Bizə yazın

Baku

-°C

USD

-

Düzü alçaltdılar, düzü - İlahi! - Zöhrab Mehdinin ŞEİRİ

Söz adamı 24 Noyabr 2026, 15:40

547

Alçaltdılar 

Çeynəyib axır ki, çürütdülər də

Sözü alçaltdılar, sözü - İlahi!

Çəkdilər yalanı yuxarı başa 

Düzü alçaltdılar, düzü - İlahi!

Boy atdı beləcə, alçaqlıqlar boy

Oysa, ocağmızın başına  gəldi!

Ucaltmaq varikən, niyə alçaltmaq 

Görən, adamların xoşuna gəldi?!

Necə göz yumdular işığa, nura

Gözü alçaltdılar, gözü - İlahi?!

Kəsdilər, and olsun...sonra, çörəyi

Duzu alçaltdılar, duzu - İlahi!

Bir alçaq əlində oyuncaq oldu

Neçə ucalıqda yeri olanlar!

Ucalar adına ləkə yaxdılar 

Alçaq əllərində  kiri olanlar!

Haqdan, ədalətdən çevirdilər bax

Üzü alçaltdılar,  üzü - İlahi!

Daha, nə qaldı ki, alçaltmasınlar

"Öz"ü alçatdılar, "öz"ü - İlahi?!

( Alçalda - alçalda vərdiş etdilər

 Alçala - alçala, alçaqlıqlara!

 Necə yaşadılar heyrətdi, heyrət 

 Əl çala - əl çala -  alçaqlıqlara?! )

                     (Z.M)

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gənc tədqiqatçıdan gözəl addım

Onun elmə, tədqiq etdiyi  sahəyə bağlılığı həm valideynlərini, həm də elmi rəhbəri kimi məni çox sevindirir. Əvvəlcə əsas mövzusu olan uşaq mətbuatı çərçivəsində "Məktəb" jurnalının M.Ə.Sabirə həsr olunmuş xüsusi nömrəsini transliterasiya etdi. Sonra həmin jurnalın 1911-ci ildə nəşr olunmuş bütün nömrələrini latın əlifbasına çevirdi. Daha sonra isə 1906-1925-ci illərdə nəşr olunmuş  “Dəbistan”, “Rəhbər”, “Məktəb” və “Məktəb məcmuəsi” uşaq jurnallarının biblioqrafiyasını hazırlayaraq nəşr etdirdi.    Bu günlərdə isə mətbu irsimizdə əhəmiyyətli yer tutan “Qırmızı günəş” uşaq jurnalının transliterasiyasını hazırlayaraq çap edib. 1921-1922-ci illərdə çıxmış həmin jurnalda uşaqların maraq dünyasına uyğun olan çox maraqlı elmi, ədəbi-bədii və publisistik materiallar vardır. Ona görə də...

24 Noyabr 2026, 11:29

Sevil Gültən “Xəzər” jurnalına sərt tənqid: “İngilis dilindən tərcümə edənlər niyə heyətə daxil edilməyib?”

Tərcüməçi Sevil Gültən “Xəzər” jurnalının redaksiya heyətinin formalaşdırılması və tərcümə istiqamətləri ilə bağlı suallar səsləndirib.Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Sevil Gültən qeyd edib ki, Tərcümə Mərkəzi bağlandıqdan sonra akademik Kamal Abdulla “Xəzər” jurnalını himayəsinə götürüb. Jurnal 2025-ci ilin yanvar ayından etibarən Azərbaycan Dillər Universitetinin Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı kimi nəşr olunur. Tərcüməçi jurnalın fəaliyyətinin davam etdirilməsini müsbət qarşıladığını, lakin yaradıcı heyətin tərkibinin onda müəyyən suallar yaratdığını bildirib.Onun diqqətini çəkən əsas məqam redaksiya heyətində yer alan şəxslərin əsasən rus dilindən tərcümə ilə məşğul olmalarıdır.Sevil Gültən paylaşımında redaksiya heyətinə Etimad Başkeçid, Mahir N. Qarayev, Saday...

24 Noyabr 2026, 00:15

Orxan Adıgözəldən süni intellektlə yazılan əsərlərlə bağlı maraqlı paylaşım

Yazıçı Orxan Adıgözəl süni intellekt vasitəsilə roman və şeir yazanların sayının artması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.Citypost.az xəbər verir ki, yazıçı paylaşımında bu tendensiyanı yumoristik şəkildə şərh edib:“Süni intellektlə roman, şeir yazanların sayı çoxalıb.Bir azdan kitabların üzərində "kənd yumurtası" "ev südü" kimi "bio kitab" yazılacaq.Feysbukdakı yazıların bəzilərini oxuyanda da "ChatGbt" tərzi hiss olunur”.Turan

23 Noyabr 2026, 08:41

Ey Vətən bu torpaq mənimçün azdı - Sayman Aruzun ŞEİRİ

Bilmirəm bu sənsən ya mənəm vətən,Həyatın önündən cavabsız ötən...O qədər qəfildən dəyişdim ki, mən,Özümü güzgüdə tanımadım heç ..Yağa bilmirsənsə qaraltma məni...Külək də əsmir ki, aparsın səni...O tayda əzilmiş azadlıq dəniBu qara torpaqdan cücərməmiş keç...Sən keçən dərinlər mənə dayazdı.Bu tay nəğmədirsə, o tay da sazdı,Ey Vətən bu torpaq mənimçün azdı...Zirvə axtarırsan buqartalı seç..

19 Noyabr 2026, 11:05

Gəncliyimizin sevimli Səyyad müəllimi - Sərvaz Hüseynoğlu yazır...

Sosial şəbəkələrdə  millət vəkili Səyyad Aranla , onun Milli Məclisdə etdiyi çıxışla bağlı etikadan kənar, arzuolunmaz, daha çox da qəbuledilməz fikirlər paylaşırlar.Bu əsassız şərhləri oxumaq şəxsən mənim üçün çox ağırdı. Ağırdı ona görə ki, mən Səyyad müəllimin tale yolunu, bu yoldakı çabalarını, sözün həqiqi mənasında, əsl ziyalı, istedadlı insan kimi mücadiləsini həmişə heyranlıqla izləmişəm.  Səyyad müəllim ötən əsrin səksəninci illərində İmişli rayonunda işləyən gənc müəllimlər, ziyalılar , gənc yaradıcı insanlar üçün örnək idi. Biz gənclərin təsvirolunmaz Səyyad sevgisi, qibtə yeri vardı. Səyyad müəllim bütöv bir nəsil gəncliyə ədəbiyyatı, mədəniyyəti sevdirirdi. Təbliğ edirdi. Onun zövqü istinad yerimiz idi. O, tanıyıb -...

18 Noyabr 2026, 14:53

Firuz Mustafa: “Arbuz” və “sobaka” sözləri türk mənşəlidir

Əməkdar incəsənət xadimi, yazıçı Firuz Mustafa “Türkizmlər” silsiləsindən növbəti paylaşımında rus dilində işlənən “arbuz” və “sobaka” sözlərinin mənşəyinə toxunub.Citypost.az xəbər verir ki, yazıçı bu barədə sosial şəbəkə hesabında yazıb.Firuz Mustafa qeyd edib ki, rus dilində qarpız mənasında işlədilən “arbuz” sözü türk mənşəlidir. Onun sözlərinə görə, rus dilçiləri də bu sözün türk dillərindən alındığını vurğulayırlar. Müəllif “arbuz” sözünün “qar” və “buz” sözlərinin birləşməsindən yarandığını irəli sürüb. O, rus dilindəki “арбуз” sözünün türk dillərindəki “χarbuz/karpuz” formasından keçdiyini də xatırladıb.Yazıçı “sobaka” sözünün mənşəyinə də diqqət çəkib. O bildirib ki, bu sözün də türk dilləri ilə əlaqəli olduğu barədə dilçilik araşdırmaları mövcuddur. Müəllifin qeyd...

18 Noyabr 2026, 00:50