Vüqar Rəhimzadə: Ağdam xarabalıqlardan müasir şəhərə çevrilir
Siyasət 18 Noyabr 2026, 16:53
379
Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı mühüm reallıqlardan biri olan Böyük Qayıdış Proqramının uğurlu icrası, azad Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsi, keçmiş məcburu köçkünlərin mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdışı hər birimizi sevindirir, qürurlandırır. Artıq altı ildir torpaqlarımızın işğal günlərini deyil, işğaldan azad edildikləri günləri qeyd edirik. Prezident İlham Əliyevin tarixi Zəfərimizin əbədilişdərilməsinə xidmət edən addımlarından biri işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Bununla bağlı imzalanan Sərəncama əsasən 20 noyabr Ağdam Şəhəri Günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilər hazırda böyük quruculuq və bərpa dövrünü yaşayır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Böyük Qayıdış Proqramı çərçivəsində insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, doğma torpaqlarına qayıdan əhalinin məşğulluq imkanlarının artırılması, onların keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət, idman obyektlərinin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Sosial-iqtisadi inkişafı sürətləndirmək məqsədilə bu torpaqlarda sahibkarlığın stimullaşdırılması, investisiyaların təşviqi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Qeyd etdiklərimizi bu gün azad Ağdamın timsalında aydın şəkildə görmək mümkündür. Ağdam Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi edən ilk azad şəhərimizdir. Bu faktın özü Ağdamın dünəni, bu günü və gələcəyi ilə bağlı ümumi mənzərənin təqdimatında əhəmiyyətli rol oynayır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Ağdam rayonu 1930-cu ildə yaradılıb. Rayon Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. İlk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Ağdam ərazisinin 73 faizi 1993-cü ilin 23 iyul tarixində işğal edilmişdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
Vüqar Rəhimzadə vurğulayıb ki, işğaldan azad edilmiş Ağdam erməni vandalizmin şahididir. Ermənistan mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Baş plana əsasən burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Hazırda şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. Böyük Qayıdış Proqramı çərçivəsində Ağdam şəhəri və rayonun kəndləri yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Baş plana əsasən, Ağdam şəhərinin özündə 5 məhəllə nəzərdə tutulub. Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərinin birinci mərhələlərinin açılışı, Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı, Eyvazxanbəyli kəndlərinin isə təməli qoyulub. Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Müasir dəmir yolu və Avtovağzal kompleksi, eləcə də avtomobil yolları inşa olunub. Cümə məscidi və Qiyaslı məscidi bərpa edilib, yeni Ağdam Muğam Mərkəzi, müasir məktəb və uşaq bağçaları istifadəyə verilib. Muğam Mərkəzi Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Görülən bərpa və yenidənqurma işləri çərçivəsində bu bölgədə turizm infrastrukturunun formalaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizm potensialının reallaşdırılması üçün zəruri şərait yaradılır. Ötən müddət ərzində “Aghdam City Hotel”in və “Hilton Garden Inn Agdam” hotelin açılışı olub.
Həmçinin oxuyun
Milli Məclisin deputatı bildirib ki, Ağdam şəhərində və rayonun kəndlərində məskunlaşması davam edir. 2026-cı il noyabr ayına olan məlumata əsasən, Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində 193 ailə olmaqla 814 nəfər, ümumilikdə isə 2146 ailə olmaqla 8300 nəfər məskunlaşıb. Ötən dövr ərzində dövlət başçısı İlham Əliyevin Ağdama 17 səfəri olub. İlk səfər Ağdam şəhərində Dövlət Bayrağının ucaldılması, dağıdılmış Ağdam Cümə məscidinin ziyarəti ilə tarixə yazıldı. 2024-cü ilin aprelində ölkə Prezidentinin Ağdama səfəri zamanı Ağdam Cümə Məscidinin bərpadan sonra açılışı oldu. Ötən ilin may ayında Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edən Prezident İlham Əliyev kəndə köçən sakinlərlə görüşdü, onlara evlərin açarlarını təqdim etdi. Dövlət başçısı sakinlərlə görüşündə bir daha bildirdi ki, siz uzun illər ağır şəraitdə - ölkəmizin müxtəlif yerlərində yararsız evlərdə, yataqxanalarda, uşaq bağçalarında, müəyyən müddət isə çadır şəhərciklərində yaşamısınız. Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır. Mənfur düşmən bütün bu bölgəni viran qoymuşdu. Ağdam rayonunda bir dənə də salamat bina qalmamışdır. Şəhər, bütün kəndlər tamamilə yerlə-yeksan edilmişdir. Təkcə Ağdamda yox, o vaxt işğal altında olan bütün torpaqlarda Ermənistan dövləti tərəfindən məqsədyönlü siyasət aparılırdı ki, heç vaxt azərbaycanlılar bu bölgəyə qayıtmasınlar. Onlar istəyirdilər bu torpaqları əbədi işğal altında saxlasınlar. Amma onlar bir şeyi unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, Azərbaycan vətəndaşları heç vaxt öz doğma torpaqlarını unutmayacaq və Azərbaycan dövləti ayağa qalxacaq, güc toplayacaq və düşməni öz torpağından qovacaq. Bunu onlar hesablaya bilməmişdilər. Bütün bu əzablı illər arxada qaldı.
Hazırda sakinlərinə qovuşan 10 şəhər arasında Ağdamın da adı var. 47 şəhər, kənd və qəsəbəyə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Bu torpaqlarda 100 minə yaxın insan yaşayır, işləyir, oxuyur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında bərpa olunan şəhər və kəndlərimiz Azərbaycanın müasir şəhərsalma təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynayır. İşğal dövründə tamamilə dağıdılaraq “Qafqazın Xirosiması” və “Ruhlar şəhəri” adlandırılan Ağdam 2020-ci ilin 20 noyabrında işğaldan azad edildikdən sonra böyük bərpa və yenidənqurma işləri nəticəsində azad, abad şəhərə çevrilib. Ağdam şəhəri bu ilin oktyabr ayında sakinlərinə qovuşub.
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 2026-cı il 7–10 oktyabr tarixlərində Bakı Dialoqu çərçivəsində keçirilmiş “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfransın yekununda qəbul edilmiş Bəyannamə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin BMT-nin Baş katibinə ünvanladığı 27 oktyabr 2026-cı il tarixli məktuba əlavə edilmiş Bəyannamə A/81/462–S/2026/849 nömrəsi ilə Baş Assambleyanın 81-ci sessiyasının gündəliyinin müvafiq bəndləri üzrə və Təhlükəsizlik Şurasının sənədi kimi dövriyyəyə buraxılıb.Bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş...
18 Noyabr 2026, 16:45
İlham Əliyev Edqars Rinkeviçsi təbrik edib
Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:“Hörmətli cənab Prezident,Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur.Sizin aprel ayında Azərbaycana rəsmi səfəriniz dövlətlərarası əlaqələrimizin yeni pilləyə qaldırılması, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli şərait formalaşdırmışdır.İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, həm...
18 Noyabr 2026, 15:38
Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb
Prezident İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Əlahəzrət,Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Oman xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm"....
18 Noyabr 2026, 15:37
Ceyhun Bayramov almaniyalı həmkarına Azərbaycanın sülh gündəliyini təqdim etdi
Ceyhun Bayramov almaniyalı həmkarını Cənubi Qafqazdakı son proseslər barədə məlumatlandırıb.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.“Cənubi Qafqazda sülh, Ermənistanla normallaşma prosesi haqqında fikir mübadiləsi apardıq. Uzun illik işğaldan sonra torpaqlarımızın azad edilməsi, tarixi Vaşinqton sammiti, pozitiv istiqamətlərdə inkişaflar barədə həmkarımı məlumatlandırdım”,- nazir qeyd edib.O, 100 minə yaxın insanın Qarabağa köçürülməsi, mina təhdidlərinin mövcudluğunun da müzakirə edilən mövzular arasında yer aldığını vurğulayıb.“Eyni zamanda Şərqi Avropada, həm də Yaxın Şərqdə davam edən müharibələr və onların risklərini müzakirə etdik. Razılaşdıq ki, nə qədər çətin olsa da, ən yaxşı ssenari məsələlərin diplomatik...
18 Noyabr 2026, 11:38
Almaniya XİN rəhbərindən İrana çağırış: Hərbi eskalasiya çıxış yolu deyil
Hərbi eskalasiya çıxış yolu deyil.Citypost.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında İran rəhbərliyinə çağırışında deyib.Nazir bildirib ki, İrandakı rəhbərlik təcili şəkildə danışıqlarda özlərinin birləşmiş mənafelərini bildirməlidir.O, tək İranın deyil, bütün regionun, o cümlədən Xəzər dənizi hövzəsi, Körfəz ölkələrinin yeni hərbi eskalasiyadan qorunmasının vacibliyini vurğulayıb.
18 Noyabr 2026, 11:36
Almaniyalı nazir: Cənubi Qafqaz şans regionudur, Azərbaycanın aparıcı rolu var
Cənubi Qafqaz regionu üçün şans regionudur və Azərbaycanın burada aparıcı rolu var.Citypost.az xəbər verir ki, bunu Almaniya XİN rəhbəri Yohann Vadefull Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov birgə mətbuat konfransında deyib.“Önəmlidir ki, Almaniya və Azərbaycan sıx münasibətlər qura bilsin. Rusiyanın Ukraynaya təcavüzü dövründə iqtisadi vəziyyətin Avropada vəziyyətinə görə yeni imkanlar axtarırıq ki diversifikasiya üçün üçün etibarlı tərəfdaşlar tapaq. Bu etibarlı tərəfdaşlardan biri də Azərbaycandır”....
18 Noyabr 2026, 11:32