Bizə yazın

Baku

-°C

USD

-

“Sədərək” və “Binə”də nə baş verir? - Narahatedici məqamlar

Cəmiyyət 24 Noyabr 2026, 10:13

485

Son vaxtlar “Sədərək” və “Binə” ticarət mərkəzlərində alıcı qıtlığı, satışların azalması, sahibkarların ciddi çətinliklərlə üzləşməsi barədə fikirlər səslənir. Bir vaxtlar alış-verişin ən qaynar nöqtələri hesab olunan bu bazarlarda indi əvvəlki canlanmanın olmadığı bildirilir. Sahibkarlar müştəri azlığından, yüksək xərclərdən və vergilərdən şikayətlənir, alıcılar isə qiymətlərin baha olmasından narazıdır. Bu durğunluq təkcə “Sədərək” və “Binə” ilə məhdudlaşmır, digər ticarət sahələrində də satışların zəiflədiyi iddia olunur.

Azərbaycanda ticarət niyə bu vəziyyətə düşüb? Baş verənlərlə bağlı dövlət səviyyəsində hər hansısa tədbir görülə bilərmi? Bu, vətəndaşa necə təsir edəcək?

Citypost.az xəbər verir ki, iqtisadçı Əkrəm Həsənov Globalinfo-ya açıqlamasında buna ölkədə iqtisadi böhranın yaşanmasının səbəb olduğunu bildirib:

“Azərbaycan hökuməti özü də bu il iqtisadi artımın olmadığını etiraf edib. İqtisadi artımın olmaması o deməkdir ki, insanların real gəlirləri artmır, əksinə, qiymətlərin yüksəlməsi səbəbindən xərcləri çoxalır. Qiymətlər davamlı olaraq bahalaşır. Belə şəraitdə insanların əksəriyyəti alış-verişi azaltmağa məcbur qalır, çünki kifayət qədər vəsaitləri yoxdur. İnsanlar məhsulun baha olduğunu deyəndə, əslində, onu öz gəlirlərinə nisbətən əlçatmaz hesab edirlər. Təbii ki, bu vəziyyət sahibkarlara da mənfi təsir göstərir”.

İqtisadçı bildirib ki, hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri dövlət büdcəsinin gəlirlərini artırmaqdır:

“Bu məqsədlə vergi və gömrük inzibatçılığı gücləndirilib, sahibkarlardan əsaslı, bəzən isə təəssüf ki, əsassız ödənişlər tələb olunur. Əsassız ödənişlər dedikdə, yalnız rüşvəti nəzərdə tutmuram. Hazırda rüşvət halları o qədər də geniş yayılmayıb. Söhbət daha çox əsassız vergi hesablamalarından, gömrük tələblərindən və rüsumlardan gedir. Nəticədə sahibkarların vəziyyəti günü-gündən ağırlaşır. Bu baxımdan ölkədə normal qanunçuluq və investisiya mühiti yaradılmalı, sahibkarlara fəaliyyətlərini sərbəst şəkildə qurmaq imkanı verilməlidir ki, hamı qazansın. Əsas məqsəd nə olursa-olsun dövlət büdcəsini doldurmaqdan ibarət olmamalıdır. Əksinə, sahibkarlığa şərait yaradılmalı, qanunun aliliyi təmin edilməli, iqtisadi fəaliyyət üçün sərbəstlik verilməlidir. Belə olduqda, həm sahibkarlar qazanar, həm də dövlət büdcəsinə müvafiq ödənişlər daxil olar”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub

Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində torpaq sürüşməsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, sürüşmə nəticəsində kənd ərazisindən keçən diametri 219 mm olan magistral su borusu zədələnib. Nəticədə 1 100 abonentin içməli su təchizatı müvəqqəti dayandırılıb.Hadisə ilə əlaqədar əraziyə Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları cəlb olunub.Qurumun əməkdaşları tərəfindən qəza operativ şəkildə aradan qaldırılıb və abonentlərin içməli su təchizatı bərpa edilib....

24 Noyabr 2026, 09:27

Azərbaycanın ən gənc sovxoz direktoru vəfat etdi

Azərbaycanda keçmiş vəzifəli şəxs vəfat edib.Citypost.az Modern.az -a istinadən xəbər verir ki, Cəlilabad rayonunda Qılınc Dünyamalı oğlu Məmmədov 88 yaşında dünyasını dəyişib.1938-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olan Qılınc Məmmədov uzun illər ərzində müxtəlif məsul vəzifələrdə çalışaraq rayonun ictimai-siyasi və təsərrüfat həyatında özünəməxsus iz qoyub.Onun əmək fəaliyyəti olduqca erkən başlayıb. Qılınc Məmmədov 17 yaşında rayon komsomolunda təlimatçı, 23 yaşında isə rayon partiya komitəsində təlimatçı vəzifəsində çalışıb.27 yaşında Azərbaycanda ən gənc sovxoz direktorlarından biri təyin olunan Qılınc Məmmədov sonrakı 28 il ərzində sovxoza rəhbərlik edib. Onun rəhbərlik etdiyi Füzuli adına sovxoz Cəlilabad rayonunun Ağdaş kəndində yerləşib.Mərhumun övladlarından biri Badamdar qəsəbəsinin...

24 Noyabr 2026, 08:43

Rafiq Əliyevə məxsus bina dördüncü dəfə hərraca çıxarılır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, "İrşad" İslam Araşdırmaları Mərkəzinin rəhbəri Rafiq Əliyev ona məxsus 6 mərtəbəli binanın qanunazidd olaraq satışa çıxarıldığını elan edib.Citypost.szOxu.az-a istinadən xəbər verir ki, o, binanın noyabrın 22-də Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elektron hərracda qanunazidd formada satışının təşkil olunduğunu bildirib.ARafiq Əliyevin sözlərinə görə, bina satışa çıxarılsa da, alıcı tapılmayıb:"Bununla belə, qanunun tələblərinə məhəl qoyulmadan binanın satışının yenidən təşkil edilməsi nəzərdə tutulur. Belə ki, bina noyabrın 29-da dördüncü dəfə hərraca çıxarılmalıdır. Potensial alıcılar da yaxşı anlayırlar ki, əldə edəcəkləri bu bina mübahisəli əmlakdır. Binada əsaslı təmir işləri aparıldıqdan sonra texniki pasportun və yeni çıxarışın...

24 Noyabr 2026, 08:20

Bakıda Albaniyanın Milli Günü münasibətilə tədbir keçirilib.

Bakıda Albaniyanın Milli Günü münasibətilə tədbir keçirilib.Ölkə.az xəbər verir ki, mərasimdə çıxış edən Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia ölkələrimiz arasındakı münasibətlərin etimad və qarşılıqlı hörmət üzərində qurulduğunu bildirib.“2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş tarixi razılaşmanı və Cənubi Qafqazda davamlı sülhə doğru atılan hər bir addımı ürəkdən alqışlayırıq”, - səfir vurğulayıb.O, Albaniyanın Orta Dəhlizi Durres limanı ilə əlaqələndirmək istədiyini əlavə edib.“Kənd təsərrüfatı, yaşıl enerji, rəqəmsal texnologiyalar və turizm sahələrində biznes dairələrimizin əməkdaşlıq etməsini, alban şirkətlərinin Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməsini və Azərbaycanın Albaniyaya investisiya yatırmasını arzulayırıq. Həmçinin, Hava Xidmətləri haqqında Sazişin tezliklə imzalanacağına ümid edirik. Çünki...

24 Noyabr 2026, 08:14

Bəzi yerlər qazsız qalacaq

Bu gün Qəbələ şəhərinin Pastar küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Həmçinin Şəmkir Regional Qaz İstismarı İdarəsinin yaydığı məlumata əsasən, Qazax rayonunun İkinci Şıxlı və Kosalar kəndlərinin qaz təchizatında da müvəqqəti fasilə olacaq.Görüləcək təmir işləri və aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar hər iki rayonda qeyd olunan ünvanlarda sabah saat 10-dan işlər yekunlaşanadək qazın verilişi dayandırılacaq....

24 Noyabr 2026, 08:00

Ağa Dadaşzadə: İnsanları sağ ikən öldürən dilinizdən, nifrətinizdən utanın!

Artıq sosial şəbəkələrdə sadəcə mənəviyyatsızlıqla deyil, insanlığın dibinə vurmuş bir mənzərə ilə qarşı-qarşıyayıq. Bəzi insanların daxilindəki nifrət, paxıllıq, qəddarlıq və vicdansızlıq elə bir həddə çatıb ki, başqasının həyatı, sevinci, arzusu, hətta taleyi onların əyləncə predmetinə çevrilib.Bir gənc xanımın ad günündə çəkilmiş görüntüləri paylaşılır. Həyatının ən gözəl anlarından birini yaşayır. Amma həmin görüntülərin altında yazılan şərhlərə baxanda insanın içindən hər şey keçir. Nifrət, alçaltma, çirkin eyhamlar, mənəviyyatsızlıq, ağızlarına gələni yazan bir qaragüruh! Sanki bu insanlar kiminsə xoşbəxtliyini görməyə dözə bilmirlər. Sanki başqasının gülüşü bunların daxilindəki bütün çürüklüyü üzə çıxarır.Bir neçə saat sonra həmin gənc xanım avtomobil qəzasında həyatını itirir.Və mən bu...

24 Noyabr 2026, 00:38