Bizə yazın

Baku

-°C

USD

-

Çıxarışsız ev almaq istəyənlərə XƏBƏRDARLIQ: “Ucuz olması sizi aldatmasın” – Vəkildən AÇIQLAMA

Hüquq 24 Noyabr 2026, 09:00

439

Çıxarışsız evlərin daha münasib qiymətə təklif olunması bir çox vətəndaşı belə əmlakları almağa sövq edir. Xüsusilə mənzil və fərdi yaşayış evi almaq istəyən, lakin maddi imkanları məhdud olan şəxslər qiymət fərqinə görə sənədləri tam qaydasında olmayan evlərə üstünlük verirlər. Bəzən belə əmlakların qeydiyyat, bələdiyyə sənədi və ya digər sənədlər əsasında satıldığı bildirilir. Lakin vətəndaşlar nəzərə almalıdırlar ki, evin ucuz olması onun hüquqi baxımdan təhlükəsiz və problemsiz olduğu anlamına gəlmir. Çıxarışın olmaması gələcəkdə mülkiyyət hüququnun tanınması, əmlakın satılması, vərəsəlik və digər hüquqi məsələlərdə ciddi çətinliklər yarada bilər.

Mövzu ilə bağlı vəkil Ramin İsayev Citypost.az-a açıqlamasında çıxarışsız evlərin alınmasını məsləhət görmədiyini bildirib. Onun sözlərinə görə, vətəndaşlar belə əmlakları əldə edərkən yalnız qiymətə və satıcının verdiyi vədlərə əsaslanmamalı, ilk növbədə həmin evin hüquqi statusunu araşdırmalıdırlar.

Vəkil qeyd edib ki, çıxarışsız evlərin alqı-satqısı məsələsi də ciddi hüquqi suallar doğurur. Çünki daşınmaz əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlər və prosedurlar mövcuddur. Əgər evin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayıbsa, alıcının həmin əmlakı qanuni şəkildə əldə etməsi və gələcəkdə öz adına rəsmiləşdirməsi problemlə üzləşə bilər. Vətəndaş sadəcə pul ödəməklə və ya tərəflər arasında hər hansı razılaşma əldə etməklə avtomatik olaraq daşınmaz əmlakın tamhüquqlu sahibi olmur.

Ramin İsayevin sözlərinə görə, bu cür hallarda notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması da hər zaman mümkün olmur. Çünki notarius əmlakın hüquqi vəziyyətini və təqdim olunan sənədləri yoxlamalı, qanunvericiliyin tələblərinə uyğun olmayan əməliyyatı rəsmiləşdirməməlidir. Nəticədə vətəndaş çıxarışsız evi əldə etmək üçün müxtəlif qeyri-rəsmi razılaşmalara, etibarnamələrə və ya digər sənədlərə güvənə bilər. Lakin bu sənədlər daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışla eyni hüquqi qüvvəyə malik deyil.

Vəkil bu məsələnin hüquqi nəticələrini izah edərkən Avropa İnsan Hüquqları Məhkəməsində baxılmış “Əhmədova Azərbaycana qarşı” işinə də diqqət çəkib. Onun sözlərinə görə, həmin işin materiallarında çıxarışsız və hüquqi statusu mübahisəli olan əmlakla bağlı yaranmış problemlər diqqət çəkir. Vəkil hesab edir ki, belə nümunələr vətəndaşların sənədləri tam qaydasında olmayan evləri alarkən nə qədər ehtiyatlı davranmalı olduqlarını göstərir. Həmin hadisədə notariusun əmlakın hüquqi vəziyyətini nəzərə alaraq alqı-satqı əməliyyatını həyata keçirməməsi də mühüm məqam kimi qiymətləndirilməlidir.

Ramin İsayev vurğulayıb ki, çıxarışsız evlərin ucuz təklif olunmasının səbəblərindən biri məhz onların hüquqi statusu ilə bağlı qeyri-müəyyənlikdir. Yəni vətəndaşa münasib qiymətə təqdim edilən evin arxasında sonradan ciddi hüquqi problemlər dayana bilər. Əmlakın yerləşdiyi torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinin olub-olmaması, tikintiyə icazə sənədləri, mülkiyyət hüququnun kimə məxsusluğu və digər məsələlər əvvəlcədən araşdırılmalıdır. Əks halda, alıcı illərlə pul ödədiyi evin üzərində hüquqlarını sübut etməkdə çətinlik çəkə bilər.

Belə hallarda ən böyük risklərdən biri də evin gələcəkdə sökülməsi və ya həmin əmlakla bağlı mübahisələrin yaranmasıdır. Əgər tikili qanunsuz inşa edilibsə, torpaq sahəsinin hüquqi təyinatı tikintiyə imkan vermirsə və ya əmlakla bağlı başqa şəxslərin hüquqları mövcuddursa, alıcı gözləmədiyi problemlərlə qarşılaşa bilər. Hətta tərəflər arasında pulun ödənilməsi və evin təhvil verilməsi ilə bağlı razılaşma olsa belə, bu, bütün hüquqi risklərin aradan qalxdığını göstərmir.

Vətəndaşlar onu da nəzərə almalıdırlar ki, çıxarışın olmaması hər bir halda evin mütləq qanunsuz olması demək deyil. Bəzi əmlakların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri mövcud ola bilər, lakin qeydiyyat prosesi tamamlanmamış qala bilər. Ancaq bu ehtimal alıcını sənədləri yoxlamadan qərar verməyə sövq etməməlidir. Əmlakın hüquqi vəziyyəti mütəxəssis tərəfindən araşdırılmalı, onun dövlət qeydiyyatına alınmasının mümkün olub-olmadığı əvvəlcədən dəqiqləşdirilməlidir.

Vəkil alıcıların belə əmlaklarla bağlı qərar verməzdən əvvəl hüquqi məsləhət almalarını, satıcının təqdim etdiyi sənədlərin həqiqiliyini və hüquqi qüvvəsini yoxlatdırmalarını tövsiyə edir. Xüsusilə yalnız qeydiyyat arayışı, bələdiyyə sənədi, order, etibarnamə və ya başqa sənəd əsasında satılan evlərə münasibətdə diqqətli olmaq vacibdir. Bu sənədlərin hər biri fərqli hüquqi məna daşıyır və heç də hamısı mülkiyyət hüququnun təsdiqi hesab edilmir.

Beləliklə, çıxarışsız evlərin münasib qiymətə təklif olunması ilk baxışdan sərfəli görünsə də, bu cür alış gələcəkdə daha böyük maddi itkilərə səbəb ola bilər. Vəkil Ramin İsayevin də mövqeyinə görə, vətəndaşlar yalnız ucuz qiymətə görə hüquqi statusu qeyri-müəyyən olan evləri almağa tələsməməlidirlər. Ən təhlükəsiz seçim əmlakın sənədlərini əvvəlcədən yoxlamaq, mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığına əmin olmaq və alqı-satqını qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirməkdir.

Yusif 

Problemlərinizi bizə bildirin

077 323 55 66

10 il işlədiyi müəssisə müqaviləsini müddətli edib işdən çıxardı: İşçi işinə bərpa oluna bilərmi? – VƏKİL AÇIQLADI

Bir müəssisədə uzun illər çalışan işçinin əmək müqaviləsinin sonradan müddətli müqaviləyə çevrilməsi və müddətin başa çatması əsas gətirilərək işdən azad edilməsi əmək hüquqları baxımından mübahisəli məsələlərdən biridir. Xüsusilə 5 ildən artıq eyni iş yerində çalışan şəxslərin əmək müqaviləsinin hüquqi statusu, işəgötürənin müqavilənin müddətini dəyişdirmək səlahiyyəti və işçinin işdən çıxarılmasına etiraz etmək hüququ ilə bağlı suallar yaranır. Bəs 10 il işlədiyi müəssisədə əmək müqaviləsi müddətli müqaviləyə çevrilən və daha sonra müddətin bitməsi əsası ilə işdən çıxarılan şəxs yenidən işinə bərpa oluna bilərmi?Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında vəkil Əli Əliyev bildirib ki, belə hallarda ilk növbədə əmək müqaviləsinə xitam verildikdən sonra məhkəməyə...

23 Noyabr 2026, 11:40

Bələdiyyə əvvəlki illərin torpaq və əmlak vergisini neçə il geriyə tələb edə bilər? – VƏKİL AÇIQLADI

Bələdiyyələr tərəfindən vətəndaşlara əvvəlki illər üzrə torpaq və əmlak vergisi borclarının ödənilməsi ilə bağlı bildirişlərin göndərilməsi bir sıra suallar yaradır. Xüsusilə uzun müddət vergi borcu barədə məlumat almayan şəxslər sonradan bir neçə ilin ödənişinin tələb olunması ilə qarşılaşdıqda həmin məbləğin qanuniliyini və bələdiyyənin neçə il geriyə vergi tələb etmək hüququna malik olduğunu öyrənmək istəyirlər. Bəs bələdiyyə vətəndaşdan əvvəlki dövrlər üzrə torpaq və əmlak vergisini hansı müddət ərzində tələb edə bilər? Vergi borcunun hesablanması və ödəniş bildirişinin göndərilməsi ilə bağlı hansı məqamlar nəzərə alınmalıdır?Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında vəkil Ramin İsayev bildirib ki, bələdiyyələr torpaq və əmlak vergisi üzrə əvvəlki dövrlərə...

23 Noyabr 2026, 10:40

Polis əməkdaşı vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? – Vəkildən AÇIQLAMA

Polis əməkdaşlarının vətəndaşlardan bank kartlarını təqdim etməyi tələb etməsi, hesablarında nə qədər pul olduğunu və vəsaitin hansı mənbədən daxil edildiyini soruşması ilə bağlı cəmiyyətdə müəyyən suallar yaranır. Bəzi vətəndaşlar belə hallarda polis əməkdaşının bank kartını yoxlamaq, hesabdakı pul vəsaitinin mənbəyini araşdırmaq və bank əməliyyatları barədə məlumat tələb etmək səlahiyyətinin olub-olmadığını bilmirlər. Halbuki bank hesabları və həmin hesablar üzrə aparılan əməliyyatlar qanunvericiliklə qorunan məlumatlar sırasına daxildir. Bu məlumatların əldə edilməsi üçün xüsusi hüquqi əsaslar və müəyyən prosedurlar nəzərdə tutulub.Vəkil Samir Süleymanov Citypost.az-a açıqlamasında bildirib ki, vətəndaşın bank hesabları, hesablarında olan vəsait və həyata keçirdiyi bank əməliyyatları qanunla qorunan bank sirri hesab...

20 Noyabr 2026, 11:00

Boşandıqdan sonra aliment ödəmək məcburidirmi? – Vəkildən AÇIQLAMA

Boşanma prosesindən sonra aliment öhdəliyi cəmiyyətdə müzakirə olunan məsələlərdən biri olaraq qalır. Xüsusilə sosial şəbəkələrdə bəzi şəxslər “Həyat yoldaşımdan boşanmışamsa, nə üçün ona aliment ödəməliyəm?”, “Aliment ləğv olunsa, boşanmaların sayı da azalar” kimi fikirlər səsləndirirlər. Bəzən alimentin keçmiş həyat yoldaşına verilən maddi vəsait olduğu düşünülür. Halbuki qanunvericilikdə alimentin əsas məqsədi valideynlərdən birini maddi cəhətdən təmin etmək deyil, uşağın saxlanılması və onun zəruri ehtiyaclarının qarşılanmasıdır. Valideynlərin nikah münasibətlərinə xitam verməsi onların övladları qarşısında daşıdıqları hüquq və vəzifələri aradan qaldırmır.Vəkil Bahar Dünyamalıyeva Citypost.az-a açıqlamasında bildirib ki, aliment məsələsinə münasibət bildirərkən ilk növbədə valideynlərin uşaqlar qarşısında daşıdıqları qanuni öhdəlik nəzərə alınmalıdır. Onun sözlərinə...

20 Noyabr 2026, 10:00

Sayğaca müdaxilə iddiası ilə yüzlərlə manat əlavə borc yazılıbsa, nə etməli? – Vəkildən AÇIQLAMA

Kommunal xidmətlərdən istifadə edən vətəndaşların qarşılaşdığı problemlərdən biri də sayğaclara müdaxilə edildiyi iddiası ilə əlavə borcun hesablanmasıdır. Bəzən abonentlər uzun müddət ərzində ödənişlərini vaxtında həyata keçirsələr də, sonradan onların hesabına külli miqdarda əlavə borc daxil edilir. Vətəndaş isə bu məbləğin hansı əsasla hesablandığını, sayğaca müdaxilə faktının necə müəyyənləşdirildiyini və ödəniş tarixçəsi olduğu halda niyə əlavə borcun yarandığını aydınlaşdırmağa çalışır. Belə vəziyyətlərdə qurumlara müraciət etməklə yanaşı, hüquqların müdafiəsi üçün məhkəməyə üz tutmaq da mümkündür.Vəkil İlkin Xəlilov Citypost.az-a açıqlamasında bu cür halların vətəndaşlar tərəfindən diqqətdən kənarda saxlanılmamalı olduğunu bildirib. O, şəxsi təcrübəsində də belə bir problemlə qarşılaşdığını qeyd edərək, istifadə etdiyi sayğaca...

20 Noyabr 2026, 09:00

Ata illərdir evdə yaşamayan oğlunu qeydiyyatdan çıxara bilərmi? – Hüquqşünasdan AÇIQLAMA

Bəzi ailələrdə valideynlə övlad arasında yaranan mübahisələr mənzildən istifadə və yaşayış yeri üzrə qeydiyyat məsələlərinə qədər uzanır. Xüsusilə uzun müddətdir valideynlərinin evində yaşamayan, lakin həmin ünvanda rəsmi qeydiyyatda qalan övladlarla bağlı suallar yaranır. Belə vəziyyətdə ev sahibi olan ata oğlunu öz razılığı olmadan qeydiyyatdan çıxara bilərmi? Bunun üçün hansı hüquqi prosedurlardan keçmək lazımdır? Övladın həmin mənzildə başqa yaşayış yerinin olmaması məsələyə necə təsir edir və qeydiyyatdan çıxarılma zamanı kompensasiya ödənilməsi tələb oluna bilərmi?Məsələ ilə bağlı Citypost.az-a açıqlamasında vəkil Mircəlal Muradlı bildirib ki, valideynin öz mənzilində qeydiyyatda olan övladının qeydiyyatdan çıxarılması qanunvericiliklə müəyyən edilmiş hallarda mümkündür. Lakin burada əsas məsələ yalnız...

19 Noyabr 2026, 11:40