edib.Citypost.az Oxu24.com-a istinadən, əslən Gəncə şəhərindən olan biznesmen, 1960-cı il təvəllüdlü Saləddin Məmmədov uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində bizneslə məşğul olub.Onun adıçəkilən şəhərdə onlarla ticarət obyektinin olduğu bildirilir. Saləddin Məmmədov bir neçə il əvvəl ağır xəstəliyə yoluxub.Müalicələrə baxmayaraq, sahibkar noyabrın 14-də Türkiyədəki klinikalardan birində dünyasını dəyişib.İş adamı dünən Gəncə şəhərində dəfn olunub.

16 Noyabr 2026, 10:13

DSX-dən əməliyyat: Paraplan zərərsizləşdirildi, iranlı tutuldu

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən paraplan tipli uçuş aparatı müşahidə edilib.Citypost.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində paraplan zərərsizləşdirilib, ümumi çəkisi 21 kiloqram 210 qram narkotik vasitə (19 kq 270 qr marixuana, 1 kq 940 qr tiryək) və 4000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb, uçuş aparatını idarə edən İran İslam Respublikası vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi...

16 Noyabr 2026, 09:58