Telman Nüsrətoğlu Fərhad Bədəlbəylinin fikirlərinə etiraz etdi: “Ərdoğanın Şuşaya gəlişi...”
Cəmiyyət 18 Noyabr 2026, 00:30
298
Azərbaycanlı tarixçi-alim, dosent Telman Nüsrətoğlu Xalq artisti, professor Fərhad Bədəlbəylinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Citypost.az xəbər verir ki, alim bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Telman Nüsrətoğlu Fərhad Bədəlbəylinin “İstanbula getmədi şah, Şuşaya gəldi, mat” ifadəsini tənqid edərək, bu yanaşmanın qardaş ölkənin liderinə qarşı özgələşdirici münasibət sərgilədiyini bildirib. Tarixçi-alim hesab edir ki, belə bir ifadə yalnız siyasi mövqeyi deyil, eyni zamanda insanın dünyagörüşünü və mənəvi dəyərlər sistemini də ortaya qoyur.
O qeyd edib ki, İstanbul türk-islam dünyasının tarixi, mənəvi kimliyi və yaddaşı baxımından xüsusi əhəmiyyətə malik şəhərdir. Türkiyə isə iqtisadi gücü, ordusu, əhalisi və beynəlxalq nüfuzu ilə Türk dünyasının aparıcı dövlətlərindən biridir.
Telman Nüsrətoğlu Rəcəb Tayyib Ərdoğanın da müasir dünya siyasətinin nüfuzlu və təsirli liderlərindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev də dəfələrlə Ərdoğanın yalnız Türkiyənin deyil, bütövlükdə Türk dünyasının mühüm siyasi liderlərindən biri olduğunu qeyd edib.
Tarixçi-alim hesab edir ki, Türkiyə Prezidentinin Şuşaya səfərini “mat olmaq” ifadəsi ilə təqdim etmək qardaşlıq münasibətlərinin mahiyyətini düzgün qiymətləndirməməkdir.
“Ərdoğanın Şuşaya gəlişi mat olmaq deyil, Şuşanın şahlanışıdır! Bu, iki dövlətin birliyinin, bir millətin sarsılmaz qardaşlığının təntənəsidir. Bu, ‘Bir millət, iki dövlət’ məfkurəsinin canlı təzahürüdür.
Həmçinin oxuyun
Şuşaya gələn sadəcə Türkiyə Prezidenti deyildi, onun timsalında Şuşaya qardaş Türkiyəmizin iradəsi, sevgisi və Türk dünyasının birlik ruhu da gəlmişdi!” – deyə Telman Nüsrətoğlu paylaşımında bildirib.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə Xalq artisti Fərhad Bədəlbəyli də çıxış edib.
O, çıxışında Azərbaycan mədəniyyətinin ölkə Prezidentinin beynəlxalq səviyyədəki nüfuzuna uyğun inkişaf etməsinin vacibliyini vurğulayıb.
“İstəyirik ki, mədəniyyətimiz Prezidentin səviyyəsində olsun. İstanbula getmədi ‘şah’, Şuşaya gəldi ‘mat’. Bu böyük siyasətdir. Fəxr edirik və istərdik ki, mədəniyyətdə, ədəbiyyatda səviyyəmiz onun səviyyəsində olsun”, – deyə Fərhad Bədəlbəyli qeyd edib.
Turan
Məşhur şadlıq saraylarında nöqsan aşkarlandı
Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib.Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb.Eyni zamanda, "Manisa", "Meridian Luks", "Mirana", "Vegas City Hall" və...
17 Noyabr 2026, 23:23
Üç ailənin yaşadığı ev tamamilə yandı
Lənkəran şəhərində üç ailənin yaşadığı ev tamamilə yanıb.Modern.az Report-a istinadla bildirir ki, hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsində baş verib.Ümumi sahəsi təxminən 150 kvadratmetr olan yaşayış evi qısa müddətdə bütün əşyaları ilə birlikdə tamamilə yansa da, 3-ü uşaq olmaqla 8 nəfər xilas ola bilib.Hadisəyə elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğu ehtimal edilir.Faktla bağlı araşdırma aparılır.
17 Noyabr 2026, 22:25
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət edib.Citypost.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
17 Noyabr 2026, 19:14
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Sabirabad şəhərində Saatlı, İmişli, Sabirabad rayonlarının sakinlərini qəbul edib.Citypost.az xəbər verir ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.Qeyd edək ki, qəbul...
17 Noyabr 2026, 18:50
Azərbaycanın Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb
Noyabrın 17-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, əvvəlcə qonaqlar Zəfər abidəsini ziyarət edərək önünə əklil qoyub, şəhidlərin xatirəsini yad ediblər.Baş Qərargahda təşkil edilən rəsmi qarşılanma mərasimində Azərbaycan Ordusunun Baş Qərargah rəisi və Gürcüstanın Müdafiə Qüvvələri komandanı fəxri qarovul dəstəsinin önündən keçdikdən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-leytenant G.Matiaşvili “Şərəf kitabı”nı imzalayıb.General-polkovnik K.Vəliyev gürcüstanlı həmkarı ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə nümayəndə heyəti...
17 Noyabr 2026, 18:44
Ukraynaya minatəmizləmə fəaliyyəti üçün 70 milyon avro ayrılıb
Niderland, Norveç, Avropa İttifaqı (Aİ) və Finlandiya Ukrayna ərazilərinin minalardan təmizlənməsi üçün 70 milyon avro ayırdıqlarını elan ediblər."Report" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski Brüsseldə keçirilən minatəmizləmə fəaliyyəti üzrə UMAC 2026 beynəlxalq konfransının yekunlarına dair öz "Telegram" kanalında bildirib."Bu mühüm dəstəyə görə Niderland, Norveç, Aİ və Finlandiyaya minnətdaram. Bu, torpaqların təhlükəsiz istifadəyə qaytarılmasını, aqrarların, müəssisələrin və icmaların işinin bərpasını sürətləndirməyə kömək edəcək", – Koretski yazıb.Baş nazirin sözlərinə görə, Ukrayna 2023-2025-ci illərdə 40 min kv. km-dən çox ərazini müayinə edərək yenidən istifadəyə qaytarıb, cari ildə isə bu göstərici daha 5 min kv. km-dən çox olub.O həmçinin bildirib...
17 Noyabr 2026, 18:12