Bizə yazın

Baku

-°C

USD

-

Aparıcı Ada ilə birlikdə qəzada ölən kişinin AİLƏ FOTOSU 

Hadisə 24 Noyabr 2026, 16:40

664

Bakıda tanınmış aparıcı Ada Süleymanla birlikdə avtomobil qəzasında həyatını itirən Anar Kərimovun kimliyi ilə bağlı yeni məlumatlar yayılıb.

Citypost.az bestmedia.az-a istinadən xəbər verir ki, ilkin olaraq Anar Kərimovun tanınmış şirkətlərdən birinin rəhbərinin oğlu olduğu iddia edilsə də, sonradan onun jurnalist Toğrul İsmayılın bacısı Pərvanə İsmayılovanın həyat yoldaşı olduğu bildirilib.

Qeyd edək ki, Toğrul İsmayıl “Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlunun bacısı Nüşabə xanımın oğludur.

Xatırladaq ki, aparıcı Ada Süleyman noyabrın 22-də Bakının Səbail rayonunda yerləşən “Narşərab” restoranında 31 yaşını qeyd edib. Saat 19:00-da başlayan məclis gecə saat 01:00 radələrinədək davam edib.

Ad günü mərasimindən sonra qonaqlarını yola salan aparıcı restoranın hesabını ödəyərək tanışı Anar Kərimovla birlikdə avtomobillə evə yollanıb. Lakin yola çıxdıqdan təxminən 10-15 dəqiqə sonra onların olduğu avtomobil yüksək sürətlə hərəkət edərək qarşıda gedən DAF markalı yük maşınına çırpılıb.

Güclü toqquşma nəticəsində avtomobili idarə edən Anar Kərimov və sərnişin Ada Süleyman hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimallara əsasən, qəzanın sürücünün sükan arxasında yuxulaması və avtomobilə nəzarəti itirməsi səbəbindən baş vermiş ola biləcəyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə araşdırma nəticəsində müəyyənləşdiriləcək.

Hazırda hüquq-mühafizə orqanları qəzanın başvermə şəraitini və bütün təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Atlas Medical Center”in rəhbəri vəfat etdi - Foto

“Atlas Medical Center” klinikasının rəhbəri, iş adamı Hacı Nihat Əliyev vəfat edib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.N.Əliyev 49 yaşında uzunsürən xəstəlikdən dünyasını dəyişib.

24 Noyabr 2026, 15:44

Top ardınca qaçan uşağı maşın vurub öldürdü

Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, DİN-in Baş DYP İdarəsi hadisə anının görüntülərini paylaşıb.Bildirilib ki, hadisə noyabrın 22-si saat 13:00 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış zonalarının birində qeydə alınıb. 10 yaşlı qız avtomobil vurması nəticəsində həyatını itirib.“Yaşıdları ilə oynayan qızcığazın meydançadan kənara düşən topu gətirməyə gedərkən yolun hərəkət hissəsini qaçaraq keçməsi, eləcə də yaşayış zonası üçün nəzərdə tutulmuş sürət həddindən artıq sürətlə hərəkət etməsi ehtimal olunan sürücünün yola qaçan uşağı görməməsi, sonda hər iki tərəf üçün bərpası mümkün olmayan itkilərə yol açdı.Uşaq və yeniyetmələrin, eləcə də istirahət edən, təsərrüfat işi görən, yaxud evinə...

24 Noyabr 2026, 12:56

3-cü sinif şagirdi vəfat etdi - Foto

Quba rayonunun Amsar kənd tam orta məktəbinin III sinif şagirdi Elgün Kərimov vəfat edib.“Qafqazinfo” xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat paylaşılıb.Bildirilib ki, E.Kərimov noyabrın 23-ü dünyasını dəyişib.Azyaşlının ölüm səbəbi qeyd edilməyib.

24 Noyabr 2026, 11:59

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu uzun sürən ağır xəstəlikdən vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Məlumata görə, əsgər Kərimov Rəhman Rauf oğlu uzun sürən ağır xəstəlikdən müalicədə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq vəfat edib.Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.

24 Noyabr 2026, 10:47

Sərxoş halda dəfələrlə "102"yə zəng edən şəxs həbs olundu

Astarada lüzumsuz yerə Daxili İşlər Nazirliyinin "102" xidmətinə dəfələrlə zəng edib iş rejimini pozan şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.Citypost.az Xitab24.az-a istinadən xəbər verir ki, araşdırmalarla əməli törədənin 1965-ci il təvəllüdlü rayon sakini olduğu müəyyənləşib.Sərxoş vəziyyətdə sözügedən əməli törədən şəxs daha sonra polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərib. O, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.

24 Noyabr 2026, 10:42

Adanın paylaşdığı sonuncu videoda o da vardı - Xalq artisti danışdı

Xəbər verdiyimiz kimi, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. O, doğum gününü yaxınları ilə birlikdə qeyd etdikdən sonra evə qayıdarkən Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qəzaya düşüb. FHN-in məlumatına görə, “VOYAH” markalı minik avtomobili yük avtomobili ilə toqquşub. Qəza nəticəsində Ada Süleyman və avtomobilin sürücüsü Anar Kərimov həyatını itirib.Citypost.az Showmedia-ya istinadən xəbər verir ki, qəzada həyatını itirən aparıcı Ada Süleymanovanın doğum günündə Xalq artisti, aktyor Vidadi Həsənov da iştirak edib.Hadisə ilə bağlı Xalq artisti, aktyor Vidadi Həsənovla əlaqə saxladıq. Aktyor Showmedia-ya açıqlamasında baş verən hadisədən dərin sarsıntı keçirdiyini bildirib. O, hadisənin təsirindən hələ də...

24 Noyabr 2026, 07:30