Bizə yazın

Baku

-°C

USD

-

Abşeron yatağının istismar müddəti uzadılır

Cəmiyyət 24 Noyabr 2026, 17:49

461

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə dəyişikliklər edilir.

Modern.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC İnternational ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsində əks olunub.

Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında 2009-cu il fevralın 27-də imzalanmış Saziş üzrə podratçı tərəflər – SOCAR Absheron, TotalEnergies EP Absheron B.V (TEPAB) və ADNOC International ProjectCo 1 RSC Limited (XRG) şirkətləridir.

Adıçəkilən yataqda ilkin hasilat sxemi üzrə bir quyu 3 iyul 2023-cü il tarixdən hasilata verilib.

Neft yatağında dörd yeni quyunun işlənməsini nəzərdə tutan Tammiqyaslı İşlənmə Layihəsi üzrə Yekun İnvestisiya Qərarı 25 sentyabr 2026-cı il tarixində qəbul edilib, 26 sentyabr 2026-cı il tarixində isə SOCAR və Podratçı tərəflər arasında dəyişdirilib və yeni redaksiyada tərtib olunmuş Abşeron yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Yeni redaksiya üzrə əsas dəyişiklik 1 mart 2017-ci il tarixindən başlamış işlənmə və hasilat dövrünün otuz (30) ildən qırx (40) ilədək uzadılmasıdır.

Bu uzadılma Tammiqyaslı İşlənmə üzrə 4-cü quyunun işlənməsi və onun yaratdığı dəyərin reallaşdırılması ilə bağlıdır. Belə ki, 4-cü quyunun 2057-ci ilə qədər əlavə qaz hasilatı təmin etməsi və Abşeron blokundan ümumi qaz çıxarılma əmsalını yüksəltməsi gözlənilir. 4-cü quyunun Abşeron Tammiqyaslı İşlənmə üzrə Yekun İnvestisiya Qərarına daxil edilməsi ilə bağlı quyuya qoyulan investisiyaların geri qaytarılmasını təmin etmək məqsədilə saziş üzrə işlənmə və hasilat dövrünün 10 il uzadılması razılaşdırılıb.

Dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş ilə həmçinin Abşeron Tammiqyaslı İşlənmə Layihəsi üzrə qaz və kondensat həcmlərinin daşınma üçün müvafiq infrastruktur obyektlərinə birləşdirilməsi məqsədilə tikiləcək və podratçılar tərəfindən maliyyələşdiriləcək obyektlərin tikintisi və istismarına çəkilən xərclərin saziş üzrə neft-qaz əməliyyatları məsrəfləri sayılması və əvəzi ödənilən məsrəflərə aid edilməsi nəzərdə tutulur.

Eyni zamanda, bu Sazişlə əvvəlki sazişə əlavə edilmiş altı Qoşma eyni şərtlərlə qalmaqla yeni redaksiyaya daxil olunur və vahid sənəddə birləşdirilir. Həmçinin, sazişə redaktə xarakterli bəzi dəyişikliklər edilir.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mənzil almaq daha da çətinləşəcək? - Yeni bahalaşma dalğası gəlir?

Azərbaycanda tikinti xərcləri oktyabr ayında sentyabrla müqayisədə 3%, ötən ilin dekabr ayı ilə müqayisədə isə 13,5% artıb. Bahalaşma yeni mənzillərin tikinti maya dəyərinə də təsir göstərir. Bununla belə, mənzillərin satış qiymətini yalnız tikinti materiallarının qiyməti deyil, torpaq sahəsinin dəyəri, əməkhaqqı, maliyyələşmə və bazardakı tələb-təklif nisbəti də müəyyən edir.Citypost.az xəbər verir ki,Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Bakupost”a bildirib ki, tikinti xərcləri dedikdə, ilk növbədə, tikintinin maya dəyəri nəzərdə tutulur. Bu məbləğə tikintinin aparıldığı torpaq sahəsinin qiyməti, tikinti materiallarının dəyəri, işçi qüvvəsinə ödənilən əməkhaqqı və digər xərclər daxildir. Onun sözlərinə görə, maya dəyərinin artmasına müxtəlif amillər təsir edir və bu prosesi...

24 Noyabr 2026, 17:26

Prezidentin sosial şəbəkə hesablarında Maka Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. https://t.co/xGGsLcL8tT— İlham Əliyev (@azpresident) November 24, 2026

24 Noyabr 2026, 17:19

Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Bu barədə Citypost.az-a Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin müvafiq qaydada araşdırılacağı və qanunvericiliyə uyğun həll ediləcəyi bildirilib.Müraciətlər əsasən, qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə...

24 Noyabr 2026, 17:13

Azərbaycanlı xanım həkim 1 il həbs cəzası aldı

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində çalışan həkim Bəyan Salehian 1 il azadlıqdan məhrum edilib.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.“Hökumətə qarşı təbliat”da və “sosial mediada yalan məlumatlar yaymaq”da ittiham olunan xanım həkimin elektron əşyalarının müsadirə olunması barədə də qərar çıxarılıb.Qeyd edək ki, SEPAH-ın kəşfiyyat bölməsinin əməkdaşları Qərbi Azərbaycan əyalətinin Saqqız şəhərindən olan həkimi sentyabrın 27-də mənzilində həbs edib, onun evində axtarış aparıb və şəxsi əşyalarını müsadirə ediblər....

24 Noyabr 2026, 17:00

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Hacıqabul, Neftçala, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Göyçay, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuzda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək....

24 Noyabr 2026, 16:58

Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video 

Bakı Dövlət Universitetinin yeni rektoru Məleykə Abbaszadənin 2024-cü ildə Firuzə İsmayıla verdiyi müsahibədə boşanma ilə bağlı sözləri yenidən gündəmə gəlib.Citypost.az Axar.az-a istinadən  həmin hissəni olduğu kimi təqdim edir:“Boşanmaqla mən özüm də rastlaşmışam və mən onu deyə bilərəm ki, boşanan insan yalnız öz yaşadığı insanla boşanır. Uşaqlarla boşanma yoxdur. O uşaq dünyaya gəlibsə, ömür boyu sən o uşağın qayğısına qalmalısan və sən o uşağın həyatında iştirak etməlisən. Uşaqlarla boşanma yoxdur. Elə insanlar, elə analar da var, elə atalar da var ki, boşanandan sonra yenə ailə qururlar və o uşaqlar tənha qalırlar, birinci uşaqlar. Nə deyə bilərəm? O ən çox həmin o...

24 Noyabr 2026, 16:50