Bundan toplanan haqq büdcəyə ödəniləcək
İqtisadiyyat 18 Noyabr 2026, 16:33
318
Avtomobillərin Bakıda ödənişli hərəkət zonalarına daxil olmasına görə toplanan haqq dövlət büdcəsinə ödəniləcək.
Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Avtomobil yolları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək, həmin haqq dövlət büdcəsinə ödəniləcək.
Həmçinin oxuyun
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,03 dollar və ya 0,03% artaraq 98,79 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 98,76 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
18 Noyabr 2026, 10:15
Gələn ildən gəlir vergisi bu qədər olacaq
Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək tətbiq olunacaq.Dəyişikliklərə görə, 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500...
17 Noyabr 2026, 11:48
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,92 dollar və ya 3,82% azalaraq 98,76 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 102,68 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
17 Noyabr 2026, 09:50
Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
"Pensiyalarda 2026-cı ildə nəzərdə tutulan ikinci artım pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il əlavə altı illik iş stajını tamamlayan vətəndaşlara şamil olunacaq".Citypost.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, qanunvericiliyə əsasən, pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiya məbləğləri hər altı ildən bir yenidən hesablanır. Bu zaman həmin müddət ərzində toplanmış pensiya kapitalı nəzərə alınır:"2026-cı ildə altı illik əmək fəaliyyətini tamamlayan vətəndaşların pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq artırılacaq.Digər pensiyaçıların məbləğlərindəki artım isə illik indeksləşdirmə mexanizmi əsasında həyata keçirilir....
16 Noyabr 2026, 18:45
Deputat: "Aparıcı banklar Azərbaycana cəlb edilməlidir"
Dünyanın aparıcı bankları Azərbaycana cəlb edilməlidir.Citypost.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq maliyyə əməliyyatlarının, eləcə də regional ticarətinin miqyası dünyanın aparıcı banklarının ölkədə fəaliyyət göstərməsi üçün imkanlar yaradır: "Hazırda Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında fəaliyyət göstərən müəssisələrin sayı 65,5 mini ötüb. Ölkədə xarici markalı avtomobillərin istehsal olunduğu müəssisədə 1 300-dən artıq insan çalışır, ötən il orada 52 mindən çox avtomobil istehsal edilib. Bundan başqa, Çinin aparıcı elektromobil istehsalçısı ilə əməkdaşlıq həyata keçirilir"."Özbəkistanda da xarici kapitalın iştirakı...
16 Noyabr 2026, 16:35
Minimum maaşla bağlı müjdə: 100 manat artım...
Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir.Citypost.az xəbər verir ki, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır.Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. (Oxu.az)
16 Noyabr 2026, 16:18