İlham Əliyev Latviya Respublikasının Prezidenti Edqars Rinkeviç
Siyasət 18 Noyabr 2026, 15:38
447
Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu göndərib.
Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur.
Həmçinin oxuyun
Sizin aprel ayında Azərbaycana rəsmi səfəriniz dövlətlərarası əlaqələrimizin yeni pilləyə qaldırılması, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli şərait formalaşdırmışdır.
İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, Latviya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb
Prezident İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Əlahəzrət,Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Oman xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm"....
18 Noyabr 2026, 15:37
Ceyhun Bayramov almaniyalı həmkarına Azərbaycanın sülh gündəliyini təqdim etdi
Ceyhun Bayramov almaniyalı həmkarını Cənubi Qafqazdakı son proseslər barədə məlumatlandırıb.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.“Cənubi Qafqazda sülh, Ermənistanla normallaşma prosesi haqqında fikir mübadiləsi apardıq. Uzun illik işğaldan sonra torpaqlarımızın azad edilməsi, tarixi Vaşinqton sammiti, pozitiv istiqamətlərdə inkişaflar barədə həmkarımı məlumatlandırdım”,- nazir qeyd edib.O, 100 minə yaxın insanın Qarabağa köçürülməsi, mina təhdidlərinin mövcudluğunun da müzakirə edilən mövzular arasında yer aldığını vurğulayıb.“Eyni zamanda Şərqi Avropada, həm də Yaxın Şərqdə davam edən müharibələr və onların risklərini müzakirə etdik. Razılaşdıq ki, nə qədər çətin olsa da, ən yaxşı ssenari məsələlərin diplomatik...
18 Noyabr 2026, 11:38
Almaniya XİN rəhbərindən İrana çağırış: Hərbi eskalasiya çıxış yolu deyil
Hərbi eskalasiya çıxış yolu deyil.Citypost.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında İran rəhbərliyinə çağırışında deyib.Nazir bildirib ki, İrandakı rəhbərlik təcili şəkildə danışıqlarda özlərinin birləşmiş mənafelərini bildirməlidir.O, tək İranın deyil, bütün regionun, o cümlədən Xəzər dənizi hövzəsi, Körfəz ölkələrinin yeni hərbi eskalasiyadan qorunmasının vacibliyini vurğulayıb.
18 Noyabr 2026, 11:36
Almaniyalı nazir: Cənubi Qafqaz şans regionudur, Azərbaycanın aparıcı rolu var
Cənubi Qafqaz regionu üçün şans regionudur və Azərbaycanın burada aparıcı rolu var.Citypost.az xəbər verir ki, bunu Almaniya XİN rəhbəri Yohann Vadefull Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov birgə mətbuat konfransında deyib.“Önəmlidir ki, Almaniya və Azərbaycan sıx münasibətlər qura bilsin. Rusiyanın Ukraynaya təcavüzü dövründə iqtisadi vəziyyətin Avropada vəziyyətinə görə yeni imkanlar axtarırıq ki diversifikasiya üçün üçün etibarlı tərəfdaşlar tapaq. Bu etibarlı tərəfdaşlardan biri də Azərbaycandır”....
18 Noyabr 2026, 11:32
Ceyhun Bayramov: Azərbaycan-Almaniya əlaqələri tarixi dostluğa əsaslanır
Gələn il dövlətlərarası münasibətlərimizin 35 illiyini qeyd edəcəyik.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.Nazir Azərbaycan-Almaniya əlaqələrini tarixi dostluq münasibətləri hesab etdiyini qeyd edib: “Mövcud dönəmdə də iki ölkə arasında ali və yüksək səviyyəli təmaslar çox yüksək səviyyədədir”.
18 Noyabr 2026, 11:29
XİN başçıları Azərbaycan-Almaniya münasibətlərini müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Yohann Vadeful arasında geniştərkibli görüş keçirilib.Citypost.az xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, həmçinin əsas regional və beynəlxalq hadisələr barədə hərtərəfli müzakirələr aparıblar.Azərbaycan və Almaniya 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünə yaxınlaşdığı bir vaxtda nazirlər qarşılıqlı hörmət, konstruktiv dialoq və ortaq maraqlara əsaslanan tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini bir daha təsdiq ediblər.Bildirilib ki, Azərbaycan Prezidentinin 2026-cı ilin iyulunda Almaniyaya rəsmi səfəri zamanı qəbul edilmiş İkitərəfli Tərəfdaşlıq üzrə Strateji Gündəlik münasibətlərimizin irəliyə aparılması üçün mühüm çərçivə təmin edir.Nazirlər iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət...
18 Noyabr 2026, 10:35