Azərbaycanda evini kirayəyə verənlərlə bağlı yenilik: Vergi qaydaları dəyişir
Cəmiyyət 18 Noyabr 2026, 12:48
381
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Citypost.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq, yaşayış sahələrinin kirayəyə verilməsinə görə 10 faiz, digər əmlakın kirayəyə verilməsinə görə isə 14 faiz dərəcə ilə vergini ödəyir. Bu, məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verəcək.
Həmçinin icarəyə (kirayəyə) verən fiziki şəxs bu məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verməklə, icarə (kirayə) gəlirlərindən bu fəaliyyət üzrə çəkilən xərclər çıxılmaqla, bu məcəllənin 101.3-cü maddəsində müəyyənləşdirilmiş dərəcə ilə vergi ödəmək hüququna malikdir.
Bu hüquqdan istifadə etmək istəyən fiziki şəxs bu barədə vergi orqanına və icarəçiyə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş formada məlumat təqdim etməlidir.
Həmçinin oxuyun
Məlumatın vergi orqanına təqdim edildiyi aydan sonra növbəti aydan başlayaraq fiziki şəxsin icarə gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur.
Vergi ilinin yekunu üzrə gəlir vergisi hesablanarkən fiziki şəxsin həmin təqvim ilinin əvvəlindən etibarən əldə etdiyi gəlirləri və çəkdiyi xərcləri nəzərə alınır. Hesablanmış illik gəlir vergisi həmin il üzrə ödəmə mənbəyində tutulmuş vergilərin məbləği qədər azaldılır.
Ödəmə mənbəyində tutulmuş vergi məbləği həmin ildə tam şəkildə nəzərə alınmadıqda, məhdudiyyət qoyulmadan növbəti illərin vergi öhdəliklərinin azaldılması hesabına aid edilir.
Sözügedən məsələ səsə qoyularaq ilk oxunuşda qəbul olunub. (Oxu.az)
Bu cərimələr 150 faiz artırılır
Azərbaycanda bəzi cərimələr azaldılır, bəziləri isə artırılır.Citypost.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.Layihədə qeyd olunur ki, maliyyə institutları tərəfindən qeyri-rezidentlərin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların təqdim edilməməsinə görə hesaba mədaxil olunmuş vəsaitin ümumi məbləğinin 30 faizi miqdarında tətbiq olunan maliyyə sanksiyasının 10 faizə endirilməsi (lakin 1 000 manatdan az olmayaraq), bu hesablar üzrə mədaxil əməliyyatı aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində tətbiq olunan maliyyə sanksiyasının 1 000 manata qaldırılması təklif olunur.Vurğulanıb ki, bir sıra Avropa və MDB ölkələrində (Rusiya, Portuqaliya,...
18 Noyabr 2026, 12:42
Milli Məclis 2027-ci ilin büdcə zərfinin I oxunuşda müzakirəsini yekunlaşdırıb
Milli Məclis 2027-ci ilin büdcə zərfinin ilk oxunuşda müzakirəsini yekunlaşdırıb.Citypost.az xəbər verir ki, sənədə əsasən, gələn il büdcənin gəlirləri bu ilə nisbətən 1,7 % çox - 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat), xərcləri isə yenə də 1,7 % çox - 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) proqnozlaşdırılır.Son nəticədə dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,7 % çoxdur.2027-ci ildə Azərbaycanın...
18 Noyabr 2026, 12:32
Əsgərin ölümünə səbəb olan səhlənkarlıq: Hərbi həkim həbs edildi
Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub.Citypost.az, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da təmin edib. Belə ki, təqsirləndirilən şəxs qarşı tərəfə maddi ziyana görə 6 000 manat, mənəvi ziyana görə isə 3 000 manat ödəməlidir.Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.İttihama görə, əsgər Əli İbrahimli özünü narahat hiss etdiyindən hərbi...
18 Noyabr 2026, 12:05
Şəhidin atası fəryad edir: Yevlax rayon İcra Hakimiyyətində onu get-gələ salırlar
Şəhid Qəfərəli İntiqam oğlu Hacıyev 15 oktyabr 1997-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. Həyatının ilk illərində etibarən ailəsi ona Vətən sevgisini aşılamışdı. Bu sevgini hər zaman qəlbində daşıyan Qəfərəli həyatını Vətəninə xidmət etməyə həsr etdi. Qəfərəli İntiqam oğlu Hacıyev böyüdüyü ailədə Azərbaycançılıq məfkurəsi ilə tərbiyə almışdı. Valideynləri ona Qarabağ Müharibəsinin xronologiyasını, torpaqlarımızın hər qarışının müqəddəs olduğunu aşılamış, Vətənə və xalqa xidmətin əhəmiyyətini dərindən öyrətmişdilər. Bu ailə kiminsə tərəfindən heç vaxt unudulmayacaq - bir qəhrəman, vətənpərvər ruhlu bir gənc yetişdirdi. Q.Hacıyev 2015-ci ildə əsgəri xidmətə könüllü getdi və xidmətini böyük məsuliyyətlə başa vurdu. Komandirləri onun liderlik qabiliyyətini və iradəsini yüksək...
18 Noyabr 2026, 11:58
Məşhur xəstəxana sökülür: Yerində bina tikiləcək? - Video
Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən, uzun illər sakinlər arasında Dəmiryol Xəstəxanası kimi tanınan tibb müəssisəsinin ərazisində söküntü işləri aparılır.Citypost.az ATV-yə istinadla xəbər verir ki, tibb müəssisəsinin yerində yaşayış binasının inşa ediləcəyi ilə bağlı iddialar yayılıb.Bununla bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Nazirlər Kabinetinin 2024-cü il 21 avqust tarixli qərarına uyğun olaraq Dəmir Yollarının tabeliyində fəaliyyət göstərən tibb müəssisələri və onlara məxsus əmlak artıq onların balansında deyil.Məlumata görə, Mərkəzi Dəmiryol Xəstəxanası başqa bir dövlət qurumunun balansına keçib.Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən,...
18 Noyabr 2026, 11:56
Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb.Qeyd edək ki, Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. O, sonuncu vəzifəyə təyin edildikdən sonra rütbəsi artırılıb, idarə rəisi polkovnik Anar Eyvazovun müavini kimi fəaliyyət göstərib.Sail Ağasəlim...
18 Noyabr 2026, 11:45