Bizə yazın

Baku

-°C

USD

-

Mənzil almaq daha da çətinləşəcək? - Yeni bahalaşma dalğası gəlir?

Cəmiyyət 24 Noyabr 2026, 17:26

422

Azərbaycanda tikinti xərcləri oktyabr ayında sentyabrla müqayisədə 3%, ötən ilin dekabr ayı ilə müqayisədə isə 13,5% artıb. Bahalaşma yeni mənzillərin tikinti maya dəyərinə də təsir göstərir. Bununla belə, mənzillərin satış qiymətini yalnız tikinti materiallarının qiyməti deyil, torpaq sahəsinin dəyəri, əməkhaqqı, maliyyələşmə və bazardakı tələb-təklif nisbəti də müəyyən edir.

Citypost.az xəbər verir ki,Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Bakupost”a bildirib ki, tikinti xərcləri dedikdə, ilk növbədə, tikintinin maya dəyəri nəzərdə tutulur. Bu məbləğə tikintinin aparıldığı torpaq sahəsinin qiyməti, tikinti materiallarının dəyəri, işçi qüvvəsinə ödənilən əməkhaqqı və digər xərclər daxildir. Onun sözlərinə görə, maya dəyərinin artmasına müxtəlif amillər təsir edir və bu prosesi kompleks şəkildə qiymətləndirmək lazımdır.

O qeyd edib ki, açıqlanan faiz göstəriciləri onun tərəfindən təsdiqlənməsə də, tikinti xərclərinin artması faktdır. Bunun təsiri tikinti sektorunun fəaliyyətində də müşahidə olunur. Belə ki, 2026-cı ilin ilk 9 ayında tikinti işlərinin həcmi 6,8% azalıb. V.Orucun fikrincə, bu, maya dəyərinin yüksəlməsinin tikinti həcminə birbaşa təsir etdiyini göstərir. Buna görə də tikinti sektorunda azalmanın qarşısını almaq üçün təcili təşviq proqramlarına ehtiyac var.

V.Oruc bildirib ki, tikinti materiallarının qiymətində il ərzində bir neçə dəfə artım müşahidə olunur. Bu, əsasən tikinti aktivliyinin yüksəldiyi dövrlərə təsadüf edir. Fevral-mart aylarında və yay mövsümündə tikinti işlərinin həcmi artdığından materiallara tələbat da yüksəlir. Nəticədə bazarda qiymətlər bahalaşır.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra tikinti materiallarının bahalaşması daha da sürətlənib. İdxal zamanı yaranan problemlər qiymətlərin artmasına səbəb olub. Sonradan daxili istehsal hesabına bahalaşmanın bir hissəsi kompensasiya edilsə də, materialların qiyməti əvvəlki səviyyəyə qayıtmayıb.

O əlavə edib ki, manatın alıcılıq qabiliyyəti, ölkədəki iqtisadi vəziyyət və tikinti ilə bağlı normativ tələblər də maya dəyərinə ciddi təsir göstərir.

V.Oruc bildirib ki, hazırda tikintisi yeni başlayan, təməl və kotlovan mərhələsində olan binalardakı mənzillər yaxınlıqda əvvəllər inşa edilmiş yeni tikililərlə müqayisədə təxminən 15-20% baha qiymətə təklif olunur. Onun sözlərinə görə, sahibkarlar artan tikinti xərclərini kompensasiya etmək üçün yeni layihələrdə mənzillərin ilkin satış qiymətlərini daha yüksək müəyyənləşdirirlər.

O vurğulayıb ki, mənzilin satış qiyməti yalnız tikinti materiallarının dəyərindən formalaşmır. Buraya torpaq sahəsinin qiyməti, əməkhaqqı, texnika və logistika xərcləri, maliyyələşmə, vergi öhdəlikləri, kommunikasiya və infrastruktur xərcləri, eləcə də tikinti şirkətinin mənfəət marjası daxildir.

Onun sözlərinə görə, tikinti xərclərindəki artım mənzil bazarına mərhələli şəkildə təsir göstərir. Materialların qiymətinin yüksəlməsi mənzillərin satış qiymətini dərhal artırmır. Lakin yeni tikililərdə bahalaşmış materiallardan istifadə olunduqca bu artım mənzil qiymətlərində də özünü göstərir.

V.Oruc qeyd edib ki, tikinti şirkətlərinin bütün əlavə xərcləri dərhal alıcıların üzərinə qoyması da mümkün deyil. Çünki bu, mənzil qiymətlərinin həddindən artıq yüksəlməsinə səbəb ola bilər. Mənzil bazarında alıcılıq qabiliyyəti, ipoteka imkanları və əhalinin gəlirləri də qiymətlərin formalaşmasında mühüm rol oynayır.

V.Oruc torpaq sahələrinin qiymətinə də xüsusi diqqət çəkib. Onun sözlərinə görə, sərbəst torpaq sahələrinin məhdud olması tikinti üçün ayrılan ərazilərin dəyərini artırır. Bu xərc sonradan mənzilin bir kvadratmetrinin qiymətinə daxil edilir və satış qiymətlərinin yüksəlməsinə səbəb olur.

V.Oruc bildirib ki, mənzil bazarında qiymətlərə həm tikinti xərcləri, həm tələb və təklif nisbəti, həm də daşınmaz əmlakın investisiya cəlbediciliyi təsir göstərir.

Onun sözlərinə görə, tikinti materiallarının bahalaşmasının davam etməsi və əhalinin gəlirləri ilə mənzil qiymətləri arasında uyğunsuzluğun artması bazarda durğunluğa səbəb ola bilər. Bu isə mənzillərin əlçatanlığını daha da azaldar.

O hesab edir ki, problemin həlli üçün sosial mənzil layihələrinin həcmi və əhatəsi genişləndirilməlidir. Vətəndaşların satmaq öhdəliyi ilə kirayə mənzil proqramlarından, İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil layihələrindən, eləcə də adi və güzəştli ipoteka kreditlərindən yararlanmaq imkanları artırılmalıdır. Onun fikrincə, bu mexanizmlər mənzil bazarının aktivləşməsinə kömək edə bilər.

V.Oruc tikintinin maya dəyəri ilə mənzilin bazar qiyməti arasındakı fərqin sahibkarın mənfəət marjası ilə də bağlı olduğunu bildirib. Onun sözlərinə görə, tikinti şirkətləri maya dəyərinin üzərinə təxminən 20-30% mənfəət əlavə edirlər. Bu gəlir şirkətin gələcək layihələrinin inkişafına, sahibkarın şəxsi ehtiyaclarına və digər fəaliyyət istiqamətlərinə yönəldilə bilər.

O vurğulayıb ki, bazar qiyməti ilə tikinti maya dəyəri arasında fərqin olması təbii prosesdir. Əks halda, sahibkarların tikinti fəaliyyəti ilə məşğul olmaq üçün iqtisadi marağı olmazdı.

O, mənzil qiymətlərinin formalaşmasına birbaşa təsir edən altı əsas amili də sadalayıb: torpaq sahəsinin dəyəri, yerləşmə və infrastruktur səviyyəsi, tələb və təklif nisbəti, maliyyələşmə və vergi xərcləri, tikinti şirkətinin mənfəət marjası, həmçinin bazar gözləntiləri və investisiya amili.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezidentin sosial şəbəkə hesablarında Maka Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. https://t.co/xGGsLcL8tT— İlham Əliyev (@azpresident) November 24, 2026

24 Noyabr 2026, 17:19

Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Bu barədə Citypost.az-a Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin müvafiq qaydada araşdırılacağı və qanunvericiliyə uyğun həll ediləcəyi bildirilib.Müraciətlər əsasən, qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə...

24 Noyabr 2026, 17:13

Azərbaycanlı xanım həkim 1 il həbs cəzası aldı

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində çalışan həkim Bəyan Salehian 1 il azadlıqdan məhrum edilib.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.“Hökumətə qarşı təbliat”da və “sosial mediada yalan məlumatlar yaymaq”da ittiham olunan xanım həkimin elektron əşyalarının müsadirə olunması barədə də qərar çıxarılıb.Qeyd edək ki, SEPAH-ın kəşfiyyat bölməsinin əməkdaşları Qərbi Azərbaycan əyalətinin Saqqız şəhərindən olan həkimi sentyabrın 27-də mənzilində həbs edib, onun evində axtarış aparıb və şəxsi əşyalarını müsadirə ediblər....

24 Noyabr 2026, 17:00

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Hacıqabul, Neftçala, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Göyçay, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuzda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək....

24 Noyabr 2026, 16:58

Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video 

Bakı Dövlət Universitetinin yeni rektoru Məleykə Abbaszadənin 2024-cü ildə Firuzə İsmayıla verdiyi müsahibədə boşanma ilə bağlı sözləri yenidən gündəmə gəlib.Citypost.az Axar.az-a istinadən  həmin hissəni olduğu kimi təqdim edir:“Boşanmaqla mən özüm də rastlaşmışam və mən onu deyə bilərəm ki, boşanan insan yalnız öz yaşadığı insanla boşanır. Uşaqlarla boşanma yoxdur. O uşaq dünyaya gəlibsə, ömür boyu sən o uşağın qayğısına qalmalısan və sən o uşağın həyatında iştirak etməlisən. Uşaqlarla boşanma yoxdur. Elə insanlar, elə analar da var, elə atalar da var ki, boşanandan sonra yenə ailə qururlar və o uşaqlar tənha qalırlar, birinci uşaqlar. Nə deyə bilərəm? O ən çox həmin o...

24 Noyabr 2026, 16:50

Gənclərə çağırışaqədərki hazırlıqda PUA-lardan istifadə öyrədiləcək

Çağırışaqədərki hazırlıq dövründə gənclərin pilotsuz uçuş aparatları barədə nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək.Citypost.az xəbər verir ki, bu Nazirlər Kabinetinin təsdiqlədiyi “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də əksini tapıb.Əsasnaməyə əsasən, çağırışaqədərki hazırlıq dövründə gənclərin milli müdafiənin əsasları və müasir hərbi-texniki vasitələr, pilotsuz uçuş aparatları, müasir silahlar, elektron mühafizə sistemləri, süni intellekt texnologiyaları, kibertəhlükəsizliyin və informasiya təhlükəsizliyinin təmin edilməsi metodları, mülki müdafiənin təşkili prinsipləri, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış və mühafizə üsulları, habelə ilkin tibbi yardımın göstərilməsi, sağlamlığın və təhlükəsizliyin qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi, sanitariya-gigiyena qaydalarına əməl olunması barədə zəruri nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməsi təmin...

24 Noyabr 2026, 16:39