Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Siyasət 24 Noyabr 2026, 15:05
574
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də Bakıda səfərdə olan Monteneqronun Baş naziri Miloyko Spayiç ilə görüşüb.
Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan–Monteneqro əlaqələrinin müsbət dinamikasından məmnunluq ifadə olunub, ötən dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndiyi qeyd edilib.
Tərəflər ticarət-iqtisadi əməkdaşlığın potensialından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar, qarşılıqlı investisiyalar sahəsində əldə olunan müsbət nəticələri yüksək qiymətləndiriblər.
Həmçinin oxuyun
Humanitar əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, turizm, mədəniyyət və təhsil sahələrində mübadilələrin daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.
Görüşdə Azərbaycan–Monteneqro münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi
Nyu-Yorkda, Manhettendə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə qaldırılan Azərbaycan bayrağı prosedurla nəzərdə tutulmuş 7 gün ərzində müəyyən edilmiş yerdə olub.Citypost.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.Məlumata görə, hər il ABŞ-dakı Azərbaycan icmasının nümayəndələri müxtəlif ştatlarda inzibati və ictimai binaların qarşısında milli bayrağın qaldırılması mərasimlərini təşkil edirlər.“Erməni diasporunun bu prosesə mane olmaq üçün davamlı cəhdlərinə baxmayaraq, ABŞ-dakı Azərbaycan icması bu il də bayrağın qaldırılması mərasimlərini uğurla keçirib”, – deyə məlumatda bildirilir.Komitə, həmçinin qeyd edib ki, hər il Tayms-skverdə hündürmərtəbəli binaların fasadlarında yerləşən böyük LED ekranlarda Azərbaycanın tarixi...
24 Noyabr 2026, 14:21
Paşinyanın istefa vədi: Azərbaycana verilən mesaj, yoxsa müxalifətə tələ?
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması və ölkədə yeni Konstitusiyanın qəbulundan sonra hakimiyyətdən getməyə hazır olduğunu bildirməsi Cənubi Qafqazda diqqətləri yenidən İrəvana yönəldib. İlk baxışdan bu açıqlama hökumət başçısının siyasi gələcəyi ilə bağlı şəxsi qərarı kimi görünə bilər. Lakin bəyanatın səsləndirildiyi vaxt, Ermənistan daxilindəki siyasi vəziyyət və Azərbaycanla münasibətlərin indiki mərhələsi göstərir ki, məsələnin arxasında daha geniş hesablamalar dayanır.Paşinyan əslində öz siyasi gələcəyini ölkəsinin qarşısında dayanan iki mühüm məsələyə — yeni Konstitusiyanın qəbuluna və Azərbaycanla sülh prosesinin başa çatdırılmasına bağlayır. Bu isə onun növbəti siyasi addımının təkcə Ermənistanda hakimiyyət uğrunda mübarizəyə deyil, bütövlükdə regionun gələcəyinə təsir göstərə...
24 Noyabr 2026, 13:45
Azərbaycan Haaqa Konvensiyasına QOŞULDU
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsi müzakirəyə çıxarılıb.Citypost.az zəbər verir ki, sənəd Azərbaycannın 1970-ci il martın 18-də Haaqa şəhərində imzalanmış sözügedən Konvensiyaya müvafiq bəyanatları və qeyd-şərtləri ilə qoşulmasını nəzərdə tutur.Qeyd edək ki, bu Konvensiyaya qoşulmaq mülki və kommersiya mübahisələri zamanı xarici ölkələrdəki sübutların əldə edilməsi prosesini sadələşdirir, beynəlxalq hüquqi yardımı və məhkəmə orqanları arasında əməkdaşlığı gücləndirir.Qanun layihəsi müzakirə edildikdən sonra səsə qoyulub və yekdilliklə qəbul edilib. ...
24 Noyabr 2026, 12:48
Prezident: Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək
İlham Əliyev: Azərbaycan və Türkiyənin layihələri Avrasiya regionunun bağlantı xəritəsini yenidən tərtib etdiXarici siyasət24 noyabr, 202611:29İlham Əliyev: Azərbaycan və Türkiyənin layihələri Avrasiya regionunun bağlantı xəritəsini yenidən tərtib etdiReport.az-ı Google seçilmiş mənbələrinə əlavə edinAzərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:Sizi İğdır Universitetinin təşkilatçılığı ilə "İpək Yolunun yenidən dirçəlişi" mövzusuna həsr olunmuş Beynəlxalq Qafqaz Konqresinin işə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.Tarix boyu mühüm ticarət yolları üzərində yerləşən İğdır bu gün də özünün əlverişli mövqeyini qoruyaraq regional əməkdaşlığın inkişafına töhfə verməyə davam edir. İğdırın Naxçıvanla birbaşa qonşuluğu, bölgələr arasında tarixən mövcud olan sıx təmaslar və qarşılıqlı...
24 Noyabr 2026, 11:34
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirib
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Türkiyəni COP31 iqlim konfransının uğurlu təşkilinə görə təbrik edib.Citypost.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.Rəfiyev COP31 çərçivəsində Ədalətli Keçid üzrə İş Proqramı, Qlobal Adaptasiya Məqsədi, İqlim Maliyyəsi üzrə İş Proqramı və Adaptasiya Fondu ilə bağlı mühüm nəticələrin əldə olunduğunu bildirib.Nazir müavini COP31 sədrliyinə və danışıqlara rəhbərlik edən Avstraliyaya xüsusi təşəkkürünü ifadə edib.O, Avstraliyanın yekun qərarın könüllü şəkildə irəli sürülməsində göstərdiyi cəsarəti, eləcə də inklüziv, şəffaf və tərəflərin iştirakına əsaslanan proses vasitəsilə konsensus əldə etmək istiqamətində səylərini yüksək qiymətləndirib.“İqlim danışıqlarının mürəkkəb xarakterinə görə konsensusa nail olmaq hər zaman mümkün...
23 Noyabr 2026, 22:33
Prezident İlham Əliyev Trampa təşəkkür edib
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə təşəkkür edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “X” hesabında paylaşım edib.“Əziz Prezident Donald Tramp, "Trump Route for International Peace and Prosperity" layihəsinin işə salınması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi təşəkkürümü bildirmək istəyirəm”, – dövlət başçısı qeyd edib.Qeyd edək ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinə start veriblər. Donald Tramp isə layihənin həyata keçirilməsinə görə Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib....
23 Noyabr 2026, 16:30