Bizə yazın

Baku

-°C

USD

-

Litvalı kursantlar Vətən müharibəsində icra olunan əməliyyatlar barədə məlumatlandırılıb

Cəmiyyət 17 Noyabr 2026, 16:43

426

Azərbaycan və Litva müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Litva Respublikasının General Conas Zemaitis adına Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Akademiyada təşkil olunan “Vytautas Magnus Quru Qoşunları Komandir-Qərargah kursu”nda Litva ilə yanaşı, Azərbaycan, Moldova və Ukrayna silahlı qüvvələrinin hərbi qulluqçuları təhsil alır.

Səfərin əsas məqsədi kurs dinləyicilərini Vətən müharibəsində icra olunan əməliyyatlar barədə məlumatlandırmaq, onları əməliyyatın taktiki və strateji nəticələri, eləcə də müharibədən çıxarılan hərbi dərslərlə tanış etməkdir.

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olan nümayəndə heyətinə institutun təhsil imkanları, zabit heyətinin hazırlanması sistemi və tətbiq olunan təhsil konsepsiyası barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edən qonaqlar Azərbaycanın hərb tarixi, Vətən uğrunda şəhid olanların qəhrəmanlıq yolu ilə tanış olublar.

Qeyd edək ki, səfər ölkələrimiz arasında hərbi təhsil sahəsində təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan və Gürcüstan orduları arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvilini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin ordularımız arasında əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini qeyd edib.Nazir hərbi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub.Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant G.Matiaşvili hərbi əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.Görüşdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı...

17 Noyabr 2026, 16:52

567 nömrəli marşrutun avtobusları yenilənir

Qobu qəsəbəsini "Avtovağzal" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.Citypost.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, noyabrın 18-dən marşrut üzrə 11 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus 9-10 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,70 manat müəyyən edilib....

17 Noyabr 2026, 16:38

Pilotların iş saatları yenidən tənzimlənəcək: Prezidentdən YENİ QƏRAR

Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 27-də qəbul etdiyi kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş və istirahət vaxtının yenidən tənzimlənməsini təsdiqləyib.Citypost.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsində və "Aviasiya haqqında" qanunda dəyişikliklər edilib.Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib. Məcəllənin 95-97-ci maddələrinə görə cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox...

17 Noyabr 2026, 16:24

Kəlbəcərdə 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti bərpa edilib

Bu gün Kəlbəcər rayonu ərazisində yerləşən 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib.Citypost.az xəbər verir ki, bu barədə "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC məlumat yayıb.Bildirilib ki, bununla da, işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 13-ə çatdırılıb.Qurum İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na və əhalinin geri qayıdış mərhələlərinə uyğun olaraq, şəbəkənin əhatə dairəsinin və siqnal keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini qeyd edir....

17 Noyabr 2026, 16:15

Balakənin sabiq icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayır

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun müavini olmuş, YAP-ın Balakən Rayon Təşkilatının sabiq sədri Azad Balayevin məhkəməsi başlayır.Citypost.az xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.İş hakim Xaliq Məmmədovun icraatına verilib.Məhkəmənin hazırlıq iclası 27 noyabra təyin edilib.Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub.O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 311.3.2 (təkrar rüşvət alma) 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.3-cü maddələri ilə ittiham olunur.İslam Rzayev ötən il...

17 Noyabr 2026, 16:10

Azərbaycan vətəndaşlarının Türkiyədən ev alışı azalıb

2026-cı ilin ilk 10 ayında Azərbaycan vətəndaşları Türkiyədə 712 daşınmaz əmlak alıblar. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,6% azdır.Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin oktyabrında azərbaycanlılar qonşu ölkədən 72 mənzil alıb. Ötən ilin eyni ayı ilə müqayisədə bu 28,7% azalma deməkdir.Oktyabrda Türkiyədə xarici vətəndaşlara 2259 mənzil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,9% çoxdur. Ay ərzində xarici vətəndaşlara satışın ümumi bazarda payı 1,7% təşkil edib.2026-cı ilin yanvar-oktyabr aylarında isə əcnəbilərə 17 567 mənzil satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azdır.Ötən ay da Rusiya Federasiyası...

17 Noyabr 2026, 16:00