Bizə yazın

Baku

-°C

USD

-

Məcnun Məmmədov ABŞ-də müzakirələr apardı

Cəmiyyət 18 Noyabr 2026, 17:09

351

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Birləşmiş Ştatlara səfəri çərçivəsində Vaşinqtonda ABŞ Ticarət Palatasında ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərinin iştirakı ilə hibrid formatda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan və ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları, müasir texnologiyaların və süni intellektin aqrar sektorda tətbiqi müzakirə olunub.

Citypost.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasının Amerika şirkətləri tərəfindən dəstəkləndiyini bildirib. O, Bakıda keçirilən investisiya forumunda ABŞ şirkətlərinin fəal iştirak etdiyini xatırladaraq kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatının strateji sahələrindən biri olduğunu vurğulayıb. Cennifer Miel ABŞ şirkətlərinin müasir texnologiyalar, kənd təsərrüfatı texnikası, məlumatların təhlili, süni intellekt və proqnozlaşdırma sahələrində Azərbaycanın aqrar sektorunun inkişafına töhfə verə biləcəyini qeyd edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar, dövlət proqramları və qarşıya qoyulan hədəflər barədə məlumat verib. Nazir ekstensiv kənd təsərrüfatından intensiv kənd təsərrüfatına keçidin, daha az resursdan istifadə etməklə daha yüksək əlavə dəyərin yaradılmasının və ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinin əsas prioritetlərdən olduğunu bildirib.

Nazir Məcnun Məmmədov aqrar sektorun dayanıqlı inkişafı üçün müasir infrastrukturun yaradılmasına, innovativ texnologiyaların tətbiqinə, elmi tədqiqatlara və təhsilə xüsusi önəm verildiyini diqqətə çatdırıb. O, Azərbaycanın qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsində və dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Nazir, həmçinin ABŞ-nin kənd təsərrüfatı texnikası istehsalçısı olan “John Deere” şirkəti ilə strateji tərəfdaşlıq sazişinin hazırlandığını açıqlayıb. O bildirib ki, nəzərdə tutulan əməkdaşlıq yalnız kənd təsərrüfatı texnikasını deyil, həm də müasir texnologiyaların tətbiqini və bütün dəyər zəncirini əhatə edəcək. Məcnun Məmmədov bu tərəfdaşlığın Azərbaycan hökuməti ilə ABŞ şirkətləri arasında əməkdaşlıq nümunəsinə çevrilə biləcəyini, Azərbaycanın aqrar sektorun digər istiqamətləri üzrə də analoji əməkdaşlığa açıq olduğunu qeyd edib.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov təqdimatla çıxış edərək Azərbaycanın aqrar sektorundakı mövcud vəziyyət, əsas inkişaf göstəriciləri, investisiya potensialı və inkişaf perspektivləri barədə məlumat verib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.Mətbuat Şurasından Citypost.az-a verilən məlumata görə, iclasda əvvəlcə MŞ-nin Şikayətlər üzrə Komissiyasının tərkibi müəyyənləşdirilib. Bildirilib ki, Şuranın Nizamnaməsinə əsasən qurumun sədr müavinləri növbəlilik əsasında 2 il müddətinə bu komissiyaya rəhbərliyi həyata keçirirlər. Müzakirələrdən sonra Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin sədrliyi ilə Şikayətlər üzrə komissiyanın 9 nəfərlik tərkibi təsdiq olunub.Sonra MŞ-nin Media etikası və hüquq komissiyasının (sədr Səadət Məmmədova), Beynəlxalq əlaqələr komissiyasının (sədr Orxan Amaşov), Media ilə dövlət qurumları arasında kommunikasiya komissiyasının (sədr Elşad Eyvazlı), Media subyektləri ilə əlaqələr komissiyasının (sədr Vüqar Rəhimzadə), Sosial media istifadəçiləri ilə əlaqələr komissiyasının (sədr Hacıbəy...

18 Noyabr 2026, 17:05

Daxili müsahibə elanı niyə ləğv edildi? – DİM səbəbi AÇIQLADI

Dövllət Qulluğu üzrə 16 noyabr 2026-cı il tarixində elan edilmiş daxili müsahibə elanı ləğv edilib.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası, habelə dövlət qulluğu sahəsində yeni hüquqi tənzimləmələrin tətbiqi nəzərə alınaraq, 16 noyabr 2026-cı il tarixində elan edilmiş daxili müsahibə elanı ləğv edilib."2026-cı ilin sonunadək keçiriləcək müsahibələr zamanı namizədlərə əvvəlcədən elan edilmiş müsahibə proqramlarında əksini tapmış və “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq...

18 Noyabr 2026, 17:00

Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Naftalan, Goranboy, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

18 Noyabr 2026, 16:57

Dövlət Ehtiyatları Agentliyinin ləğvi üçün komissiya yaradılacaq

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsinin ləğvi üçün komissiyanın yaradılmasını tapşırıb.Citypost.az  xəbər verir ki, Baş nazir Əli Əsədov Prezidentin Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 3 noyabr 2026-cı il tarixli fərmanının icrası ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxsin ləğvi ilə bağlı iki ay ərzində qanunvericiliyə uyğun tədbirlər görməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.Agentliyə həmçinin bir ay ərzində tabeliyində olan, lakin strukturuna daxil edilməyən qurumların siyahısının layihəsini, Kollegiya üzvlərinin sayı və tərkibi, eləcə də Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzinin işçilərinin maaşları və əməyin ödənilməsi sistemi ilə bağlı təklifləri hökumətə təqdim...

18 Noyabr 2026, 16:20

“O, çörək almaq üçün Bakıya getdi… Bir daha geri qayıtmadı”-AİLƏ DRAMI

 Rusiyalı blogger Susanna 30 ildən sonra atasını onlayn video vasitəsilə tapdı…  İstifadəçilər ona kömək etdi…Blogger Susanna Kuliçkina atasını axtarması ilə bağlı video paylaşdıqdan sonra sosial mediada populyarlıq qazanıb… O, 30 il atasız böyüdü və anası ona atasının çörək almağa getdiyini və bir daha geri qayıtmadığını demişdir…***Tezadlar.az E1.ru portalına istinadla bildirir ki, Vülqar Abdullayev Rusiyada ailə qurur və Susanna adlı qızı olur, amma qızı hələ çox kiçik olarkən ailəni tərk etməli olur… Susanna isə Rusiyanın 1-ci kanalında EFİRƏ GEDƏN “Qoy danışsınlar” verilişində valideynlərinin getməsinin onun uşaqlığına dərin təsir etdiyini söyləyir. Digər uşaqlar onu tək valideynli bir ailədən olduğunu söyləyərək, hətta lağa...

18 Noyabr 2026, 15:55

Bir milyon manat ayrıldı, cəmi səkkiz mini xərcləndi - Hesablama Palatası

Azərbaycanda 2025-ci ildə işsizlikdən sığorta ödənişi təyin edilmiş vətəndaşlara vəsait tam ödənilməyib. 2026-cı ildə isə həssas qrupların məşğulluğu ilə bağlı bir sıra tədbirə ayrılmış vəsaitin böyük hissəsinin istifadəsiz qalacağı gözlənilir.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu məqamlar Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.Sənədə əsasən, palata əvvəlki rəyində sığorta ödənişləri alacaq şəxslərin sayı ilə bu məqsədlə tələb olunan vəsait üzrə artım proqnozlarının uyğun gəlmədiyini bildirmişdi. Lakin həmin qeydlər nəzərə alınmayıb. Beləliklə, 2025-ci ildə hesablanmış sığorta ödənişləri ilə müqayisədə daha az vəsait xərclənib. Hesabatlarda həmin il üçün nəzərdə tutulmuş 17 milyon manatın tam icra edildiyi...

18 Noyabr 2026, 15:00