Aqşin Fatehin daha bir restoranı bağlandı
Sənət aləmi 24 Noyabr 2026, 07:15
531
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus "By Fateh Gənclik" restoranında plandankənar nəzarət tədbiri aparılıb.
Citypost.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb.
Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Həmin uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb.
Həmçinin oxuyun
Qeyd edək ki, adıçəkilən restoran tanınmış meyxanaçı Aqşin Fatehə məxsusdur.
Xatırladaq ki, paytaxtın Azadlıq prospekti, 231 ünvanında yerləşən "By Fateh" restoranının fəaliyyəti dayandırılmış və onun qapısı möhürlənmişdi.
Hüseyn Mehdiyev: “Kino sənaye parkı” «Azərbaycanfilm»in məhvinə aparan növbəti addımdır
Azərbaycan kinorejissoru və kinooperatoru Hüseyn Mehdiyev Azərbaycan kino sənayesinin vəziyyəti ilə bağlı paylaşım edib.O, paylaşımında “Kino sənaye parkı” layihəsini tənqid edərək bunun 100 ildən artıq tarixə malik “Azərbaycanfilm” kinostudiyasının məhvinə aparan növbəti addım olduğunu bildirib.Turan
24 Noyabr 2026, 00:42
Süni intellekt milli musiqilərin özünəməxsusluğunu itirə bilər – Tanınmış tarzəndən XƏBƏRDARLIQ
Süni intellekt və dünya musiqi mədəniyyətlərinin homogenləşməsiSüni intellektin musiqi istehsalına sürətlə nüfuz etməsi ilə dünya musiqi mədəniyyətlərinin özünəməxsusluğu, fərqli səslənmə estetikası və milli musiqi kimliyi ciddi müzakirə mövzusuna çevrilir. Texnologiyanın yaratdığı imkanlar nə qədər geniş olsa da, onun musiqi yaradıcılığında müəyyən bir standartlaşma və homogenləşmə tendensiyası formalaşdırdığı müşahidə olunur.Hər bir xalqın musiqisi onun tarixi yaddaşının, etnik kimliyinin, coğrafiyasının, həyat tərzinin və estetik düşüncəsinin səsə çevrilmiş ifadəsidir. Hindistan musiqisinin sitar, bansuri və tabla ilə formalaşan özünəməxsus modal və ritmik dünyası; Azərbaycan musiqisinin tar, kamança, saz və milli ifaçılıq ənənələri; Monqolustanın morin xuur alətində təcəssüm edən köçəri ruhu; Özbək musiqisinin dutar, karnay...
24 Noyabr 2026, 00:35
Heydər Anatollu ağır əməliyyat keçirən Natiq Fərzəliyevə baş çəkdi
Xalq artisti Heydər Anatollu ağır əməliyyat keçirən tanınmış aktyor Natiq Fərzəliyevə baş çəkib.Citypost.az xəbər verir ki, Heydər Anatolli ötən gün sənət dostunu ziyarət edərək onun səhhəti və əhvalı ilə maraqlanıb.Xalq artisti görüşdən sonra sosial şəbəkə hesabında paylaşım edərək aktyorun vəziyyətinin yaxşı olduğunu bildirib.“Şükürlər olsun ki, ağır əməliyyatdan sonra gözəl sənətkar dostum Natiq Fərzəliyevin əhvalı yaxşıdır. Allah şəfa versin”, – deyə Heydər Anatollu yazıb.Turan ...
24 Noyabr 2026, 00:28
Jurnalistdən cəmiyyətə SƏRT MESAJ: Şəxsi həyata müdaxiləni dayandırın
İnsanları nə diriykən rahat qoyursunuz, nə də öləndən sonra. İmkan verin, ölən rahat yatsın, diri də rahat yaşasın.Hə, başa düşürəm. Vətəndaş mövqeyi, bla-bla-bla, cəmiyyətə əxlaq dərsi, fır-fur-fur… Amma çox xahiş edirəm, o vətəndaş mövqeyinizi insanların həyatını doğrudan da məhv edən problemlərdə göstərin.Qadının görünüşü, kişinin köynəyi, onun saçı, bunun budu… Bunlar şəxsi məsələlərdir. Başınızı hamımıza aid olan məsələlərə qatın. Bu cəmiyyət hansı ara bu hala düşdü? Cavab: Həmişə belə idikElvin Elxan Jurnalist ...
24 Noyabr 2026, 00:24
Azad Qaradərəli: “Komedixananın yazıçı-dramaturqa ehtiyacı var”
Yazıçı Azad Qaradərəli “Komedixana”nın nömrələri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, yazıçı bu barədə sosial şəbəkədəki şəxsi hesabında paylaşım edib.Azad Qaradərəli bildirib ki, “Komedixana”nın səhnəciklərini maraqla izləyir və layihədə iştirak edən aktyorların bir qisminin güclü yumor hissinə malik olduğunu düşünür. Bununla belə, o, aktyorların istedadının daha yaxşı üzə çıxması üçün peşəkar komediya müəlliflərinə ehtiyac olduğunu vurğulayıb.Yazıçı qeyd edib ki, layihədə Sabit Rəhman və Şıxəli Qurbanov kimi istedadlı komediyanəvis dramaturqların qələmindən çıxan əsərlərə ehtiyac var.Azad Qaradərəli fikirlərini belə ifadə edib:“Komedixananın nömrələrinə həvəslə baxıram. Deyim ki, aktyorların bəziləri son dərəcə güclü yumor sahibidir. Baxır, gülür və acıyıram: bunların istedadlı komediyanəvis yazıçı-dramaturqa...
23 Noyabr 2026, 08:12
Vüqar Camalzadə Özbəkistan Bəstəkarlar İttifaqının üzvü seçildi
Tanınmış bəstəkar, Əməkdar artist, dosent Vüqar Camalzadə beynəlxalq musiqi ictimaiyyətində daha bir uğura imza atıb.Citypost.az xəbər verir ki, bəstəkar Özbəkistan Bəstəkarlar İttifaqının üzvü seçilib.Vüqar Camalzadə bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, üzvlüyə seçilməsini həyatında sevinc doğuran hadisələrdən biri kimi qiymətləndirib.“Bu gün çox sevincli bir gün yaşadım. Özbəkistan Bəstəkarlar İttifaqının üzvü seçildim”, – deyə bəstəkar bildirib.Turan
23 Noyabr 2026, 01:00