Bizə yazın

Baku

-°C

USD

-

Cəbrayılda iş tapa bilmədiyini deyən qadınla bağlı - Rəsmi açıqlama

Cəmiyyət 17 Noyabr 2026, 14:15

389

Cəbrayıl rayonunun Şükürbəyli kənd sakini Samirə Rüstəmova işlə təmin olunmamasından şikayətlənir.

“Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə video paylaşaraq bu ilin mayında Cəbrayılda keçirilən görüş zamanı ona yeni mənzili təhvil verildikdən sonra işlə təmin edilməsi ilə də bağlı müvafiq göstəriş verildiyini bildirib. Lakin dəfələrlə məşğulluq idarəsinə müraciət etməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb.

“Bu günə qədər mənə heç bir köməklik göstərilməyib. Halbuki mən tək qadınam, iki övladım var, onları təkbaşına böyüdürəm. Övladlarım universitet tələbələridir və mənim heç bir yerdən gəlir mənbəyim yoxdur”, - deyə S.Rüstəmova əlavə edib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən hər bir əmək qabiliyyətli məcburi köçkünlə məşğulluq orqanı tərəfindən görüş keçirilir və onların aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri aparılır: “Cəbrayıl rayonu, Şükürbəyli kəndinə cari ilin may ayında köç etmiş Rüstəmova Samirə Yusif qızı ilə də elə həmin ay görüş keçirilib və o, özünüməşğulluq proqramının “Qadın gözəllik salonu” zərfi üzrə müraciət etmək istədiyini bildirib. Lakin onun faktiki olaraq adında aktiv VÖEN-in olduğu, işsiz şəxs olmadığı müəyyən edilib və bu səbəbdən may ayında özünüməşğulluq proqramına cəlb edilməyib. Çünki bu proqrama işsiz və işaxtaran şəxslər cəlb edilirlər. Sonrakı dövrdə təkrar müraciət zamanı isə o, müvafiq özünüməşğulluq zərfində nəzərdə tutulmayan avadanlıq istəyib və bu avadanlıq olmadan proqrama cəlb edilmək istəmədiyini qeyd edib.

Sentyabr və oktyabr aylarında Samirə Rüstəmova ilə məşğulluq vəziyyətinin öyrənilməsi üçün iki dəfə əlaqə saxlanılarkən o, hər dəfə Bakı şəhərində olduğunu və işlədiyini bildirib. Bu ilin sentyabr ayında onun anası Rüstəmova Gülzar İslam qızı da özünüməşğulluq proqramına müraciət edib. Lakin Gülzar Rüstəmova faktiki məşğul şəxs hesab edildiyi üçün proqrama cəlb edilməyib. 

Qeyd edək ki, hazırda Samirə Rüstəmovanın ailə tərkibi 5 nəfərdən (özü, ata-anası, iki övladı) ibarətdir. Ata və anası yaşa görə aylıq pensiya (978 manat) ilə təmin edilirlər. İki övladından biri tələbədir, digər övladı isə əmək müqaviləsi ilə işləyir.

Samirə Rüstəmova işsiz və işaxtaran olduğu halda və məşğulluq orqanına müraciət edəcəyi təqdirdə işlə təminatına, habelə əgər istəyi olarsa, özünüməşğulluq proqramı çərçivəsində kiçik biznesinin qurulmasına dəstək göstəriləcək”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Növbəti köç karvanı Xocavəndə çatıb

Növbəti köç karvanı Xocavənd rayonuna çatıb.APA-nın xəbərinə görə, bu mərhələdə Xocavənd şəhərinə 36 ailə – 140 nəfər, rayonun Quzeyxırman kəndinə isə 12 ailə – 45 nəfər qayıdıb.

17 Noyabr 2026, 14:10

Media və Yayım Şurası din xadimləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmadan təqdim edilən bu cür yanaşma ictimai rəyi çaşdıran manipulyasiya nümunəsidir.Citypost.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib."Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsinə əsasən, din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda həmin vəzifəni tutduqları müddətdə onların peşəkar dini fəaliyyətinin dayandırılması qanunvericilikdə artıq təsbit olunmuşdu. Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi də məhz qüvvədə olan bu hüquqi normaya...

17 Noyabr 2026, 14:05

Cəlilabadda saxta əlillik işi: 58 min manat rüşvət alınması ilə bağlı təfərrüatlar AÇIQLANDI

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının sabiq sədri Könül Zakir qızı Əliyeva və həmin xəstəxananın Məmmədrzalı tibb məntəqəsinin müdiri vəzifəsində işləmiş İltizam Əzimovun cinayət işi üzrə bəzi detallar ortaya çıxıb.Citypost.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasları zamanı məlum olub ki, təqsirləndirilən İltizam Əzimov əlillik dərəcələrinin təyin edilməsi ilə əlaqədar vətəndaşlardan 58 min manat rüşvət alaraq Könül Əliyevaya verib.Lakin bir müddət sonra məlum olub ki, Könül Əliyeva sözügedən məsələ ilə bağlı işləri həll etməyib. İltizam Əzimov bu səbəbdən onu aidiyyəti orqanlara...

17 Noyabr 2026, 13:30

Parlament 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib

Milli Məclisdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.Citypost.az xəbər verir ki, qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 254 000,0 min manat, xərcləri 42 400 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 518 425,0 min manat, yerli gəlirləri 735 575,0 min manat, mərkəzləşdirilmiş xərcləri 41 664 425,0 min manat, yerli xərcləri 735 575,0 min manat) məbləğində proqnozlaşdırılır.Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib....

17 Noyabr 2026, 13:20

Türkiyə-Azərbaycan savaşı? - Fazil Mustafa təhqir etdi

Bu QUMcuğa anlatmaq lazımdır ki, tarixdə “Azərbaycan-Türkiyə müharibələri” olmayıb və gələcəkdə də olması mümkün deyil. İki qardaş dövlətin müharibəsini arzulayan bütün türk düşmənləri bu qardaşlığın daha da möhkəmləndiyini görə-görə çərləyəcəklər.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Akif Nağıya ithafən qeyd edib.“Biri Azərbaycan-Türkiyə müharibəsindən danışır, digəri Türkiyəyə bir də zibilli ayağını basmayacağı barədə bəyanat verir, hələ bir az bunlardan ağıllısı da “mat” olmaqdan danışır. Bunların ölüb gedən bir qardaşı da deyirdi ki, Nuru paşa qızıl pul alandan sonra Bakını azad etdi. Bu qədər mikrobun içində Azərbaycan-Türkiyə qardaşlığına öz səmimi töhfəsini verən, dünyada varlığını sürdürən bütün ləyaqətli...

17 Noyabr 2026, 13:18

“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad

“Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz”.Citypost.az xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə iradını bildirib: “Bura danışmaqxana deyil. Parlament etikasından və leksikasından istifadə edin. İkincisi, reqlamentin 5 dəqiqəyə keçirilməsi təklif edildi, səsə qoyuldu və qəbul edildi. Ürəyiniz nə qədər istəyirsə, danışın”....

17 Noyabr 2026, 13:04