Bizə yazın

Baku

-°C

USD

-

Rüstəm Xəlilov vətəndaşların şikayətlərini dinlədi

Cəmiyyət 24 Noyabr 2026, 18:18

381

Salyan Rayon İcra Hakimiyyətinin başçısı İnteqrasiya təlimli internat tipli gimnaziyada şəhər sakinlərini qəbul edib.

Citypost.az bildirir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşların müraciət, təklif və şikayətlərinin dinlənilməsi, mövcud problemlərinin yerində öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə İnteqrasiya təlimli internat tipli gimnaziyanın binasında sakinlər ilə səyyar qəbul keçirib.

Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlər, regionların inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin edilməsi, sakinlərin müraciətlərinə həssaslıqla yanaşılması və qaldırılan məsələlərin operativ həlli rayon rəhbərliyinin fəaliyyətində əsas prioritetlərdəndir. Bu baxımdan, mütəmadi olaraq təşkil edilən səyyar qəbullar əhalinin qayğı və problemlərinin birbaşa dinlənilməsi, onların həlli istiqamətində çevik tədbirlərin görülməsi, eləcə də vətəndaşlarla yerli icra strukturları arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səyyar qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin bir qismi ilə bağlı aidiyyəti üzrə dərhal müvafiq tapşırıqlar verilib. Əlavə araşdırma və müvafiq tədbirlərin görülməsini tələb edən müraciətlər isə nəzarətə götürülüb. Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görülməsini tapşırıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır

Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilərkən binanın birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verildiyi, giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi müəyyən edilib.Bu barədə Citypost.az-aMədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.Qeyd edilib ki, hazırda müdaxilə faktı ilə bağlı araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Eyni zamanda, abidəyə dəymiş ziyanın ödənilməsi və onun ilkin görkəminə qaytarılması istiqamətində işlər davam etdirilir.Bir daha bütün vətəndaşları, o cümlədən tarix və mədəniyyət abidələrinin mülkiyyətçiləri və istifadəçilərini mədəni irsimizə həssas yanaşmağa, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsinə çağırırıq....

24 Noyabr 2026, 18:30

KƏLBƏCƏRİN AZADLIĞA QOVUŞMASINDAN ALTI İL ÖTÜR

Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz həqiqi sahiblərinə qayıdıb. Bu gün Kəlbəcər də qələbənin qızılı rənglərinə boyanıb bayram edir! Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir.Kəlbəcər rayonu Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər,...

24 Noyabr 2026, 18:29

Abşeron yatağının istismar müddəti uzadılır

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə dəyişikliklər edilir.Modern.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC İnternational ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsində əks olunub.Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında...

24 Noyabr 2026, 17:49

Mənzil almaq daha da çətinləşəcək? - Yeni bahalaşma dalğası gəlir?

Azərbaycanda tikinti xərcləri oktyabr ayında sentyabrla müqayisədə 3%, ötən ilin dekabr ayı ilə müqayisədə isə 13,5% artıb. Bahalaşma yeni mənzillərin tikinti maya dəyərinə də təsir göstərir. Bununla belə, mənzillərin satış qiymətini yalnız tikinti materiallarının qiyməti deyil, torpaq sahəsinin dəyəri, əməkhaqqı, maliyyələşmə və bazardakı tələb-təklif nisbəti də müəyyən edir.Citypost.az xəbər verir ki,Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Bakupost”a bildirib ki, tikinti xərcləri dedikdə, ilk növbədə, tikintinin maya dəyəri nəzərdə tutulur. Bu məbləğə tikintinin aparıldığı torpaq sahəsinin qiyməti, tikinti materiallarının dəyəri, işçi qüvvəsinə ödənilən əməkhaqqı və digər xərclər daxildir. Onun sözlərinə görə, maya dəyərinin artmasına müxtəlif amillər təsir edir və bu prosesi...

24 Noyabr 2026, 17:26

Prezidentin sosial şəbəkə hesablarında Maka Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. https://t.co/xGGsLcL8tT— İlham Əliyev (@azpresident) November 24, 2026

24 Noyabr 2026, 17:19

Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Bu barədə Citypost.az-a Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin müvafiq qaydada araşdırılacağı və qanunvericiliyə uyğun həll ediləcəyi bildirilib.Müraciətlər əsasən, qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə...

24 Noyabr 2026, 17:13