Bakıda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib
Siyasət 24 Noyabr 2026, 17:57
263
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili geniş tərkibdə görüş keçiriblər.
Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin bütün spektri, strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, həmçinin regional və beynəlxalq məsələlər müzakirə olunub.
Nazirlər iki ölkə arasında tarixi əlaqələr, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar.
Görüşdə iqtisadi və ticarət əlaqələrinə, qarşılıqlı investisiyaların və biznes əlaqələrinin təşviqinə, ikitərəfli ticarətin şaxələndirilməsinə xüsusi diqqət yetirilib.
Enerji əməkdaşlığının regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi qeyd olunub. Tərəflər təbii qaz və elektrik enerjisinin təchizatı və tranziti, eləcə də Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Xəzər dənizi–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Nazirlər Orta Dəhlizin regional nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsində strateji rolunu qeyd edib, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işlərinin başa çatmasını alqışlayıblar.
Həmçinin oxuyun
Görüşdə turizm, təhsil, elm, mədəniyyət və idman sahələrində insanlararası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti də vurğulanıb.
Regional əməkdaşlıq məsələləri çərçivəsində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatının əhəmiyyəti qeyd edilib. Tərəflər Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi, regional iqtisadi əməkdaşlığın və tranzit əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov Azərbaycanın Ermənistanla iqtisadi əlaqələrin inkişafı istiqamətində atdığı konkret addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracına başlanılması barədə qarşı tərəfə məlumat verib. Gürcüstanın bu prosesə töhfəsi yüksək qiymətləndirilib.
Nazir həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və inkişaf işləri, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə məlumat verib.
Maka Boçorişvili Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili noyabrın 24-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.Citypost.az xəbər verir ki, qonaq Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.Sonra Şəhidlər xiyabanına gələn Maka Boçorişvili Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub....
24 Noyabr 2026, 17:58
Bakıda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü keçirilir
Hazırda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili arasında təkbətək görüş keçirilir.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.
24 Noyabr 2026, 17:20
Prezident İlham Əliyev Gürcüstan Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib.Citypost.az xəbər verir ki, qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.Görüşdə Azərbaycan Prezidentinin 2026-ci ilin aprelində Gürcüstana dövlət səfəri məmnunluqla xatırlandı, səfər çərçivəsində yaxşı nəticələrin əldə olunduğu vurğulandı.Xalqlarımız arasında əbədi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğu qeyd edildi və bundan irəli gələrək bu gün Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi bildirildi.İkitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi və əlaqələrimizin genişləndirilməsi baxımından...
24 Noyabr 2026, 16:40
Vüqar Rəhimzadə: Azad Kəlbəcər Azərbaycanın gücünün və quruculuq əzminin təcəssümüdür
2020-ci ilin 25 noyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunmuş şərəfli günlərdən biridir. Azərbaycanın döyüş meydanında qazandığı şanlı Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. Nəticədə Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Həmin gün Prezident İlham Əliyev xalqa müraciətində Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə bütün Azərbaycan xalqını təbrik edərək, bu qədim diyarın – Kəlbəcər şəhərinin və rayonun bütün kəndlərinin ən...
24 Noyabr 2026, 16:05
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də Bakıda səfərdə olan Monteneqronun Baş naziri Miloyko Spayiç ilə görüşüb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, görüşdə Azərbaycan–Monteneqro əlaqələrinin müsbət dinamikasından məmnunluq ifadə olunub, ötən dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndiyi qeyd edilib.Tərəflər ticarət-iqtisadi əməkdaşlığın potensialından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar, qarşılıqlı investisiyalar sahəsində əldə olunan müsbət nəticələri yüksək qiymətləndiriblər.Humanitar əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, turizm, mədəniyyət və təhsil sahələrində mübadilələrin daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.Görüşdə Azərbaycan–Monteneqro münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub....
24 Noyabr 2026, 15:05
ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi
Nyu-Yorkda, Manhettendə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə qaldırılan Azərbaycan bayrağı prosedurla nəzərdə tutulmuş 7 gün ərzində müəyyən edilmiş yerdə olub.Citypost.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.Məlumata görə, hər il ABŞ-dakı Azərbaycan icmasının nümayəndələri müxtəlif ştatlarda inzibati və ictimai binaların qarşısında milli bayrağın qaldırılması mərasimlərini təşkil edirlər.“Erməni diasporunun bu prosesə mane olmaq üçün davamlı cəhdlərinə baxmayaraq, ABŞ-dakı Azərbaycan icması bu il də bayrağın qaldırılması mərasimlərini uğurla keçirib”, – deyə məlumatda bildirilir.Komitə, həmçinin qeyd edib ki, hər il Tayms-skverdə hündürmərtəbəli binaların fasadlarında yerləşən böyük LED ekranlarda Azərbaycanın tarixi...
24 Noyabr 2026, 14:21