BDU-da imtahan sisteminin yenilənməsi ali təhsildə keyfiyyət məsələsini gündəmə gətirir
Cəmiyyət 24 Noyabr 2026, 15:44
236
Bakı Dövlət Universitetində imtahan sisteminin dəyişdirilməsi ilə bağlı müzakirələr ali təhsil müəssisələrində qiymətləndirmə mexanizmlərinin vəziyyətini yenidən gündəmə gətirib. Yeni rektor Məleykə Abbaszadənin fəaliyyətinin ilkin mərhələsində bu istiqamətdə dəyişikliklərə üstünlük verə biləcəyi barədə səslənən fikirlər məsələnin aktuallığını daha da artırır.
İmtahan sisteminin yenilənməsi yalnız tələbələrin biliklərinin yoxlanılması üsulunun dəyişdirilməsi kimi qəbul edilməməlidir. Bu, universitetdə tədrisin təşkili, müəllimlərin məsuliyyəti, tələbələrin müstəqil fəaliyyəti və bütövlükdə akademik mühitin keyfiyyəti ilə birbaşa bağlı olan məsələdir.
Mövcud qiymətləndirmə mexanizmlərinin əsas problemlərindən biri tələbənin real bilik və bacarıqlarının bəzən imtahan nəticələri ilə məhdud şəkildə müəyyənləşdirilməsidir. Semestr ərzində mühazirələrdə iştirak edən, müstəqil araşdırmalar aparan, təqdimatlar hazırlayan və praktik tapşırıqları yerinə yetirən tələbənin fəaliyyəti yekun qiymətləndirmədə həmişə lazımi səviyyədə əks olunmur.
Digər ciddi problem əzbərçiliyin qiymətləndirmədə üstünlük təşkil etməsidir. Tələbənin müəyyən məlumatları yadda saxlaması vacib olsa da, ali təhsilin məqsədi bununla məhdudlaşmamalıdır. Universitet tələbəyə hazır bilikləri təkrarlamaqla yanaşı, təhlil aparmağı, müqayisə etməyi, müstəqil fikir yürütməyi və nəzəri bilikləri praktikada tətbiq etməyi də öyrətməlidir. İmtahan sualları da məhz bu bacarıqları üzə çıxarmağa xidmət etməlidir.
Qiymətləndirmə sisteminin yenilənməsi zamanı semestrboyu fəaliyyətə daha çox əhəmiyyət verilməsi məqsədəuyğundur. Tələbənin dərslərdə iştirakı, fərdi və qrup tapşırıqları, elmi araşdırmaları, təqdimatları və praktik fəaliyyəti ümumi nəticədə real şəkildə nəzərə alınmalıdır. Bununla yanaşı, yekun imtahanın əhəmiyyəti qorunmalı, lakin onun tələbənin bütün semestr ərzindəki fəaliyyətini kölgədə qoymasına imkan verilməməlidir.
Bütün ixtisaslar üçün eyni imtahan modelinin tətbiqi də səmərəli yanaşma hesab edilə bilməz. Hüquq fakültəsinin tələbəsi hüquqi hadisələri təhlil etmək və əsaslandırılmış qərar vermək bacarığına görə, jurnalistika tələbəsi peşəkar mətn hazırlamaq və informasiya ilə işləmək qabiliyyətinə görə, texniki və təbiət elmləri üzrə təhsil alan tələbələr isə nəzəri biliklərini praktik tapşırıqlarda tətbiq etmək bacarığına görə qiymətləndirilməlidir. İmtahan mexanizmi hər bir ixtisasın xüsusiyyətlərinə uyğun qurulmalıdır.
Qiymətləndirmənin obyektivliyi və şəffaflığı ayrıca diqqət tələb edir. İmtahan meyarları əvvəlcədən tələbələrə izah edilməli, qiymətlərin əsaslandırılması təmin olunmalı, apellyasiya müraciətlərinə müstəqil və qərəzsiz baxılmalıdır. Yazılı işlərin anonim yoxlanılması, elektron qiymətləndirmə və müstəqil monitorinq kimi mexanizmlər də subyektiv müdaxilə imkanlarını azaltmağa kömək edə bilər.
Həmçinin oxuyun
Məleykə Abbaszadənin uzun illər Dövlət İmtahan Mərkəzinə və onun sələfi olan qəbul imtahanı qurumlarına rəhbərlik etməsi qiymətləndirmə sahəsində ciddi idarəçilik təcrübəsinə malik olduğunu göstərir. Bununla belə, ali məktəblərə qəbul imtahanı ilə universitetdaxili qiymətləndirmə arasında mühüm fərqlər var. Qəbul imtahanı abituriyentin ilkin bilik səviyyəsini müəyyənləşdirir, universitetdaxili qiymətləndirmə isə tələbənin ixtisas üzrə nəzəri hazırlığını, peşə bacarıqlarını, tədqiqat qabiliyyətini və müstəqil düşüncəsini üzə çıxarmalıdır. Buna görə də yeni yanaşma yalnız imtahan təcrübəsinə deyil, ali təhsilin özünəməxsus tələblərinə əsaslanmalıdır.
Digər tərəfdən, imtahan sistemində dəyişiklik tədrisin keyfiyyətinin yüksəldilməsi ilə paralel aparılmalıdır. Müəllim auditoriyada müasir tədris metodlarından istifadə etmirsə, tələbəyə müstəqil araşdırma imkanı yaradılmırsa, tədris proqramları müasir elmi və peşə tələblərinə cavab vermirsə, yalnız imtahan formasının dəyişdirilməsi ciddi nəticə verməyəcək. Qiymətləndirmə islahatı müəllimlərin peşəkar məsuliyyətinin artırılması, tədris proqramlarının yenilənməsi və elmi-tədqiqat mühitinin gücləndirilməsi ilə tamamlanmalıdır.
BDU Azərbaycanın ali təhsil tarixində xüsusi yeri olan universitetdir. Onun nüfuzu yalnız tarixi ənənələri və elmi nailiyyətləri ilə deyil, hazırladığı mütəxəssislərin peşəkarlığı ilə də müəyyənləşir. Universiteti bitirən gəncin diplomla yanaşı, seçdiyi ixtisas üzrə işləmək, müstəqil qərar vermək və qarşılaşdığı problemləri həll etmək bacarığına malik olması ali təhsilin əsas nəticəsi olmalıdır.
BDU-da mümkün islahatların başlıca istiqaməti də bu prinsip üzərində qurulmalıdır: qiymət tələbənin müəllim qarşısındakı mövqeyini və ya yaddaş imkanlarını deyil, onun real biliyini, düşünmə qabiliyyətini və peşə hazırlığını əks etdirməlidir. İmtahan sistemi məhz bu məqsədə xidmət etdikdə universitetdə akademik keyfiyyətin yüksəldilməsi üçün real zəmin yaranacaq.
Şəmsi QOCA
Zemfira Məhərrəmlinin "Nəfs" romanı təqdim edildi
Bu gün Yazıçılar Birliyində əməkdar jurnalist Zemfira Məhərrəmlinin "Nəfs" romanının təqdimat mərasimi keçirildi. Qələminin gücündən ilhamlanan Zemfira xanımın işığına çox dostları, yaxınları və qələm dostları yığışmışdır. Olduqca maraqlı müzakirə mülahizələrlə keçən tədbiri daha da canlı, nəfəsli edən amillərdən biri də, ilk dəfə olaraq kişilərin qadınlar qarşısında öz günah və səhvlərini açıq şəkildə etiraf etmələri oldu. Eyni zamanda, tədbirdə olan qadınların sayçoxluğu da onların həmrəyliyini nümayiş etdirdi.Romanın əsas süjet xəttindən çıxış edərək fikir bildirən natiqlər cəmiyyətdə əbədi ömür yaşayan qadın-kişi münasibətlərinin hansı zərurətdən parçalandığına, ailələrdə yaşanan ayrılıq və xəyanət hallarının baş verməsinə aydınlıq gətirməyə çalışdılar. Ən gözəl mənzərə isə ondan ibarət idi ki,...
24 Noyabr 2026, 22:46
Səhiyyə nazirinə yeni müşavir təyin edildi - Özəl
Töhfə Ramiz qızı Cəmilova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsindən azad edilib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, səhiyyə nazirinin müşaviri təyin edilib.Qeyd edək ki, T.Cəmilova Azərbaycan Tibb Universitetini həkim-oftalmoloq ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq iqtisadçı ixtisası üzrə diploma yiyələnib.2023-cü ildə London Universitetinin "London School of Hygiene and Tropical Medicine" məktəbində İctimai səhiyyə ixtisası üzrə elmlər magistri dərəcəsini alıb.2008-ci ildən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin müdiri, 2010-cu ildən isə Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri vəzifələrində çalışıb.2017-2025-ci illərdə Azərbaycanda, eləcə də Koreya Xalq Demokratik...
24 Noyabr 2026, 21:11
Əmir Pəhləvan: Yoxlama və reydlərdə jurnalistlər də iştirak etməlidir
Hər il yüzlərlə istehsal müəsisələri yoxlanılır, onlardan yalnız beş-altısı cəzalandırılır. Supermarketlər keyfiyyətsiz, zay və kimyəvi tərkibli məhsullarla təchiz olunur. Xüsusilə də yeyinti məhsulları istehsal edilən kiçik və iri həcmli təsərrüfat müəssisələrinin sayı günü-gündən artmaqdadır. Sosial şəbəkələrdəki efir materiallarından belə məlum olur ki, rüşvət verməyənlər ağır şəkildə cəzalandırılırlar. Bu qədər yoxlama və reydlərdə isə bir nəfər peşəkar jurnalistin iştirakına hələ də rast gəlinmir.. Xeyir ola…? Məqsəd nədir? İctimai nəzarətə, demokratiyaya və həqiqətə nəfəs olan bu amil nədən unudulur? Bəyənmədiyimiz sovetlər dönəmində jurnalistlərsiz yoxlamalar və reydlər qanunsuz hesab olunurdu. İndi isə hər şey tamamilə tərsinədir. Belə çıxır ki, oğru oğrunu təftiş edir, rüşvətin götürüb...
24 Noyabr 2026, 21:01
"Ankara məktəbi" məktəb-liseyinə yeni direktor təyin olunub
"Ankara məktəbi" məktəb-liseyinə yeni direktor təyin olunub.Citypost.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov bununla bağlı əmr imzalayıb.Bildirilib ki, əmrə əsasən Tural Taqiyev "Ankara məktəbi" məktəb-lise
24 Noyabr 2026, 19:37
İlin ilk Super Ayı görünür
Hazırda Ay Yerə ən yaxın mövqedədir və ilin ilk Super Ayı görünür.Bu barədə APA-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib."Ay tam Ay fazasına çatıb, yəni Ay diskinin işıqlanması 100%-dir. Bu gün Ay saat 16:44-də şimal-şərqdən doğub. Hava şəraiti uyğun olarsa, Super Ayı bütün gecə boyunca izləmək mümkün olacaq", - məlumatda qeyd edilib.Bildirilib ki, ilin ikinci və sonuncu Super Ayı isə 24 dekabr 05:28-də olacaq.Qeyd edilib ki, Ay Yer ətrafında təxminən 27 günə bir dövr edir: "Onun orbiti elliptik olduğundan Yerlə Ay arasındakı məsafə dəyişir. Ay orbitinin Yerə ən yaxın nöqtəsi perigey, ən uzaq nöqtəsi isə apogey adlanır. Tam...
24 Noyabr 2026, 19:31
Etibar Qasımova Dövlət Xidmətində vəzifə verildi
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Satınalma departamentinə rəhbər təyin edilib.Modern.az Plat.az-a istinadla bildirir ki, bu vəzifə Etibar Qasımova həvalə edilib.E.Qasımov bundan öncə Dövlət Gömrük Komitəsində tenderlər üzrə menecer, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində Satınalma departamentinin direktor müavini vəzifələrində çalışıb. Xatırladaq ki, Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixli fərmanı ilə yaradılıb. Xidmətin icraçı direktoru Emil Şolandır. ...
24 Noyabr 2026, 19:05