Bizə yazın

Baku

-°C

USD

-

ABŞ-nin Bakıdakı səfirliyi avtomobillərini satışa çıxarıb - Foto

Cəmiyyət 16 Noyabr 2026, 10:50

431

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.

Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, hərracda məişət texnikası, metal stullar, bağ mebelləri, müxtəlif təyinatlı əşyalar, həmçinin 2012 və 2013-cü il istehsalı olan "Toyota Land Cruiser" markalı avtomobillər satışa çıxarılıb.

Səfirliyin məlumatına görə, Bakı üzrə növbəti hərrac sessiyası bu gün başlayıb və 18 noyabr saat 10:00-da bağlanacaq.

Qeyd olunub ki, qalib gəlmiş şəxslər etibarlı şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan manatı ilə nağd şəkildə həyata keçirməlidirlər.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda bu ərazidə evi olanlara ŞAD XƏBƏR

İstər yeni tikililərdə, istərsə də köhnə mənzillərdə qiymətlər yüksəlir. Bahalaşma kirayə mənzil  bazarında da müşahidə edilir.Citypost.az Ajans.az-a istinadən xəbər verir ki, Qiymətləndiricilər Palatasının məlumatlarına görə, 2026-cı ilin üçüncü rübündə mənzil bazarında qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz yüksəlib. İlkin mənzil bazarında bahalaşma 10,4 faiz, təkrar mənzil bazarında isə 8,4 faiz təşkil edib.Kirayədə isə 2026-cı ilin sentyabr ayında icarəçilərin ödədiyi kirayə haqları illik müqayisədə 5,7 faiz, aylıq müqayisədə isə 1,9 faiz artıb.Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, qiymət artımları daha çox çıxarışlı, ümumi sahəsi az olan və ipoteka predmetinə çevrilən əmlaklarda müşahidə olunur.Xüsusilə Nəsimi, Nərimanov, Yasamal və...

16 Noyabr 2026, 11:00

Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq

Sabah paytaxın bəzi ərazilərində su olmayacaq.Citypost.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.Bildirilir ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı gün ərzində mərhələlərlə bərpa olunacaq.

16 Noyabr 2026, 10:45

AZAL Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı ilə həyata keçirəcək

Azərbaycan Hava Yolları (AZAL) 2027-ci il yanvarın 4-dən etibarən Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı (IST) vasitəsilə həyata keçirməyi planlaşdırır.Bu barədə Citypost.az-a “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.Məlumata görə, bu dəyişiklik aviaşirkətin uçuş proqramının optimallaşdırılması çərçivəsində həyata keçirilir və reyslərin regionun ən böyük beynəlxalq aviasiya qovşaqlarından birində cəmləşdirilməsini nəzərdə tutur.“Məqsəd uçuşların təşkilində səmərəliliyi artırmaq, eyni zamanda İstanbul Beynəlxalq Hava Limanının geniş beynəlxalq marşrut şəbəkəsi sayəsində sərnişinlərə növbəti səyahətlərini planlaşdırmaq üçün daha əlverişli imkanlar yaratmaqdır”, - məlumatda qeyd olunur.Qeyd edək ki, sosial şəbəkələrdə AZAL-ın yeni ildən İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçuşları dayandıracağı barədə məlumatlar yayılıb....

16 Noyabr 2026, 10:08

Bəzi yerlərə qar yağır - FAKTİKİ HAVA

Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir.Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qar yağır.Qar örtüyünün hündürlüyü Şahdağda 20, Qrızda 14, Xınalıqda 7, Kəlbəcərdə 5, Laçında 4, Qubadlıda 2, Qusarda (Laza) 3 sm-dir.Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm-dir.Respublikanın rayonlarında düşən yağıntının miqdarı Qəbələdə 20, Oğuzda 17, Göygöldə 16, Daşkəsəndə 15, Astarada 14, Ağsuda 13, Şamaxı, Bərdə və Tərtərdə 11, Göyçayda 10, Beyləqanda 9, Lənkəran və Gədəbəydə 8, Goranboy, İmişli, Biləsuvar və Kişçayda...

16 Noyabr 2026, 10:05

Səhər Əhməddən tədris olunan əsərlərlə bağlı ÇAĞIRIŞ

Yazar Səhər Əhməd məktəb dərsliklərində tədris olunan ədəbi əsərlərin şagirdlərin yaş xüsusiyyətlərinə uyğun seçilməsi ilə bağlı müzakirələrə münasibət bildirib.O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Səhər Əhməd qeyd edib ki, Mirzə Cəlil və Seyid Əzimin yaradıcılığını yaxşı tanıyır, onların əsərlərini təbliğ edib, eləcə də Mopassanın yaradıcılığına bələddir. Lakin onun fikrincə, müzakirənin əsas mahiyyəti yazıçı və şairlərin yaradıcılığı deyil, həmin əsərlərin hansı yaş qrupuna aid şagirdlərə tədris olunmasıdır.Yazar bildirib ki, indiki orta məktəb auditoriyası əvvəlki dövrlərdən fərqlənir. Məktəblərdə müxtəlif inanclara malik ailələrin övladları təhsil alır, bəzi şagirdlər isə dərsin gedişini pozmaq üçün müxtəlif suallardan və mübahisəli məqamlardan istifadə edə bilirlər. Belə...

16 Noyabr 2026, 09:55

Ötən həftə 182 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.Bu barədə Citypost.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 182 yanğına çıxış, 44 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 61 nəfər xilas edilib, müxtəlif...

16 Noyabr 2026, 09:40