Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyev Gürcüstan Baş nazirinin müavinini qəbul edib

Siyasət 24 Noyabr 2026, 16:40

282

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib.

Citypost.az xəbər verir ki, qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan Prezidentinin 2026-ci ilin aprelində Gürcüstana dövlət səfəri məmnunluqla xatırlandı, səfər çərçivəsində yaxşı nəticələrin əldə olunduğu vurğulandı.

Xalqlarımız arasında əbədi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğu qeyd edildi və bundan irəli gələrək bu gün Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi bildirildi.

İkitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi və əlaqələrimizin genişləndirilməsi baxımından müntəzəm olaraq həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə, həmçinin bu yaxınlarda keçirilmiş hökumətlərarası komissiyanın iclasına toxunuldu.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərin Gürcüstan tərəfindən alqışlandığını bildirdi.

Cənubi Qafqaz regionunda mövcud sabitliyin önəmi qeyd edildi, Azərbaycanda və Gürcüstanda, həmçinin daha geniş regionda hökm sürən sabit vəziyyətin ölkələrimizin inkişafında rolu vurğulandı.

Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artması məmnunluqla qeyd edilərək, bu nəqliyyat dəhlizinin, həmçinin Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi müxtəlif bağlantı layihələrinin əhəmiyyətinə toxunuldu.

Prezident İlham Əliyev regional məsələlərdə hər zaman inklüziv yanaşmanın olmasının vacibliyini vurğuladı. Bu xüsusda, Azərbaycanın və Gürcüstanın regionda birgə səylərlə həyata keçirdiyi Orta Dəhliz layihəsinin artıq funksional olduğu vurğulandı və bu xətlə daşımaların mütəmadi əsasda artdığı bildirildi.

Bu yaxınlarda imzalanmış “Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik xətti layihəsinin önəmi qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edildiyi xatırlanaraq, Gürcüstanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsinin regional əməkdaşlığın inkişafı baxımından vacibliyi bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü keçirilir

Hazırda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili arasında təkbətək görüş keçirilir.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.

24 Noyabr 2026, 17:20

Vüqar Rəhimzadə: Azad Kəlbəcər Azərbaycanın gücünün və quruculuq əzminin təcəssümüdür

2020-ci ilin 25 noyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunmuş şərəfli günlərdən biridir.  Azərbaycanın döyüş meydanında qazandığı şanlı  Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı.  Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. Nəticədə Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Həmin gün Prezident İlham Əliyev xalqa müraciətində Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə bütün Azərbaycan xalqını təbrik edərək, bu qədim diyarın – Kəlbəcər şəhərinin və rayonun bütün kəndlərinin ən...

24 Noyabr 2026, 16:05

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də Bakıda səfərdə olan Monteneqronun Baş naziri Miloyko Spayiç ilə görüşüb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, görüşdə Azərbaycan–Monteneqro əlaqələrinin müsbət dinamikasından məmnunluq ifadə olunub, ötən dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndiyi qeyd edilib.Tərəflər ticarət-iqtisadi əməkdaşlığın potensialından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar, qarşılıqlı investisiyalar sahəsində əldə olunan müsbət nəticələri yüksək qiymətləndiriblər.Humanitar əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, turizm, mədəniyyət və təhsil sahələrində mübadilələrin daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.Görüşdə Azərbaycan–Monteneqro münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub....

24 Noyabr 2026, 15:05

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Nyu-Yorkda, Manhettendə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə qaldırılan Azərbaycan bayrağı prosedurla nəzərdə tutulmuş 7 gün ərzində müəyyən edilmiş yerdə olub.Citypost.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.Məlumata görə, hər il ABŞ-dakı Azərbaycan icmasının nümayəndələri müxtəlif ştatlarda inzibati və ictimai binaların qarşısında milli bayrağın qaldırılması mərasimlərini təşkil edirlər.“Erməni diasporunun bu prosesə mane olmaq üçün davamlı cəhdlərinə baxmayaraq, ABŞ-dakı Azərbaycan icması bu il də bayrağın qaldırılması mərasimlərini uğurla keçirib”, – deyə məlumatda bildirilir.Komitə, həmçinin qeyd edib ki, hər il Tayms-skverdə hündürmərtəbəli binaların fasadlarında yerləşən böyük LED ekranlarda Azərbaycanın tarixi...

24 Noyabr 2026, 14:21

Paşinyanın istefa vədi: Azərbaycana verilən mesaj, yoxsa müxalifətə tələ?

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması və ölkədə yeni Konstitusiyanın qəbulundan sonra hakimiyyətdən getməyə hazır olduğunu bildirməsi Cənubi Qafqazda diqqətləri yenidən İrəvana yönəldib. İlk baxışdan bu açıqlama hökumət başçısının siyasi gələcəyi ilə bağlı şəxsi qərarı kimi görünə bilər. Lakin bəyanatın səsləndirildiyi vaxt, Ermənistan daxilindəki siyasi vəziyyət və Azərbaycanla münasibətlərin indiki mərhələsi göstərir ki, məsələnin arxasında daha geniş hesablamalar dayanır.Paşinyan əslində öz siyasi gələcəyini ölkəsinin qarşısında dayanan iki mühüm məsələyə — yeni Konstitusiyanın qəbuluna və Azərbaycanla sülh prosesinin başa çatdırılmasına bağlayır. Bu isə onun növbəti siyasi addımının təkcə Ermənistanda hakimiyyət uğrunda mübarizəyə deyil, bütövlükdə regionun gələcəyinə təsir göstərə...

24 Noyabr 2026, 13:45

Azərbaycan Haaqa Konvensiyasına QOŞULDU

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsi müzakirəyə çıxarılıb.Citypost.az zəbər verir ki, sənəd Azərbaycannın 1970-ci il martın 18-də Haaqa şəhərində imzalanmış sözügedən Konvensiyaya müvafiq bəyanatları və qeyd-şərtləri ilə qoşulmasını nəzərdə tutur.Qeyd edək ki, bu Konvensiyaya qoşulmaq mülki və kommersiya mübahisələri zamanı xarici ölkələrdəki sübutların əldə edilməsi prosesini sadələşdirir, beynəlxalq hüquqi yardımı və məhkəmə orqanları arasında əməkdaşlığı gücləndirir.Qanun layihəsi müzakirə edildikdən sonra səsə qoyulub və yekdilliklə qəbul edilib. ...

24 Noyabr 2026, 12:48