Güləşçimizə 3 illik cəza verildi
İdman 24 Noyabr 2026, 17:42
1655
Azərbaycan güləşçisi Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb.
Bu barədə Citypost.azp-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
O, antidopinq qaydasını pozduğu üçün diskvalifikasiya olunub.
Həmçinin oxuyun
İdmançıdan götürülmüş nümunədə "19 norandrosterone" preparatı aşkarlanıb.
"Zəfər" komandası Azərbaycan çempionatından kənarlaşdırılıb
"Zəfər" komandası AFFA U-14 Liqasından kənarlaşdırılıb.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Sözügedən kollektiv çempionatda "Sabah"la oyuna çıxmaqdan imtina etdiyi üçün matç baş tutmayıb.Bu hal turnirdə üçüncü dəfə təkrarlandığına görə "Zəfər" komandası 2026/2027 mövsümü üçün liqadan kənarlaşdırılıb. Onların oynadığı bütün qarşılaşmaların nəticələri ləğv edilib.
25 Noyabr 2026, 17:35
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
Noyabrın 24-də “Şəfa” klubunda iclas keçirilib.Citypost.az xəbər verir ki, bu barədə QOL.az-a klubun mətbuat xidmətinin rəhbəri Heybət Məmmədov məlumat verib.Onun sözlərinə görə, klub rəhbərliyi və baş məşqçi Zaur Həşimovun iştirak etdiyi iclasda komandanın bu mövsümdə göstərdiyi oyun və qeydə alınan qeyri-sabit nəticələr müzakirə olunub.Klub rəhbərliyi hazırkı duruma baxmayaraq, Zaur Həşimova dəstək olub. Baş məşqçi ilə əmkdaşlığın davam etdirilməsinə qərar verilib.Qeyd edək ki, "Şəfa” Misli Premyer Liqasında 12 turdan sonra 5 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb....
25 Noyabr 2026, 15:12
Patrik Andrade: “Sabah” “Barselona”ya qarşı layiqli mübarizə apara bilər
“Azərbaycan çempionatının səviyyəsi yüksəlib. Hazırda “Neftçi”nin, “Sabah” və “Qarabağ”ın yaxşı kollektivləri var. Digər komandalarda da xaricdən gələn çoxlu yeni futbolçu var. Düşünürəm ki, Premyer Liqa addım-addım inkişaf edir”.Citypost.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Patrik Andrade deyib.Kabo-Verdedən olan 33 yaşlı yarımmüdafiəçi əvvəlcə Azərbaycan Premyer Liqasının XII turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları matçı şərh edib. O, komandanın uğursuz nəticələrindən və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmasından danışıb:“Düşünürəm ki, “Neftçi”nin yaxşı komandası var. Yaxşı futbolçuları, həmçinin yaxşı oyun sistemi var. Bizim üçün isə vəziyyət çətindir. Bunu hamı bilir, biz də anlayırıq. Düşünürəm ki, bu vəziyyətdən çıxmaq üçün bir oyunda qalib...
24 Noyabr 2026, 17:06
"Qarabağ" sabiq futbolçusunu qaytarmaq istəyir
"Qarabağ" sabiq legionerini yenidən heyətinə qatmaqda maraqlıdır.Citypost.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırda Rusiyanın "Axmat" klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Julio Romaonu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırır.Lakin 28 yaşlı dayaq yarımmüdafiəçisinin keçidi ilə bağlı tərəflərin razılığa gəlib-gəlməyəcəyi hələlik dəqiq deyil.Qeyd edək ki, Romaonun Qroznı təmsilçisi ilə müqaviləsi 2028/29 mövsümünün sonuna qədər qüvvədədir.O, 2022-2025-ci illər aralığında "Qarabağ"ın formasını geyinib....
24 Noyabr 2026, 16:54
“Barselona” Bakı küçələrindən paylaşım etdi
İspaniyanın “Barselona” klubu Bakı küçələrindən paylaşım edib.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, görüntülər klubun rəsmi İnstaqram hesabında yayılıb.Qeyd edək ki, noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində təmsilçimiz "Sabah" "Barselona" ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
24 Noyabr 2026, 16:43
“Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Rafael Leaonun zədəsinin gözləniləndən ciddi olduğu bildirilir.Citypost.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist Uğur Karakullukçu məlumat yayıb.Onun sözlərinə görə, portuqaliyalı hücumçu mövsümün ilk yarısının qalan hissəsində komandasına kömək edə bilməyəcək.“Leaonun vəziyyəti düşünüldüyündən daha ciddidir. O, mövsümün ilk yarısını başa vurub”, – deyə jurnalist bildirib.“Qalatasaray”ın əvvəlki açıqlamasına əsasən, futbolçunun sağ budunun arxa əzələ qrupunda ciddi dartılma və qanaxma aşkarlanıb.Bundan başqa, İstanbul təmsilçisi Leaonun müalicəsini davam etdirmək üçün Qətərin paytaxtı Dohadakı “Aspetar” klinikasına göndərildiyini açıqlayıb. Futbolçunun orada klub fizioterapevtinin nəzarəti altında 10 günlük bərpa proqramı keçməsi nəzərdə tutulub.Qeyd edək ki, Rafael Leao noyabrın 7-də Türkiyə...
24 Noyabr 2026, 15:10