Patrik Andrade: “Sabah” “Barselona”ya qarşı layiqli mübarizə apara bilər
İdman 24 Noyabr 2026, 17:06
496
“Azərbaycan çempionatının səviyyəsi yüksəlib. Hazırda “Neftçi”nin, “Sabah” və “Qarabağ”ın yaxşı kollektivləri var. Digər komandalarda da xaricdən gələn çoxlu yeni futbolçu var. Düşünürəm ki, Premyer Liqa addım-addım inkişaf edir”.
Citypost.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Patrik Andrade deyib.
Kabo-Verdedən olan 33 yaşlı yarımmüdafiəçi əvvəlcə Azərbaycan Premyer Liqasının XII turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları matçı şərh edib. O, komandanın uğursuz nəticələrindən və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmasından danışıb:
“Düşünürəm ki, “Neftçi”nin yaxşı komandası var. Yaxşı futbolçuları, həmçinin yaxşı oyun sistemi var. Bizim üçün isə vəziyyət çətindir. Bunu hamı bilir, biz də anlayırıq. Düşünürəm ki, bu vəziyyətdən çıxmaq üçün bir oyunda qalib gəlməliyik. Çətin bir dövr keçiririk. Hamı da görür ki, turnir cədvəlində sonuncu yerdəyik. Təbii ki, vəziyyət heç də asan deyil. İndi hamımız bu barədə düşünməli və vəziyyətdən mümkün qədər tez çıxmağa çalışmalıyıq”.
Andrade komandadan ayrılmağı düşünmədiyini bildirib:
“Mövsümün sonuna qədər müqaviləm var. Burada qalmağı xoşlayıram. Bu komandanı, buradakı insanları və əməkdaşları sevirəm. Yaxşı dostlarım var. Düşünürəm ki, bu barədə danışmaq üçün hələ tezdir”.
Həmçinin oxuyun
Uzun illər “Qarabağ”ın heyətində çıxış edərək avrokubok təcrübəsi qazanan Andrade “Sabah”ın “Barselona” ilə keçirəcəyi oyunla bağlı gözləntilərini bölüşüb. O, qarşılaşmanı stadiondan izləmək istədiyini də bildirib:
“Bilirik ki, bu, çətin oyun olacaq. Bəzən kiçik komandaların da böyük uğurlar qazandığını görürük. “Sabah”a uğurlar arzulayıram. Onların da yaxşı komandası var. Futbolda hər şey mümkündür, meydanda 11 futbolçuya qarşı 11 futbolçu mübarizə aparır. Təbii ki, “Barselona”ya qarşı oynamaq onlar üçün çətin olacaq.
“Sabah”ın yaxşı oyunçuları var. Düşünürəm ki, yaxşı oyun nümayiş etdirə bilərlər. Oyunu stadiondan canlı izləməyi düşünürəm”.
Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda saat 21:45-də başlayacaq.
"Qarabağ" sabiq futbolçusunu qaytarmaq istəyir
"Qarabağ" sabiq legionerini yenidən heyətinə qatmaqda maraqlıdır.Citypost.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırda Rusiyanın "Axmat" klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Julio Romaonu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırır.Lakin 28 yaşlı dayaq yarımmüdafiəçisinin keçidi ilə bağlı tərəflərin razılığa gəlib-gəlməyəcəyi hələlik dəqiq deyil.Qeyd edək ki, Romaonun Qroznı təmsilçisi ilə müqaviləsi 2028/29 mövsümünün sonuna qədər qüvvədədir.O, 2022-2025-ci illər aralığında "Qarabağ"ın formasını geyinib....
24 Noyabr 2026, 16:54
“Barselona” Bakı küçələrindən paylaşım etdi
İspaniyanın “Barselona” klubu Bakı küçələrindən paylaşım edib.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, görüntülər klubun rəsmi İnstaqram hesabında yayılıb.Qeyd edək ki, noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində təmsilçimiz "Sabah" "Barselona" ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
24 Noyabr 2026, 16:43
“Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Rafael Leaonun zədəsinin gözləniləndən ciddi olduğu bildirilir.Citypost.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist Uğur Karakullukçu məlumat yayıb.Onun sözlərinə görə, portuqaliyalı hücumçu mövsümün ilk yarısının qalan hissəsində komandasına kömək edə bilməyəcək.“Leaonun vəziyyəti düşünüldüyündən daha ciddidir. O, mövsümün ilk yarısını başa vurub”, – deyə jurnalist bildirib.“Qalatasaray”ın əvvəlki açıqlamasına əsasən, futbolçunun sağ budunun arxa əzələ qrupunda ciddi dartılma və qanaxma aşkarlanıb.Bundan başqa, İstanbul təmsilçisi Leaonun müalicəsini davam etdirmək üçün Qətərin paytaxtı Dohadakı “Aspetar” klinikasına göndərildiyini açıqlayıb. Futbolçunun orada klub fizioterapevtinin nəzarəti altında 10 günlük bərpa proqramı keçməsi nəzərdə tutulub.Qeyd edək ki, Rafael Leao noyabrın 7-də Türkiyə...
24 Noyabr 2026, 15:10
Lamin Yamalın əvəzinə Bakıya o gətirilib - 18 yaşlı istedad kimdir?
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Sabah”la keçiriləcək oyun üçün 18 yaşlı belçikalı hücumçu Jesse Bisivunu ilk dəfə əsas komandanın rəsmi matç üçün heyətinə daxil edib.Citypost.az QOL.az-a istinadən xəbər verir ki, İspaniyanın "Marca" nəşri Kataloniya klubunun gələcək üçün böyük ümidlər bəslədiyi futbolçu haqqında geniş məqalə dərc edib.Bisivu Bakıya səfər etməyən Lamin Yamalın əvəzinə heyətə cəlb olunub.18 yaşlı futbolçu bu ilin iyulun 31-də Belçikanın “Brügge” klubundan 8,5 milyon avroya transfer edilib.Futbolçu karyerasına 2014-cü ildə “Leven”də başlayan Bisivu 2020-ci ildə “Brügge”yə keçib. O, 2023-cü ildə, hələ 15 yaşı olarkən klubun əvəzedici komandasında çıxış etməyə başlayıb və...
24 Noyabr 2026, 12:02
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Gənclər və idman naziri Fərid Qayıbov IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının üzvü kimi Türkiyənin İstanbul şəhərində keçirilən Komissiyanın görüşündə iştirak edib.Bu barədə Citypost.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.Görüşdə 2027-ci ilin iyununun 16-dan 27-dək İstanbulda keçiriləcək IV Avropa Oyunlarına hazırlıq işləri müzakirə olunub
23 Noyabr 2026, 23:34
Lamin Yamal "Sabah"la oyunu buraxacaq
İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal Bakıda "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununu buraxacaq."Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.19 yaşlı vinger sağ topuğunda hiss etdiyi yüngül narahatlıq səbəbindən sözügedən matçda meydana çıxmayacaq.Onun bazar günü "Deportivo"ya qarşı görüşdə iştirak edə biləcəyi gözlənilir.Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək....
23 Noyabr 2026, 17:50