Bizə yazın

Baku

-°C

USD

-

“O, çörək almaq üçün Bakıya getdi… Bir daha geri qayıtmadı”-AİLƏ DRAMI

Cəmiyyət 18 Noyabr 2026, 15:55

359

 Rusiyalı blogger Susanna 30 ildən sonra atasını onlayn video vasitəsilə tapdı…  İstifadəçilər ona kömək etdi…

Blogger Susanna Kuliçkina atasını axtarması ilə bağlı video paylaşdıqdan sonra sosial mediada populyarlıq qazanıb… O, 30 il atasız böyüdü və anası ona atasının çörək almağa getdiyini və bir daha geri qayıtmadığını demişdir…

***

Tezadlar.az E1.ru portalına istinadla bildirir ki, Vülqar Abdullayev Rusiyada ailə qurur və Susanna adlı qızı olur, amma qızı hələ çox kiçik olarkən ailəni tərk etməli olur… Susanna isə Rusiyanın 1-ci kanalında EFİRƏ GEDƏN “Qoy danışsınlar” verilişində valideynlərinin getməsinin onun uşaqlığına dərin təsir etdiyini söyləyir. Digər uşaqlar onu tək valideynli bir ailədən olduğunu söyləyərək, hətta lağa qoyur və onun qeyri-adi adına təəccüblənirlər. O, böyüdükcə özünü «Anya» kimi təqdim etməyə başlayır və “Daha çox rus kimi görünmək” üçün saçlarını sarı rəngə boyayır…

***

…Susanna həyatı boyu atasını tapmağa çalışır: arxivlərdə axtarış aparır, amma nəticə olmur… Sonra onu sosial mediada axtarır. Bir neçə il əvvəl isə Susanna şəxsi bloq yaratmağa başlayır və inadkarlıqla 2025-ci ilin noyabr ayında ailəsinin hekayəsi haqqında video yayımlayır… Və 24 saat ərzində milyonlarla baxış toplayır. Əsas məqam bu ifadə idi: “Deyirlər ki, atam çörək qazanmaq üçün Bakıya gedib və bir daha geri qayıtmayıb”.

Video Azərbaycan auditoriyası arasında da yayılır. İstifadəçilər cəmi bir gün ərzində Susannanın illərdir axtardığı atasını tapa bilirlər: “…Bu insanlar çox yaxın dostdurlar, atanın öz doğma qızını tərk edib getməsini qəbul etmirlər və mən 30 ildir onu tapmaq üçün çalışsam da, bacarmamışdım, amma Azərbaycandakılar onu tez tapmışdılar”, – deyə  Kuliçkina “Qoy danışsınlar” verilişində bu barədə bəhs edir.

***

…O, atası ilə tapışır və ilk görüşlərindən sonra itkin düşmüş atasını bağışlaya bilir. O, etiraf edib ki, onlar artıq müntəzəm əlaqədədirlər, artıq altı dəfə Bakıya uçub və hətta ora köçmək istəyir. “…Atamı tapandan sonra mən «Susanna» adımı geri götürdüm və saçlarımı da sarı rəngdən qara rəngə boyadım”, – deyə blogger danışır.

Veriliş zamanı Vülqar Abdullayev özü də izah edib ki, qızı bir yaş yarım olana qədər ailəsi ilə yaşayıb. Sonra o, həyat yoldaşı ilə münaqişə yaşayıb, onu öz səviyyəsində görməyən hə\yat yoldaşı onu qəbul etməyib, məcbur olaraq baş götürərək Azərbaycana gedib. Deyir: “…Artıq Azərbaycanda ailəm var idi, amma Susanna haqqında daim düşünür və onu tapmağa çalışırdım… Amma o, adını dəyişmişdi. Onu qəbul edərdim, bəs kim icazə verərdi? Azərbaycana gedəndən bəri Rusiyaya qayıtmamışam. O vaxtlar telefon yox idi, yoxsa onunla daim əlaqə saxlayırdım…”.

O, qızının onu başa düşüb bağışlaya bildiyinə çox sevindiyini də söyləyib…

Bu da bir ailə hekayəsidir. Nə yaxşı ki, sonluq xoş ovqat və nəticə ilə başa çatıb…

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bir milyon manat ayrıldı, cəmi səkkiz mini xərcləndi - Hesablama Palatası

Azərbaycanda 2025-ci ildə işsizlikdən sığorta ödənişi təyin edilmiş vətəndaşlara vəsait tam ödənilməyib. 2026-cı ildə isə həssas qrupların məşğulluğu ilə bağlı bir sıra tədbirə ayrılmış vəsaitin böyük hissəsinin istifadəsiz qalacağı gözlənilir.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu məqamlar Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.Sənədə əsasən, palata əvvəlki rəyində sığorta ödənişləri alacaq şəxslərin sayı ilə bu məqsədlə tələb olunan vəsait üzrə artım proqnozlarının uyğun gəlmədiyini bildirmişdi. Lakin həmin qeydlər nəzərə alınmayıb. Beləliklə, 2025-ci ildə hesablanmış sığorta ödənişləri ilə müqayisədə daha az vəsait xərclənib. Hesabatlarda həmin il üçün nəzərdə tutulmuş 17 milyon manatın tam icra edildiyi...

18 Noyabr 2026, 15:00

Fuad Muradovun müavinlərinin sayı artırıldı – Prezidentdən FƏRMAN

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb.Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.Fərmana əsasən, Komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və üç müavini olacaq. İndiyə qədər bu say 2 idi.Qeyd edək ki, Komitənin sədri Fuad Muradovdur....

18 Noyabr 2026, 14:50

Tanınmış aparıcıya vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinə yeni müdir təyin olunub.Citypost.az xəbər verir ki, bu vəzifəyə tanınmış aparıcı Günel Qədimova təyinat alıb."Artıq peşəkar fəaliyyətimi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinin müdiri vəzifəsində davam etdirirəm" , - deyə G.Qədimova bildirib.Qeyd edək ki, bir neçə gün əvvəl "Xəzər Xəbər"in aparıcısı Günel Qədimova kanalla yollarını ayırdığını bildirmişdi. (Oxu.az)...

18 Noyabr 2026, 14:35

Dövlət qulluğu imtahanlarında dəyişiklik: İki fənn ləğv edilir, yenisi əlavə olunur

Dövlət qulluğuna qəbul üzrə test imtahanı mərhələsinin strukturunda mühüm dəyişikliklərin ediləcəyi gözlənilir.Citypost.az Nocomment.az-a istinadən xəbər verir ki, mövcud imtahan proqramında yer alan informatika və Azərbaycan dili fənləri ləğv olunur. Onların əvəzinə imtahan siyahısına emosional intellekt fənni əlavə ediləcək.Yeni imtahan modeli və sual bölgüsündən sonra namizədlərə ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Fənlər üzrə sualların yeni bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:Qanunvericilik: 50 sualMəntiq: 30 sualEmosional intellekt: 20 sualXatırladaq ki, hazırkı qaydalara əsasən namizədlər qanunvericilik (40), məntiq (30), informatika (15) və Azərbaycan dili (15) fənləri üzrə imtahan verirlər. Yeni sistemin tətbiqi ilə namizədlərin hüquqi bilikləri ilə yanaşı, psixoloji hazırlıq səviyyəsinin də qiymətləndirilməsi...

18 Noyabr 2026, 14:33

Azərbaycan və bp enerji layihələrinin inkişaf perspektivlərini müzakirə edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə AÇG-nin dərin qaz ehtiyatlarının işlənilməsi, “Şahdəniz” və “Qarabağ” layihələrinin inkişafı məsələlərini müzakirə edib.Citypost.az xəbər verir ki, bu barədə Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.Bildirilib ki, görüşdə, həmçinin bp-nin enerji infrastrukturunun elektrikləşdirilməsi və bərpaolunan enerji sahəsində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

18 Noyabr 2026, 13:51

Sabah 21 dərəcə isti olacaq - Proqnoz

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mülayim cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 8-11° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 50-55% təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda 2° şaxtadan 3°-dək isti, gündüz...

18 Noyabr 2026, 13:42