Ukraynaya minatəmizləmə fəaliyyəti üçün 70 milyon avro ayrılıb
Cəmiyyət 17 Noyabr 2026, 18:12
373
Niderland, Norveç, Avropa İttifaqı (Aİ) və Finlandiya Ukrayna ərazilərinin minalardan təmizlənməsi üçün 70 milyon avro ayırdıqlarını elan ediblər.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski Brüsseldə keçirilən minatəmizləmə fəaliyyəti üzrə UMAC 2026 beynəlxalq konfransının yekunlarına dair öz "Telegram" kanalında bildirib.
"Bu mühüm dəstəyə görə Niderland, Norveç, Aİ və Finlandiyaya minnətdaram. Bu, torpaqların təhlükəsiz istifadəyə qaytarılmasını, aqrarların, müəssisələrin və icmaların işinin bərpasını sürətləndirməyə kömək edəcək", – Koretski yazıb.
Baş nazirin sözlərinə görə, Ukrayna 2023-2025-ci illərdə 40 min kv. km-dən çox ərazini müayinə edərək yenidən istifadəyə qaytarıb, cari ildə isə bu göstərici daha 5 min kv. km-dən çox olub.
O həmçinin bildirib ki, Ukrayna 2033-cü ilə qədər Minatəmizləmə fəaliyyəti üzrə Milli strategiyanı və "Ukraine Facility" aləti çərçivəsində Aİ-nin dəstəyi ilə kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi proqramını həyata keçirir.
Həmçinin oxuyun
Koretski tərəfdaşları maliyyələşdirməni Ukrayna hökuməti ilə əlaqələndirməyə, yerli şirkətləri və texnologiyaları cəlb etməyə, həmçinin minatəmizləməni mənzillərin, yolların və müəssisələrin bərpası ilə eyni vaxtda planlaşdırmağa çağırıb.
Bundan əlavə, baş nazir Ukraynanın təcrübə və texnologiyalarını beynəlxalq tərəfdaşların resursları ilə birləşdirərək başqa ölkələrdə də minalardan təmizləmə üzrə birgə proqramlara başlamağı təklif edib.
"İlk nəticələri Litvada keçiriləcək növbəti 'Ukraine Mine Action Conference'-da təqdim etməyi planlaşdırırıq", - o əlavə edib.
Fuad Muradov Vyanada Azərbaycan icması ilə görüşdü
Xaricdə yaşayan azərbaycanlıların milli kimlik, tarixi-mədəni irs və ümummilli maraqlar ətrafında birləşməsi, Azərbaycanla əlaqələrinin davamlı şəkildə inkişaf etdirilməsi dövlətimizin diaspor siyasətinin əsas prioritetlərindəndir.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində Avstriyanın paytaxtı Vyanada soydaşlarımızla görüşü bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Azərbaycan icmasının üzvlərinin və diaspor fəallarının iştirak etdiyi görüş Zalsburq Azərbaycan Evinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəzin...
17 Noyabr 2026, 17:52
Azərbaycan və Gürcüstan orduları arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvilini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin ordularımız arasında əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini qeyd edib.Nazir hərbi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub.Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant G.Matiaşvili hərbi əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.Görüşdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı...
17 Noyabr 2026, 16:52
Litvalı kursantlar Vətən müharibəsində icra olunan əməliyyatlar barədə məlumatlandırılıb
Azərbaycan və Litva müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Litva Respublikasının General Conas Zemaitis adına Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizə səfər edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Akademiyada təşkil olunan “Vytautas Magnus Quru Qoşunları Komandir-Qərargah kursu”nda Litva ilə yanaşı, Azərbaycan, Moldova və Ukrayna silahlı qüvvələrinin hərbi qulluqçuları təhsil alır.Səfərin əsas məqsədi kurs dinləyicilərini Vətən müharibəsində icra olunan əməliyyatlar barədə məlumatlandırmaq, onları əməliyyatın taktiki və strateji nəticələri, eləcə də müharibədən çıxarılan hərbi dərslərlə tanış etməkdir.Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olan nümayəndə heyətinə institutun təhsil imkanları, zabit heyətinin hazırlanması sistemi və...
17 Noyabr 2026, 16:43
567 nömrəli marşrutun avtobusları yenilənir
Qobu qəsəbəsini "Avtovağzal" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.Citypost.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, noyabrın 18-dən marşrut üzrə 11 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus 9-10 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,70 manat müəyyən edilib....
17 Noyabr 2026, 16:38
Pilotların iş saatları yenidən tənzimlənəcək: Prezidentdən YENİ QƏRAR
Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 27-də qəbul etdiyi kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş və istirahət vaxtının yenidən tənzimlənməsini təsdiqləyib.Citypost.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsində və "Aviasiya haqqında" qanunda dəyişikliklər edilib.Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib. Məcəllənin 95-97-ci maddələrinə görə cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox...
17 Noyabr 2026, 16:24
Kəlbəcərdə 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti bərpa edilib
Bu gün Kəlbəcər rayonu ərazisində yerləşən 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib.Citypost.az xəbər verir ki, bu barədə "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC məlumat yayıb.Bildirilib ki, bununla da, işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 13-ə çatdırılıb.Qurum İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na və əhalinin geri qayıdış mərhələlərinə uyğun olaraq, şəbəkənin əhatə dairəsinin və siqnal keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini qeyd edir....
17 Noyabr 2026, 16:15