Azərbaycan vətəndaşlarının Türkiyədən ev alışı azalıb
Cəmiyyət 17 Noyabr 2026, 16:00
276
2026-cı ilin ilk 10 ayında Azərbaycan vətəndaşları Türkiyədə 712 daşınmaz əmlak alıblar. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,6% azdır.
Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin oktyabrında azərbaycanlılar qonşu ölkədən 72 mənzil alıb. Ötən ilin eyni ayı ilə müqayisədə bu 28,7% azalma deməkdir.
Oktyabrda Türkiyədə xarici vətəndaşlara 2259 mənzil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,9% çoxdur. Ay ərzində xarici vətəndaşlara satışın ümumi bazarda payı 1,7% təşkil edib.
2026-cı ilin yanvar-oktyabr aylarında isə əcnəbilərə 17 567 mənzil satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azdır.
Həmçinin oxuyun
Ötən ay da Rusiya Federasiyası vətəndaşları Türkiyənin mənzil bazarında aktivliklərini qoruyub saxlayıblar. Ruslar Türkiyədən 477 mənzil alıblar. İran vətəndaşları qonşu ölkədən 193, İraq vətəndaşları isə 159 mənzil alıblar.
Xatırladaq ki, ötən il azərbaycanlılar Türkiyədən 983 mənzil alıb. Eyni zamanda, 2025-ci ildə Türkiyədə erməniəsilli şəxslərə 3 ev satılıb.
FHN-in Aran Regional Mərkəzi Ucar rayonunda kompleks mülki müdafiə təlimi keçirib
Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin (RM) və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Ucar rayonunda keçirilən təlimdə FHN Aran Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, FHN-in müvafiq qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsinə cavabdeh şəxslər iştirak...
17 Noyabr 2026, 15:50
Anar Bayramov bu rayonun sakinləri ilə görüşəcək
Səhiyyə naziri Anar Bayramov noyabrın 27-si Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək.Citypost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.Qəbulda Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edə biləcəklər.Maraqlıdır ki, bu, Anar Bayramovun yeni təyinatından sonra səhiyyə naziri tərəfindən rayonda keçirilən ilk qəbul olacaq. Daha əvvəl isə Səhiyyə Nazirliyi vətəndaş qəbullarının müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən qurumun inzibati binasında təşkil edildiyini açıqlamışdı.Qəbulların rayonlarda deyil, inzibati binada keçirilməsi isə dövlət tibb müəssisələrinin əksəriyyətinin birbaşa Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərməməsi ilə əsaslandırılırdı.Xatırladaq ki, TƏBİB-lə Səhiyyə Nazirliyinin səlahiyyətlərinin bölüşdürülməsindən əvvəl rayonlarda vətəndaş qəbulları...
17 Noyabr 2026, 15:24
İpoteka Fondu 91 yeni mənzili kirayə mexanizmi ilə satışa çıxarır
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində ümumilikdə 91 yeni, təmirli mənzili vətəndaşlara təqdim edib.Citypost.az Fondan istinadən xəbər verir ki, təqdim edilən mənzillər Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində (27 mənzil), Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində (38 mənzil) və Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində (26 mənzil) yerləşir.Mənzillərin yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 419 manatdan başlayır.Yeni mənzillər noyabrın 24-ü saat 15:00-dan etibarən seçimə təqdim olunacaq. Vətəndaşlar yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.\Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi...
17 Noyabr 2026, 15:00
Çıxarışı olmayan evlərə qaz verilməyəcək? - AÇIQLANDI
Azərbaycanda bəzi vətəndaşlar yaşadıqları evlərin və ya torpaq sahələrinin mülkiyyət sənədləri olmadığı üçün kommunal xidmətlərdən istifadə zamanı çətinliklərlə üzləşirlər. Xüsusilə çıxarışı olmayan evlərə təbii qazın verilib-verilməməsi məsələsi müzakirə mövzusuna çevrilir.Bəs torpaq sahəsinin və tikilinin çıxarışı olmadıqda vətəndaşın qaz təminatından yararlanması mümkündürmü?Citypost.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, təbii qazın verilməsi üçün tələb olunan əsas sənədlərdən biri torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışdır.Onun sözlərinə görə, yalnız torpaq sahəsinə deyil, həmin ərazidə inşa edilmiş binaya və ya tikiliyə dair müvafiq dövlət qeydiyyatının olması da tələb olunur.Hüquqşünas qeyd edib ki, vətəndaşın torpaq sahəsi və...
17 Noyabr 2026, 14:33
Cəbrayılda iş tapa bilmədiyini deyən qadınla bağlı - Rəsmi açıqlama
Cəbrayıl rayonunun Şükürbəyli kənd sakini Samirə Rüstəmova işlə təmin olunmamasından şikayətlənir.“Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə video paylaşaraq bu ilin mayında Cəbrayılda keçirilən görüş zamanı ona yeni mənzili təhvil verildikdən sonra işlə təmin edilməsi ilə də bağlı müvafiq göstəriş verildiyini bildirib. Lakin dəfələrlə məşğulluq idarəsinə müraciət etməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb.“Bu günə qədər mənə heç bir köməklik göstərilməyib. Halbuki mən tək qadınam, iki övladım var, onları təkbaşına böyüdürəm. Övladlarım universitet tələbələridir və mənim heç bir yerdən gəlir mənbəyim yoxdur”, - deyə S.Rüstəmova əlavə edib.Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinə sorğu...
17 Noyabr 2026, 14:15
Növbəti köç karvanı Xocavəndə çatıb
Növbəti köç karvanı Xocavənd rayonuna çatıb.APA-nın xəbərinə görə, bu mərhələdə Xocavənd şəhərinə 36 ailə – 140 nəfər, rayonun Quzeyxırman kəndinə isə 12 ailə – 45 nəfər qayıdıb.
17 Noyabr 2026, 14:10