Tanınmış aparıcıya vəzifə verildi
Cəmiyyət 18 Noyabr 2026, 14:35
445
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinə yeni müdir təyin olunub.
Citypost.az xəbər verir ki, bu vəzifəyə tanınmış aparıcı Günel Qədimova təyinat alıb.
"Artıq peşəkar fəaliyyətimi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinin müdiri vəzifəsində davam etdirirəm" , - deyə G.Qədimova bildirib.
Həmçinin oxuyun
Qeyd edək ki, bir neçə gün əvvəl "Xəzər Xəbər"in aparıcısı Günel Qədimova kanalla yollarını ayırdığını bildirmişdi. (Oxu.az)
Dövlət qulluğu imtahanlarında dəyişiklik: İki fənn ləğv edilir, yenisi əlavə olunur
Dövlət qulluğuna qəbul üzrə test imtahanı mərhələsinin strukturunda mühüm dəyişikliklərin ediləcəyi gözlənilir.Citypost.az Nocomment.az-a istinadən xəbər verir ki, mövcud imtahan proqramında yer alan informatika və Azərbaycan dili fənləri ləğv olunur. Onların əvəzinə imtahan siyahısına emosional intellekt fənni əlavə ediləcək.Yeni imtahan modeli və sual bölgüsündən sonra namizədlərə ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Fənlər üzrə sualların yeni bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:Qanunvericilik: 50 sualMəntiq: 30 sualEmosional intellekt: 20 sualXatırladaq ki, hazırkı qaydalara əsasən namizədlər qanunvericilik (40), məntiq (30), informatika (15) və Azərbaycan dili (15) fənləri üzrə imtahan verirlər. Yeni sistemin tətbiqi ilə namizədlərin hüquqi bilikləri ilə yanaşı, psixoloji hazırlıq səviyyəsinin də qiymətləndirilməsi...
18 Noyabr 2026, 14:33
Azərbaycan və bp enerji layihələrinin inkişaf perspektivlərini müzakirə edib
Azərbaycanın energetika naziri Pərviz Şahbazov bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə AÇG-nin dərin qaz ehtiyatlarının işlənilməsi, “Şahdəniz” və “Qarabağ” layihələrinin inkişafı məsələlərini müzakirə edib.Citypost.az xəbər verir ki, bu barədə Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.Bildirilib ki, görüşdə, həmçinin bp-nin enerji infrastrukturunun elektrikləşdirilməsi və bərpaolunan enerji sahəsində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
18 Noyabr 2026, 13:51
Sabah 21 dərəcə isti olacaq - Proqnoz
Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mülayim cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 8-11° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 50-55% təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda 2° şaxtadan 3°-dək isti, gündüz...
18 Noyabr 2026, 13:42
Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak edib
"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Şimali Kiprdə işgüzar səfərdə olub.Citypost.az xəbər verir ki, A.Ələsgər səfər çərçivəsində Şimali Kipr Prezidenti Tufan Ərhürman və Baş nazir Ünal Üstəllə keçirilən görüşlərdə iştirak edib.Prezident T.Ərhürmanla görüşdə nümayəndə heyətinə TİMBİR sədri Süleyman Basa, Baş nazir Ünal Üstəllə görüşdə isə sədrin birinci müavini Cüneyt Altıparmak rəhbərlik edib.Görüşlərdə Azərbaycan, Türkiyə və Şimali Kipr arasında əlaqələrin inkişafı, türk dünyasında media əməkdaşlığının genişləndirilməsi, informasiya mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.A.Ələsgər Prezident Tufan Ərhürmana və Baş nazir Ünal Üstələ Azərbaycanın milli ornamentlərini əks etdirən xatirə hədiyyələri təqdim edib.O,...
18 Noyabr 2026, 13:31
Azərbaycanda evini kirayəyə verənlərlə bağlı yenilik: Vergi qaydaları dəyişir
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.Citypost.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.Layihəyə əsasən, kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq, yaşayış sahələrinin kirayəyə verilməsinə görə 10 faiz, digər əmlakın kirayəyə verilməsinə görə isə 14 faiz dərəcə ilə vergini ödəyir. Bu, məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna...
18 Noyabr 2026, 12:48
Bu cərimələr 150 faiz artırılır
Azərbaycanda bəzi cərimələr azaldılır, bəziləri isə artırılır.Citypost.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.Layihədə qeyd olunur ki, maliyyə institutları tərəfindən qeyri-rezidentlərin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların təqdim edilməməsinə görə hesaba mədaxil olunmuş vəsaitin ümumi məbləğinin 30 faizi miqdarında tətbiq olunan maliyyə sanksiyasının 10 faizə endirilməsi (lakin 1 000 manatdan az olmayaraq), bu hesablar üzrə mədaxil əməliyyatı aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində tətbiq olunan maliyyə sanksiyasının 1 000 manata qaldırılması təklif olunur.Vurğulanıb ki, bir sıra Avropa və MDB ölkələrində (Rusiya, Portuqaliya,...
18 Noyabr 2026, 12:42