Bizə yazın

Baku

-°C

USD

-

"Zəngi" liseyinə yeni direktor təyin olunub

Cəmiyyət 25 Noyabr 2026, 12:00

413

Əkbərova Zəhra Qafil qızı Bakı şəhəri "Zəngi" liseyinə direktor vəzifəsinə təyin olunub.

Citypost.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr imzalayıb.

Qeyd edək ki, o, pedaqoji fəaliyyətə 2014-cü ildə başlayıb, bu təyinata qədər Bakı şəhəri Cavid Nurməmmədov adına 108 nömrəli tam orta ümumtəhsil məktəbində təlim- tərbiyə işləri üzrə direktor müavini çalışıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Litvanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budrisin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-də Şəhidlər xiyabanını ziyarət edib.Citypost.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.“Millətinin gələcəyi uğrunda həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik. Onların fədakarlığı Azərbaycan xalqının dözümlülüyünün və qətiyyətinin əbədi simvolu olaraq qalır”, – Budris "X" hesabında bildirib.O qeyd edib ki, Azərbaycanın ağrısı və dözümlülüyü Litvada da dərindən əks-səda doğurur. Budris Azərbaycan və Litvanın azadlıq və suverenlik uğrunda mübarizə ilə formalaşmış ortaq tarixə malik olduğunu vurğulayıb....

25 Noyabr 2026, 11:40

Lənkəranın 7 kəndində işıq kəsiləcək

Bu gün Lənkəran rayonunun 7 kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.Citypost.az xəbər verir ki, cari iş planına uyğun olaraq noyabrın 25-də saat 10:00-dan 12:00-dək "Hirkan" hava xəttində təmir işləri aparılacaq.Bununla əlaqədar rayonun Hirkan, Mamusta, Siyavar, Vel, Parakənd, Xanbulan və Daşdalıqcar kəndləri üzrə ümumilikdə 6500 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.Elektrik enerjisinin verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

25 Noyabr 2026, 10:52

Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava

Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.Citypost.az xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 25-i saat 10:00-a olan məlumatında qeyd edilib.Qusar, Zaqatala, Qax, Ağstafa, Gəncə, Şəmkir, Xınalıq, Quba, Balakən, Şəki, Oğuzda yağış, Şahdağda isə arabir qar yağır.Bəzi ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Gəncə və Tovuzda 24, Zəngilanda 23, Ağstafa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Zaqatala, Daşkəsən, Lerik və Naftalanda 18, Sabirabad və Kəlbəcərdə 17, Tərtər, Şəmkir və Gədəbəydə 16, Şəkidə 15 m/s-dək güclənir....

25 Noyabr 2026, 10:42

Fövqəladə hallar nazirinin Ağdam səfəri ilə bağlı dəyişiklik edildi

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 27 noyabr 2026-cı il tarixində Ağdam rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.Bu barədə Citypost.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

25 Noyabr 2026, 10:40

Məhkəmə tanınmış aparıcı ilə bağlı qərar verdi

Tanınmış aparıcı Azər Zahidin ölkədən çıxışına “stop” qoyulub.Citypost.az Xitab24.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edib.Ərizədə fiziki şəxs kimi fəaliyyət göstərən İsmayılov Azər Zahid oğlunun dövlət büdcəsinə ümumilikdə 7557,97 manat vergi borcu olduğu qeyd olunub.Həmin borcun ödənilməsinin təmin edilməsi üçün aparıcının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi istənilib.Məhkəmə dövlət qurumun ərizəsini təmin edib və Azər Zəhidin vergi öhdəlikləri tam yerinə yetirilənədək ölkədən çıxışını müvəqqəti məhdudlaşdırıb....

25 Noyabr 2026, 09:20

Cəlilabadda 1500 abonent qazsız qalacaq

Bu gün Cəlilabad şəhərinin 22 küçəsində qaz olmayacaq.Citypost.az xəbər verir ki, bu barədə Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, 25 noyabr saat 14:00-dan etibarən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 1500 abonentin (H.Əliyev prospekti, Z.Əliyeva, A.Azərtürk, Cavadxan, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, M.Ə.Sabir, Babək, Ş.Qurbanov, H.Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Ə.Abdullayev, V.Niftullayev, D.Qorqud, V.Mürsəlov və S.Vurğun küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq....

25 Noyabr 2026, 08:20