Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan aktyorları məşhur Yaponiya serialında - GÖRÜNTÜLƏR

Sənət aləmi 17 Noyabr 2026, 18:20

524

Yaponiyanın TBS telekanalının reytinqli “VIVANT” serialının ikinci mövsümünün çəkilişləri Azərbaycanda aparılıb.

Modern.az xəbər verir ki, Beynəlxalq layihənin çəkilişlərində 26 azərbaycanlı aktyor iştirak edərək müxtəlif obrazları canlandırıb.

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) nəzdində fəaliyyət göstərən Azərbaycan Film Komissiyası və "Baku Media Center"in əməkdaşlığı çərçivəsində reallaşan layihə ölkəmizin beynəlxalq kino istehsalı potensialını bir daha nümayiş etdirib.

 Bu cür irimiqyaslı layihələrin Azərbaycanda gerçəkləşdirilməsi yerli kino sənayesinin inkişafına, yaradıcı kadrların beynəlxalq təcrübə qazanmasına və ölkəmizin regional kino mərkəzi kimi tanıdılmasına mühüm töhfə verir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

ƏSA teatrının aktrisası vəfat etdi

Bakıda yerləşən ƏSA peşəkar inklüziv teatrının aktrisası Leyla Musayeva vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə teatrdan bildirilib.Qeyd edilib ki, ƏSA Teatrının “Aktyorluq laboratoriyası”nın üzvü olmuş Leyla Musayeva uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.2025-ci ilin sentyabr ayından etibarən ƏSA Teatrının kollektivinə qoşulan Leyla Musayeva burada “Axtarış”, “Hamlet” və “Paris Notr-Dam” tamaşalarında çıxış edib.“Onun həyat uğrunda mübarizəsi, teatra olan sevgisi və səhnəyə bağlılığı bizim üçün son dərəcə dəyərli idi. Leylanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, - deyə ƏSA Teatrının bütün kollektivi adından mərhumun ailəsinə başsağlığı verilib.Allah rəhmət eləsin!...

17 Noyabr 2026, 17:48

Ruhəngiz Musəvi mərhum xalq artisti ilə fotosunu paylaşdı 

Əməkdar artist, müğənni Ruhəngiz Musəvi arxiv fotosunu sosial şəbəkə izləyiciləri ilə bölüşüb.Citypost.az xəbər verir ki, O, 1974-cü ildə lentə alınan “Baladadaşın ilk məhəbbəti” filmində tərəf müqabili olmuş mərhum Xalq artisti Yusif Muxtarovla çəkilmiş fotosunu Facebook hesabında paylaşıb.Sənətçi fotoya “Filmdə mənim nişanlımı oynayan mərhum Xalq artisti Yusif Muxtarov” sözlərini əlavə edib.Qeyd edək ki, Xalq artisti Yusif Muxtarov 2010-cu il aprelin 26-da vəfat edib.Turan...

17 Noyabr 2026, 03:20

Aktyor Cəfər Bayramov vəfat etdi

Ağdam Dövlət Dram Teatrının aktyoru, fəxri mədəniyyət işçisi Cəfər Nəriman oğlu Bayramov vəfat edib.Citypost.az xəbər verir ki, o, 63 yaşında həyatla vidalaşıb. 29 oktyabr 1963-cü ildə Ağdərə rayonunun Baş Güney kəndində anadan olan Cəfər Bayramov 1985–1987-ci illərdə M.Əzizbəyov adına Şuşa Mədəni-Maarif Texnikumunda təhsil alıb. 1988-ci ildən Ağdam Dövlət Dram Teatrında dram artisti kimi fəaliyyət göstərib. İlk səhnə işi Mirzağa Atəşin “Şərəfin sandığı” tamaşası olub. O, N.B.Vəzirovun “Ağa Kərim xan Ərdəbili”, S.İbrahimlinin “Sandığın toyu”, “Cənnət və Cəhənnəm”, Sevinc Elsəvərin “Ürəyində arzu tut”, A.İdrisoğlunun “Qoşulub qaçan qız” və digər tamaşalarda çıxış edib....

16 Noyabr 2026, 22:29

Elariz Amerikadakı qazancından danışdı

ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlu Amerikadakı fəaliyyəti və qazancı barədə danışıb.Citypost.az xəbər verir ki, uzun illərdir ailəsi ilə birlikdə Amerikaya köçən sənətçi bu barədə aparıcı Fərid Rəsula açıqlamasında deyib.O, ABŞ-də toy və ad günlərinə dəvət aldığını, bunun üçün müxtəlif ştatlara getdiyini bildirib. E.Məmmədoğlu Nyu-Yorkda isə restoranında çalışdığını söyləyib:“Toylara, ad günlərinə dəvət edirlər. Başqa ştatlara gedirəm. Nyu-Yorkda isə restoranımda işimi görürəm”.

16 Noyabr 2026, 17:31

Turan Etibaroğlu: Teatr studiyalarında dərs deyən şəxslərin peşəkarlığı yoxlanılmalıdır

Jurnalist Turan Etibaroğlu sosial şəbəkələrdə fəaliyyət göstərən teatr studiyaları və həmin studiyalarda aktyorluq, rejissorluq, səhnə plastikası kimi istiqamətlər üzrə təlim keçən şəxslərin peşəkarlığı ilə bağlı narahatlığını ifadə edib.O, bu barədə özünün Facebook hesabında paylaşım edib.Jurnalist qeyd edib ki, son vaxtlar Instagram və Facebook sosial şəbəkələrində müxtəlif teatr studiyalarının elanlarına tez-tez rast gəlinir. Bu cür təşəbbüslərin artmasını müsbət hal hesab etsə də, özünü aktyorluq və rejissorluq müəllimi kimi təqdim edən bəzi şəxslərin peşəkar hazırlığı ciddi suallar doğurur.Turan Etibaroğlunun sözlərinə görə, həmin şəxslərin bir çoxunu tanıyır və onların sənət təhsili aldıqları dövrdəki bilik və bacarıqlarına, peşəkar səviyyələrinə bələddir. Onu xüsusilə narahat edən...

16 Noyabr 2026, 00:27

Anar Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə verilməsini istəyib

"Dövlət Tərcümə Mərkəzinə ayrılmış büdcə Azərbaycan Yazıçılar Birliyinə yönləndirilməlidir".Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.Xalq yazıçısı bildirib ki, bu maliyyə yardımı Yazıçılar Birliyi üçün mütləq lazımdır:“Tərcümə Mərkəzi əvvəl Yazıçılar Birliyinin tərkibində yaranmışdı, çox yaxşı fəaliyyət göstərdi, sonra ayrı bir qurum kimi fəaliyyətə başladı. Lakin günün birində bu mərkəz nədənsə bağlandı. Yəqin, belə lazım biliblər ki, bağlansın. Amma məsələ odur ki, mərkəz bizdən ayrılanda büdcəsini də özü ilə apardı,...

13 Noyabr 2026, 17:03