Yevlaxda avtomobil aşıb, iki nəfər ölüb
Hadisə 17 Noyabr 2026, 14:37
569
Yevlax rayonunda baş verən avtomobil qəzasında iki nəfər ölüb.
Bu barədə "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Yevlax rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (qadın) noyabrın 17-də saat 09:15 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.
Həmçinin oxuyun
Bir nəfərin isə (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Evə buraxılan qadın xəstəxana həyətində öldü
Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib.Citypost.az “Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və noyabrın 16-sı saat 01 radələrində xəstəxanadan evə buraxılıb. O, xəstəxana binasını tərk edib həyətə doğru irəliləyərkən infarkt keçirərək vəfat edib.Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır....
17 Noyabr 2026, 14:25
Bakıda reklam agentliyinin direktoru həbs olundu
Bakıda reklam agentliyinin direktoru xırda xuliqanlıqda təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilib.Citypost.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qəbul edilib.Bildirilib ki, 1993-cü il təvəllüdlü, Gədəbəy rayonundan olan şəxs “Zen Agency” reklam agentliyinin direktoru Elvin Həsənovdur. O, Binəqədi rayonunda yerləşən “Vest Taun”(West Town) yaşayış kompleksində tanışı ilə mübahisə edərək ictimai asayişi pozmaqda ittiham olunub.Məhkəmə materiallarına görə, tərəflər əvvəllər İT sahəsində birlikdə çalışıblar. Onların arasında pul və borc münasibətləri zəminində narazılıq yaranıb. Telefon danışığı zamanı problemi həll edə bilməyən şəxslər yaşayış binasının həyətində görüşüblər. Görüş zamanı mübahisə böyüyüb və tərəflər arasında sözlü qarşıdurma yaranıb.Hadisə...
17 Noyabr 2026, 12:00
İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Citypost.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 49 kiloqram 950 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində iki hal olmaqla 39 kiloqram 700 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 10 kiloqram 250 qram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.Faktlar üzrə əməliyyat-istintaq tədbirləri...
17 Noyabr 2026, 11:39
Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı
Gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində - “Neftçilər” metro stansiyası yaxınlığında insident baş verib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.Bildirilib ki, gənc oğlan sərxoş halda gecə klubundan çıxaraq 10 DK 111 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobili yaxınlıqdakı mağazaya çırpıb. Bu zaman onunla birgə olan qadın yola çıxaraq dava-dalaş salıb. Əlbəyaxa dava və təhqiramiz ifadələrlə müşayiət edilən hadisə ətrafdakıların diqqətini çəkib və narahatlığa səbəb olub.Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırma aparılır.***Əldə etdiyimiz məlumata görə, hadisəni törədən avtomobil polis əməkdaşları tərəfindən mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.Araşdırmanın nəticəsindən asılı olaraq, mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət veriləcək....
17 Noyabr 2026, 11:26
9 ayda yol qəzalarında 500 nəfər həyatını itirib
2026-cı ilin yanvar-sentyabr aylarında 838 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.Məlumata görə, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz azalaraq 1140 nəfər olub. Onlardan 500 nəfər həlak olub, 640 nəfər isə yaralanıb. Hadisələrin 41,8 faizi gecə, 40,4 faizi gündüz, 17,8 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.Yol-nəqliyyat hadisələrinin 82,9 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz azalaraq 345 nəfər,...
17 Noyabr 2026, 10:49
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
Şəmkir rayonunda evdən iki nəfərin meyiti aşkarlanıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.Belə ki, evlərin birində kişi və qadının meyiti tapılıb.Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.Meyitləri aşkarlanan şəxslərin kimliyi və ölüm səbəbləri barədə hələlik məlumat verilməyib.Faktla bağlı araşdırma aparılır.
16 Noyabr 2026, 21:49