Bizə yazın

Baku

-°C

USD

-

Fuad Muradov Vyanada Azərbaycan icması ilə görüşdü

Cəmiyyət 17 Noyabr 2026, 17:52

333

Xaricdə yaşayan azərbaycanlıların milli kimlik, tarixi-mədəni irs və ümummilli maraqlar ətrafında birləşməsi, Azərbaycanla əlaqələrinin davamlı şəkildə inkişaf etdirilməsi dövlətimizin diaspor siyasətinin əsas prioritetlərindəndir.

Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində Avstriyanın paytaxtı Vyanada soydaşlarımızla görüşü bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Azərbaycan icmasının üzvlərinin və diaspor fəallarının iştirak etdiyi görüş Zalsburq Azərbaycan Evinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəzin fəaliyyəti, Avstriyada Azərbaycan mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin təbliği istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, ölkəmizin beynəlxalq müstəvidə tanıdılması, Azərbaycan həqiqətlərinin Avstriya ictimaiyyətinə çatdırılması və soydaşlarımızın milli kimlik ətrafında birləşdirilməsi baxımından mədəniyyət mərkəzlərinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev çıxışında xalqımızın tarixində mühüm yer tutan 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs edib. Bu əlamətdar günlər münasibətilə xalqımızı və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı təbrik edən səfir Azərbaycanın qazandığı tarixi nailiyyətlərin milli birliyimizin və həmrəyliyimizin gücünü nümayiş etdirdiyini qeyd edib. Səfir, həmçinin Avstriyada yaşayan azərbaycanlıların ictimai fəallığını, diaspor təşkilatlarının formalaşması və inkişafı istiqamətində göstərdikləri səyləri yüksək qiymətləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri görüş iştirakçılarına komitənin fəaliyyəti, dövlətimizin diaspor siyasətinin əsas istiqamətləri, xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi, diaspor təşkilatlarının institusional inkişafı və icmaların fəaliyyətinə göstərilən dəstək barədə müfəssəl məlumat verib.

Bildirib ki: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti nəticəsində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid məqsədlər ətrafında birləşməsi, milli maraqlarımızın müdafiəsində fəal iştirakı və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində sürətli inkişafa nail olunub. Prioritetlərimizdən biri Azərbaycan diasporunun fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması, müxtəlif sahələrdə uğur qazanan soydaşlarımızın potensialından səmərəli istifadə edilməsi, onların ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına töhfələrinin genişləndirilməsidir. Biz bu sahədə irimiqyaslı və nəticəyönümlü layihələr həyata keçiririk və konkret nəticələr əldə edirik”.

İcma toplantısında Prezident İlham Əliyevin çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub.

Daha sonra Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri, Zalsburq Azərbaycan Evinin rəhbəri Fərid Əzizov Zalsburq Azərbaycan Evinin gördüyü işlər barədə məlumat verib.

Toplantı çərçivəsində Avstriya Azərbaycanlıları Koordinasiya Şurasının iclası da baş tutub və Avstriyada yaşayan azərbaycanlıların ictimai fəallığının artırılması məsələləri müzakirə olunub.

Müzakirələrin nəticəsi olaraq Linz şəhərində yaşayan, istedadlı pianoçu və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Avstriya Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru seçilib.

Görüş geniş fikir mübadiləsi ilə davam edib və iştirakçılar qarşıda duran vəzifələrə dair təkliflərini səsləndirərək Azərbaycan diasporunun daha mütəşəkkil fəaliyyət göstərməsi üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Görüşün bədii hissəsi soydaşlarımıza xüsusu zövq verib. Musiqişünas Fərəh Tahirovanın Vyanada təsis etdiyi, həmçinin rəhbəri olduğu “Musiqi sevinc gətirir” adlı məktəbin şagirdləri, eləcə də beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatı lauretaı, Azərbaycan Mədəniyyət Elçiləri Forumunun Təşkilat Komitəsinin katibi, pianoçu Ayan Məmmədli çıxış ediblər. Bədii proqram çərçivəsində Azərbaycan və dünya klassik musiqisinin nümunələri səsləndirilib. Ayan Məmmədlinin ifasında Cövdət Hacıyevin “Ballada”, Həsən Rzayevin “Çahargah”, Ernesto Lecuonanın “Malagueña”, Emin Sabitoğlunun “İncə bellim” və Müslüm Maqomayevin “Azərbaycan” əsərləri təqdim olunub. Proqramın sonunda “Yurdum, yuvam, məskənimsən, Azərbaycanım” əsəri ifa edilib. Konsert proqramı sürəkli alqışlarla qarşılanıb və soydaşlarımızın qələbə sevinsinə sevinc qatıb.

Beləliklə, Vyanada keçirilən görüş yalnız soydaşlarımızın bir araya gəlməsi baxımından deyil, həm də Avstriyada Azərbaycan diasporunun gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilatlararası əməkdaşlığın gücləndirilməsi və milli həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan və Gürcüstan orduları arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvilini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin ordularımız arasında əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini qeyd edib.Nazir hərbi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub.Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant G.Matiaşvili hərbi əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.Görüşdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı...

17 Noyabr 2026, 16:52

Litvalı kursantlar Vətən müharibəsində icra olunan əməliyyatlar barədə məlumatlandırılıb

Azərbaycan və Litva müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Litva Respublikasının General Conas Zemaitis adına Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizə səfər edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Akademiyada təşkil olunan “Vytautas Magnus Quru Qoşunları Komandir-Qərargah kursu”nda Litva ilə yanaşı, Azərbaycan, Moldova və Ukrayna silahlı qüvvələrinin hərbi qulluqçuları təhsil alır.Səfərin əsas məqsədi kurs dinləyicilərini Vətən müharibəsində icra olunan əməliyyatlar barədə məlumatlandırmaq, onları əməliyyatın taktiki və strateji nəticələri, eləcə də müharibədən çıxarılan hərbi dərslərlə tanış etməkdir.Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olan nümayəndə heyətinə institutun təhsil imkanları, zabit heyətinin hazırlanması sistemi və...

17 Noyabr 2026, 16:43

567 nömrəli marşrutun avtobusları yenilənir

Qobu qəsəbəsini "Avtovağzal" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.Citypost.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, noyabrın 18-dən marşrut üzrə 11 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus 9-10 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,70 manat müəyyən edilib....

17 Noyabr 2026, 16:38

Pilotların iş saatları yenidən tənzimlənəcək: Prezidentdən YENİ QƏRAR

Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 27-də qəbul etdiyi kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş və istirahət vaxtının yenidən tənzimlənməsini təsdiqləyib.Citypost.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsində və "Aviasiya haqqında" qanunda dəyişikliklər edilib.Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib. Məcəllənin 95-97-ci maddələrinə görə cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox...

17 Noyabr 2026, 16:24

Kəlbəcərdə 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti bərpa edilib

Bu gün Kəlbəcər rayonu ərazisində yerləşən 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib.Citypost.az xəbər verir ki, bu barədə "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC məlumat yayıb.Bildirilib ki, bununla da, işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 13-ə çatdırılıb.Qurum İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na və əhalinin geri qayıdış mərhələlərinə uyğun olaraq, şəbəkənin əhatə dairəsinin və siqnal keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini qeyd edir....

17 Noyabr 2026, 16:15

Balakənin sabiq icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayır

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun müavini olmuş, YAP-ın Balakən Rayon Təşkilatının sabiq sədri Azad Balayevin məhkəməsi başlayır.Citypost.az xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.İş hakim Xaliq Məmmədovun icraatına verilib.Məhkəmənin hazırlıq iclası 27 noyabra təyin edilib.Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub.O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 311.3.2 (təkrar rüşvət alma) 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.3-cü maddələri ilə ittiham olunur.İslam Rzayev ötən il...

17 Noyabr 2026, 16:10