Bizə yazın

Baku

-°C

USD

-

Hicabsız mahnı oxuyan məşhur müğənniyə - Ağır cəza verildi

Sənət aləmi 24 Noyabr 2026, 10:05

382

İranda 29 yaşlı müğənni Pərəstu Əhmədi və komandasının dörd üzvü hicabsız və qolsuz geyimdə canlı konsert verdiklərinə görə Qum şəhərində şallaq cəzasına məruz qalıblar.

Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, BBC-yə danışan müdafiə tərəfinin vəkilinin sözlərinə görə, bazar ertəsi günü müğənni, üç musiqiçi və bir prodüserin hər birinə 74 şallaq zərbəsi vurulub.

Pərəstu Əhmədi 2024-cü ilin dekabrında “YouTube” kanalında canlı yayımlanan konsertdə səhnəyə başıaçıq və qolsuz libasda çıxıb. İran qanunvericiliyi qadınların ictimai konsertlər verməsini qadağan edir və məcburi hicab tələb edir.

Bu ilin iyun ayında Qum Cinayət Məhkəməsi Əhmədini və daha səkkiz nəfəri “ədəbsiz və uyğunsuz məzmun” yaymaqla “ictimai əxlaqı pozmaqda” təqsirli bilib. Təqsirləndirilən şəxslər ittihamları rədd etsələr də, məhkəmə onlara 74 şallaq cəzası, eləcə də audiovizual fəaliyyətə və xaricə səyahətə ikiillik qadağa cəzası kəsib. Sentyabrın sonunda apellyasiya məhkəməsi şikayəti rədd edərək hökmü qüvvədə saxlayıb.

Vəkil bildirib ki, cəzanın ləğvi, yüngülləşdirilməsi və ya icrasının təxirə salınması üçün edilən bütün müraciətlər nəticəsiz qalıb: “Cəzanın təxirə salınmasını xahiş etdik, lakin icra idarəsi dərhal tətbiq edilməsində israr etdi”.

İslahatçı “Etemad” qəzetinin digər vəkil Mustafa Niliyə istinadən yazdığına görə, müğənni ilə birlikdə cəzalandırılan dörd nəfər Soheyl Fəqih Nəsiri, Əmin Tahiri, Əmirəli Pirniya və Möhsün Ləşkəridir.

Hökmün icrası iranlı sənətçilər və beynəlxalq insan haqları təşkilatları tərəfindən kəskin pislənilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Aqşin Fatehin daha bir restoranı bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus "By Fateh Gənclik" restoranında plandankənar nəzarət tədbiri aparılıb.Citypost.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb.Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Həmin uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək...

24 Noyabr 2026, 07:15

Hüseyn Mehdiyev: “Kino sənaye parkı” «Azərbaycanfilm»in məhvinə aparan növbəti addımdır

Azərbaycan kinorejissoru və kinooperatoru Hüseyn Mehdiyev Azərbaycan kino sənayesinin vəziyyəti ilə bağlı paylaşım edib.O, paylaşımında “Kino sənaye parkı” layihəsini tənqid edərək bunun 100 ildən artıq tarixə malik “Azərbaycanfilm” kinostudiyasının məhvinə aparan növbəti addım olduğunu bildirib.Turan 

24 Noyabr 2026, 00:42

Süni intellekt milli musiqilərin özünəməxsusluğunu itirə bilər – Tanınmış tarzəndən XƏBƏRDARLIQ

Süni intellekt və dünya musiqi mədəniyyətlərinin homogenləşməsiSüni intellektin musiqi istehsalına sürətlə nüfuz etməsi ilə dünya musiqi mədəniyyətlərinin özünəməxsusluğu, fərqli səslənmə estetikası və milli musiqi kimliyi ciddi müzakirə mövzusuna çevrilir. Texnologiyanın yaratdığı imkanlar nə qədər geniş olsa da, onun musiqi yaradıcılığında müəyyən bir standartlaşma və homogenləşmə tendensiyası formalaşdırdığı müşahidə olunur.Hər bir xalqın musiqisi onun tarixi yaddaşının, etnik kimliyinin, coğrafiyasının, həyat tərzinin və estetik düşüncəsinin səsə çevrilmiş ifadəsidir. Hindistan musiqisinin sitar, bansuri və tabla ilə formalaşan özünəməxsus modal və ritmik dünyası; Azərbaycan musiqisinin tar, kamança, saz və milli ifaçılıq ənənələri; Monqolustanın morin xuur alətində təcəssüm edən köçəri ruhu; Özbək musiqisinin dutar, karnay...

24 Noyabr 2026, 00:35

Heydər Anatollu ağır əməliyyat keçirən Natiq Fərzəliyevə baş çəkdi

Xalq artisti Heydər Anatollu ağır əməliyyat keçirən tanınmış aktyor Natiq Fərzəliyevə baş çəkib.Citypost.az xəbər verir ki, Heydər Anatolli ötən gün sənət dostunu ziyarət edərək onun səhhəti və əhvalı ilə maraqlanıb.Xalq artisti görüşdən sonra sosial şəbəkə hesabında paylaşım edərək aktyorun vəziyyətinin yaxşı olduğunu bildirib.“Şükürlər olsun ki, ağır əməliyyatdan sonra gözəl sənətkar dostum Natiq Fərzəliyevin əhvalı yaxşıdır. Allah şəfa versin”, – deyə Heydər Anatollu yazıb.Turan ...

24 Noyabr 2026, 00:28

Jurnalistdən cəmiyyətə SƏRT MESAJ: Şəxsi həyata müdaxiləni dayandırın

İnsanları nə diriykən rahat qoyursunuz, nə də öləndən sonra. İmkan verin, ölən rahat yatsın, diri də rahat yaşasın.Hə, başa düşürəm. Vətəndaş mövqeyi, bla-bla-bla, cəmiyyətə əxlaq dərsi, fır-fur-fur… Amma çox xahiş edirəm, o vətəndaş mövqeyinizi insanların həyatını doğrudan da məhv edən problemlərdə göstərin.Qadının görünüşü, kişinin köynəyi, onun saçı, bunun budu… Bunlar şəxsi məsələlərdir. Başınızı hamımıza aid olan məsələlərə qatın. Bu cəmiyyət hansı ara bu hala düşdü? Cavab: Həmişə belə idikElvin Elxan Jurnalist ...

24 Noyabr 2026, 00:24

Azad Qaradərəli: “Komedixananın yazıçı-dramaturqa ehtiyacı var”

Yazıçı Azad Qaradərəli “Komedixana”nın nömrələri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, yazıçı bu barədə sosial şəbəkədəki şəxsi hesabında paylaşım edib.Azad Qaradərəli bildirib ki, “Komedixana”nın səhnəciklərini maraqla izləyir və layihədə iştirak edən aktyorların bir qisminin güclü yumor hissinə malik olduğunu düşünür. Bununla belə, o, aktyorların istedadının daha yaxşı üzə çıxması üçün peşəkar komediya müəlliflərinə ehtiyac olduğunu vurğulayıb.Yazıçı qeyd edib ki, layihədə Sabit Rəhman və Şıxəli Qurbanov kimi istedadlı komediyanəvis dramaturqların qələmindən çıxan əsərlərə ehtiyac var.Azad Qaradərəli fikirlərini belə ifadə edib:“Komedixananın nömrələrinə həvəslə baxıram. Deyim ki, aktyorların bəziləri son dərəcə güclü yumor sahibidir. Baxır, gülür və acıyıram: bunların istedadlı komediyanəvis yazıçı-dramaturqa...

23 Noyabr 2026, 08:12