Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumu iddialara cavab verdi
Cəmiyyət 24 Noyabr 2026, 16:25
474
Ötən günlərdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş vermiş qəza nəticəsində sərnişin, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman və sürücü Anar Kərimov həlak olub. Anar Kərimovun həyat yoldaşının qardaşı Toğrul İsmayıl sosial media hesablarında yayılan dezinformasiyalar haqqında sərt çıxış edib.
Citypost.az xəbər verir ki, Modern.az Toğrul İsmayılla əlaqə saxlayaraq hadisənin təfərrüatlarını öyrənib.
Onun sözlərinə görə yayılan dezinformasiyalar və yaraşdırmalar jurnalist və insan əxlaqına ziddir.
"Anar Kərimov mənim bacımın həyat yoldaşıdır. Hadisə ilə bağlı rəsmi məlumat səhər saat 08 radələrində FHN tərəfindən yayıldı. Orada Anarın atasının adı texniki səhv olaraq Xaliq yox, Alik kimi qeyd edilmişdi. Müəyyən xəbər saytları da bundan istifadə edərək, sırf soyad uyğunluğu var deyə, heç bir araşdırma aparmadan həmin şəxsin hansısa iş adamının oğlu olduğu informasiyasını yaydılar. Daha sonra qəzada həlak olan həmkarımız Ada Süleymanlı ilə Anarın arasında hər hansı bir əlaqə axtarıldı. Ad çəkməyəcəyəm, amma bunu edən və bu müzakirələrə səbəb olan saytlar ölkədə yetərincə çəkiyə malikdirlər. Heç bir dəqiqləşdirmə etmədən ailənin faciəsindən istifadə edib onu cəmiyyətdə linçə məruz qoymaq nə jurnalist, nə də insan əxlaqına yaraşır".
Toğrul İsmayıl vurğulayır ki, Anarın içkili olması ilə bağlı əsaslı bir fakt yoxdur:
Həmçinin oxuyun
"Deyilir ki, Anar içkili olub. Bunu sübut edən hər hansı bir qaynaq varmı? Ekspertizada belə bir fakt təsdiq edilməyib. Belə olduğu halda, dəqiqləşdirmədən hadisənin rəngini, motivini dəyişib belə bir məlumatı yayımlamaq ən azından jurnalistika üçün ləkədir".
O, Ada Süleymanlı və Anar Kərimovun arasındakı münasibətə də aydınlıq gətirib:
"Qeyd edim ki, Anar Kərimov şirkətlərin birində sadə işçi olub. Ada Süleymanlı ilə münasibətləri isə uzun zamandır dostluq səviyyəsindədir və bunu mən də bilirdim. Bütün ailəmiz bilirdi və həmin ad günündə iştirakından da xəbərdar idik. Bunu ona görə deyirəm ki, bəzi "ağzıgöyçək"lər məsələyə başqa don geyindirməyə çalışırlar. "Gecə vaxtı bir kişinin qadınla maşında nə işi vardı" kimi çürük beyinlərin məhsulu olan bu fikirlərə qarşı da bu açıqlama, mənim zənnimcə, yetərincə netdir. Anar vətəndaş kimi də, insan kimi də mükəmməl bir insan idi".
Çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 25-i gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Azərbaycanın rayonlarında noyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək....
24 Noyabr 2026, 16:30
İlqar Əliyev vəzifəsindən azad edildi
Gəncədə Abbas Səhhət adına xəstəxananın rəhbəri İlqar Əliyev vəzifəsindən azad edilib. Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb və o artıq vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, bir müddət əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri tərəfindən Gəncədə bir sıra xəstəxana və poliklinikalarda yoxlamalar aparılıb.Xatırladaq ki, Abbas Səhhət adına xəstəxanaya rəhbərlik edən İlqar Əliyev ixtisasca ümumi cərrahdır və o xəstəxanaya direktor təyin edilənə qədər Müdafiə Nazirliyinin Quru Qoşunlarının Tibb Xidmətində işləyib....
24 Noyabr 2026, 16:20
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 25-də respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi...
24 Noyabr 2026, 16:14
Gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnamə təsdiqlənib
Gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnamə təsdiqlənib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” qərar ləğv edilib.
24 Noyabr 2026, 15:57
Hacı Nuranın səhhəti pisləşib, Almaniyadadır
Aparıcı Hacı Nuran Hüseynovun səhhətində problem yaranıb.Citypost.az Axşam.az-a istinadən xəbər verir ki, aparıcı bir neçə aydır Almaniyada müalicə alır.Hacı Nuranın ayaq sümüyündə problem yaranıb. Bu səbəbdən yeriməkdə çətinlik çəkən aparıcı yaxın günlərdə əməliyyat olunacaq.
24 Noyabr 2026, 15:50
Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində - İfadə verdi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin növbəti məhkəmə iclası keçirilib.Citypost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Ramiz Mehdiyevin ailəsi şahid qismində ifadə verib.R.Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyev cinayət işi ilə bağlı sorğu-sual edilib, ittiham və müdafiə tərəfinin suallarını cavablandırıblar. “Boz kardinal”ın özü və qızı Kamilə Əliyeva da bu iş üzrə şahiddirlər. Amma onlar hələlik dindirilməyiblər.Bugünkü proses qalan şahidlərin iştirakı məqsədilə təxirə salınıb.Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Ramiz...
24 Noyabr 2026, 15:45