Bizə yazın

Baku

-°C

USD

-

MŞ-dən mediaya ÇAĞIRIŞ: Sensasiya naminə jurnalistika qurban verilməməlidir

Cəmiyyət 24 Noyabr 2026, 16:38

567

"Son günlər bəzi media subyektlərinin və jurnalistlərin ictimai məzmunlu hadisələri işıqlandırarkən peşə etikası prinsiplərindən kənaraçıxma halları müşahidə olunur".

Citypost.az xəbər verir ki, bu, Mətbuat Şurasının yaydığı bəyanatda əksini tapıb.

Bildirilib ki, xüsusilə, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad etmədən məlumatların yayılması, tələsik və səthi təqdimatlarla ictimaiyyətə çatdırılması media fəaliyyətinin məsuliyyət və peşəkarlıq meyarları ilə bağlı ciddi suallar doğurur:

"Belə hallar cəmiyyətin informasiyaya etimadını sarsıdır, jurnalistikanın ənənəvi missiyasına və nüfuzuna zərbə vurur. Medianın cəmiyyəti çevik formada məlumatlandırması təqdirəlayiqdir, lakin operativlik faktların dəqiqliyi, məlumatların yoxlanılması, hadisələrin mahiyyətinin obyektiv təqdimatı və peşə etikası prinsipləri hesabına təmin edilməməlidir.

Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığı prinsipinə xüsusi həssaslıqla yanaşmalıdırlar. İctimai əhəmiyyət daşımayan şəxslərin həyatına aid məlumatların, foto və video görüntülərin onların hüquq və mənafeləri nəzərə alınmadan yayılması etik standartlarla uzlaşmır. Son günlər bu prinsipin pozulması ilə bağlı müşahidələr narahatlıq doğurur.

İnformasiyanın təqdimatı zamanı şəxsi həyatın toxunulmazlığına və insan ləyaqətinə hörmət göstərilməsi, eləcə də fərdi məlumatların qorunması əsas etik tələblərdəndir. Bu cür halların jurnalistikanın ictimai nüfuzuna ciddi zərbə vurduğu yaddan çıxmamalıdır.

Azərbaycan Mətbuat Şurası hesab edir ki, media subyektləri və jurnalistlər bu məsələlərə ciddi yanaşmalı, fəaliyyətlərində ictimai məsuliyyət, peşəkarlıq və etimad amillərini əsas götürməlidirlər. Jurnalistika ictimai əhəmiyyətli informasiyanın cəmiyyətə çatdırılması missiyasını sensasiya, reytinq və diqqət cəlb etmək naminə qurban verməməli, informasiya təqdimatında etik həssaslıq və məsuliyyət nümayiş etdirməlidir.

Mətbuat Şurası media subyektlərinin təmsilçilərini, jurnalistləri, habelə müstəqil jurnalist fəaliyyəti həyata keçirən bütün şəxsləri “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na ciddi əməl etməyə çağırır, bildirir ki, hadisə və proseslərə həssas, vicdanlı və peşəkar yanaşma jurnalistikanın cəmiyyət qarşısındakı missiyasının, media etimadının və nüfuzunun əsas şərtidir".

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gənclərə çağırışaqədərki hazırlıqda PUA-lardan istifadə öyrədiləcək

Çağırışaqədərki hazırlıq dövründə gənclərin pilotsuz uçuş aparatları barədə nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək.Citypost.az xəbər verir ki, bu Nazirlər Kabinetinin təsdiqlədiyi “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də əksini tapıb.Əsasnaməyə əsasən, çağırışaqədərki hazırlıq dövründə gənclərin milli müdafiənin əsasları və müasir hərbi-texniki vasitələr, pilotsuz uçuş aparatları, müasir silahlar, elektron mühafizə sistemləri, süni intellekt texnologiyaları, kibertəhlükəsizliyin və informasiya təhlükəsizliyinin təmin edilməsi metodları, mülki müdafiənin təşkili prinsipləri, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış və mühafizə üsulları, habelə ilkin tibbi yardımın göstərilməsi, sağlamlığın və təhlükəsizliyin qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi, sanitariya-gigiyena qaydalarına əməl olunması barədə zəruri nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməsi təmin...

24 Noyabr 2026, 16:39

Çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Azərbaycanın rayonlarında noyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək....

24 Noyabr 2026, 16:30

Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumu iddialara cavab verdi

Ötən günlərdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş vermiş qəza nəticəsində sərnişin, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman və sürücü Anar Kərimov həlak olub. Anar Kərimovun həyat yoldaşının qardaşı Toğrul İsmayıl sosial media hesablarında yayılan dezinformasiyalar haqqında sərt çıxış edib.Citypost.az xəbər verir ki, Modern.az Toğrul İsmayılla əlaqə saxlayaraq hadisənin təfərrüatlarını öyrənib.Onun sözlərinə görə yayılan dezinformasiyalar və yaraşdırmalar jurnalist və insan əxlaqına ziddir."Anar Kərimov mənim bacımın həyat yoldaşıdır. Hadisə ilə bağlı rəsmi məlumat səhər saat 08 radələrində FHN tərəfindən yayıldı. Orada Anarın atasının adı texniki səhv olaraq Xaliq yox, Alik kimi qeyd edilmişdi. Müəyyən xəbər saytları da bundan istifadə edərək, sırf...

24 Noyabr 2026, 16:25

İlqar Əliyev vəzifəsindən azad edildi

Gəncədə Abbas Səhhət adına xəstəxananın rəhbəri İlqar Əliyev vəzifəsindən azad edilib. Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb və o artıq vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, bir müddət əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri tərəfindən Gəncədə bir sıra xəstəxana və poliklinikalarda yoxlamalar aparılıb.Xatırladaq ki, Abbas Səhhət adına xəstəxanaya rəhbərlik edən İlqar Əliyev ixtisasca ümumi cərrahdır və o xəstəxanaya direktor təyin edilənə qədər Müdafiə Nazirliyinin Quru Qoşunlarının Tibb Xidmətində işləyib....

24 Noyabr 2026, 16:20

FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 25-də respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi...

24 Noyabr 2026, 16:14

Gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnamə təsdiqlənib

Gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnamə təsdiqlənib.Citypost.az  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” qərar ləğv edilib.

24 Noyabr 2026, 15:57