Bizə yazın

Baku

-°C

USD

-

Netflix məşhur Hollivud studiyasını 380 milyon dollara satın aldı

Dünya 25 Noyabr 2026, 10:18

375

Dünyanın ən böyük striminq platformalarından biri olan Netflix ABŞ-ın Los-Anceles şəhərində yerləşən tarixi Radford Studio Center film kompleksini 380 milyon dollara satın alıb.

Citypost.az “The Rio Times”a istinadən xəbər verir ki, şirkət sövdələşmənin başa çatdığını noyabrın 24-də açıqlayıb. Satınalma studiyanın borclarını ödəyə bilməməsi səbəbindən girov hərracına çıxarıldığı gün həyata keçirilib.

Məlumata görə, studiyanın əvvəlki sahibi Hackman Capital Partners obyekti 2021-ci ildə ViacomCBS-dən 1,85 milyard dollara almışdı. Lakin şirkət 2026-cı ilin yanvarında 1,1 milyard dollarlıq ipoteka krediti üzrə ödənişləri dayandırıb. Bundan sonra Goldman Sachs-ın rəhbərlik etdiyi kreditorlar əmlaka nəzarəti ələ keçirərək satış prosesini həyata keçiriblər. Netflix-in ödədiyi 380 milyon dollar əvvəlki alış qiymətindən təxminən 79 faiz aşağıdır.

Təxminən 22 hektar ərazini əhatə edən Radford Studio Center 1928-ci ildə fəaliyyətə başlayıb. Burada “Seinfeld”, “Gunsmoke”, “Gilligan's Island”, “The Mary Tyler Moore Show” və “That '70s Show” kimi məşhur televiziya layihələri lentə alınıb.

Netflix studiyanı fəaliyyət göstərən istehsal kompleksi kimi saxlamağı planlaşdırır. Şirkətin açıqlamasına görə, ərazidə hazırda davam edən çəkilişlər də davam etdiriləcək. Bununla belə, kompleksin gələcək inkişafı və əlavə investisiyaların həcmi barədə konkret məlumat verilməyib.

Netflix bildirib ki, bu satınalma Kaliforniyanın film sənayesinə yeni investisiyaların başlanğıcı olacaq. Şirkət bu il Los-Ancelesdə 45-dən çox film və serial layihəsinin çəkilişini təsdiqləyib. Platformanın həmin şəhərdə ərsəyə gətirdiyi layihələr arasında “Grace and Frankie”, “GLOW”, “Nobody Wants This” və “The Lincoln Lawyer” də var.

Satınalma Los-Ancelesdə film və televiziya istehsalının azaldığı bir dövrə təsadüf edir. Film çəkilişlərinə icazə verən FilmLA təşkilatının məlumatına görə, 2026-cı ilin üçüncü rübündə şəhərdə çəkiliş günlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalıb.

Qeyd edək ki, Kaliforniya ştatı film və televiziya istehsalını dəstəkləmək məqsədilə vergi güzəştlərinin həcmini artırır. 2025-ci ildə illik güzəşt limiti 330 milyon dollardan 750 milyon dollara yüksəldilib. 2026-cı il noyabrın 2-də isə qubernator Qevin Nyusom bu məbləğin ən azı 1 milyard dollara çatdırılmasını təklif edib.

Turan

Problemlərinizi bizə bildirin

077 323 55 66

Macarıstan Nobel mükafatı laureatının fondu ilə 726 milyon avroluq müqaviləni ləğv edir

Macarıstanın yeni hökuməti Nobel mükafatı laureatı, fizik Ferens Krauszun rəhbərlik etdiyi Elvonal Tədqiqat və İstedad İnkişafı Fondu ilə bağlanmış 726 milyon avro dəyərində müqaviləni ləğv etmək niyyətindədir.Citypost.az “Hungary Today” saytına istinadən xəbər verir ki, bu barədə Baş nazir Peter Magyar cümə günü sosial şəbəkə hesabında məlumat verib.Baş nazir müqavilənin ləğv ediləcəyini açıqlamaqla yanaşı, fondun rəhbərliyini indiyədək ödənilmiş 22 milyard forinti, yəni təxminən 62,9 milyon avronu dövlətə qaytarmağa çağırıb.Məlumata görə, müqavilə əvvəlki hökumətin Mədəniyyət və İnnovasiya Nazirliyi tərəfindən, Baláz Hanko rəhbərliyi dövründə imzalanıb. “Magyar Hang” nəşrinin yazdığına əsasən, dövlətlə Ferens Krauszun rəhbərlik etdiyi fond arasında 261,7 milyard forint (təxminən 726 milyon...

25 Noyabr 2026, 10:22

Bolqarıstanda 12 yaşlı qız ana oldu: Körpənin atası 16 yaşındadır

Bolqarıstanın Montana şəhərində 12 yaşlı qız uşa dünyaya gətirib. Körpənin atasının 16 yaşlı yeniyetmə olduğu bildirilir.Citypost.az “Novinite” saytına istinadən xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb Həkimin sözlərinə görə, qız xəstəxanaya ağrılarla müraciət edib və tibbi müayinələrdən sonra qeysəriyyə əməliyyatı ilə doğuş həyata keçirilib. O, ananın vəziyyətinin qənaətbəxş olduğunu və əməliyyatdan sonra normal şəkildə sağaldığını bildirib. Körpə qızın çəkisi 2 kiloqram 560 qram olub və səhhəti yaxşı qiymətləndirilir.Nikolovun açıqlamasına görə, 12 yaşlı qız artıq üç ildir ki, 16 yaşlı oğlanla yaşayır. Həkim bu hadisəni bir uşağın başqa bir uşağı dünyaya gətirməsi kimi xarakterizə edərək belə halların yolverilməz olduğunu vurğulayıb.Məlumata əsasən,...

25 Noyabr 2026, 00:55

Macarıstanda parlamentdə gərgin müzakirə: Baş nazir yalan danışmaqda ittiham olundu

Macarıstanda parlamentdə keçirilən müzakirələr zamanı Baş nazir Peter Magyar enerji qiymətləri və korrupsiya araşdırmaları ilə bağlı açıqlamalarına görə müxalifətin sərt tənqidinə məruz qalıb.Citypost.az “Hungary Today”ə istinadən xəbər verir ki, bazar ertəsi keçirilən parlament iclasında müxalifətdəki FIDESZ fraksiyasının lideri Yanoş Boka baş naziri bir sıra məsələlərdə ictimaiyyəti yanlış məlumatlandırmaqda ittiham edib.Boka xüsusilə benzin və dizel yanacağının qiymətləri ilə bağlı açıqlamalara etirazını bildirib. Onun sözlərinə görə, Avropa İttifaqının bir sıra ölkələrində yanacağın qiyməti aşağı düşdüyü halda, Macarıstanda artım müşahidə olunur. FIDESZ nümayəndəsi Magyarı xarici enerji şirkətlərinin maraqlarını qorumaqda günahlandıraraq, hökumətin müstəqil yanacaqdoldurma məntəqələrinin fəaliyyətini də nəzərə almalı olduğunu vurğulayıb.Parlamentdəki mübahisənin digər mövzusu...

25 Noyabr 2026, 00:25

Ekvadorda El-Ninyo yağışları 27 nəfərin ölümünə səbəb olub

Ekvadorda El-Ninyo iqlim hadisəsi ilə əlaqəli güclü yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 27 nəfər həyatını itirib, 114 mindən çox insan zərər çəkib.Citypost.az “The Rio Times”a istinadən xəbər verir ki, bu barədə Ekvadorun Milli Risklərin İdarə Edilməsi Katibliyi (SNGR) noyabrın 24-də məlumat yayıb. Bildirilib ki, avqustun 29-da ölkədə qırmızı həyəcan siqnalı elan edildikdən sonra yağışlarla əlaqədar 1914 təhlükəli hadisə qeydə alınıb.Ölüm halları Azuay, Çimborazo və Piçinça da daxil olmaqla And bölgəsindəki əyalətlərdə, eləcə də El Oro və Quayas sahil əyalətlərində və Qalapaqos arxipelaqının Santa-Kruz adasında qeydə alınıb. Son bir həftə ərzində ölənlərin sayı təxminən iki dəfə artıb.Rəsmi məlumatlara əsasən,...

25 Noyabr 2026, 00:10

Türkiyədə helikopter qəzası: 5 hərbçi həlak oldu

Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.Bildirilib ki, AS-532 tipli helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

24 Noyabr 2026, 23:08

Tramp yanvaradək Zelenskini sülhə razı salmaq istəyir

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında sülh sazişinin yanvar ayına qədər imzalanmasında israr edir. Kiyev isə Vaşinqtonun həddindən artıq təzyiq göstərəcəyindən ehtiyatlanır.Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg” agentliyinə müsahibəsində bildirib.“Çox sürətli hərəkət etmək istəyi var. Həm biz, həm də ruslar bunu başa düşürük. Bunun hansı qiymətə başa gələ biləcəyini də anlayırıq”, – deyə Zelenski bildirib.Ukrayna liderinin sözlərinə görə, Kiyev ABŞ tərəfindən ölkəyə həddindən artıq təzyiq göstərilməsindən narahatdır.Qeyd edək ki, noyabrın 20-də “Financial Times” qəzeti mənbələrə istinadən ABŞ Prezidenti Donald Trampın administrasiyasının Ukraynanın Rusiya ilə sülh sazişini yanvarın əvvəlinədək imzalamasını istədiyi barədə məlumat yayıb.Avropalı mənbələrdən...

24 Noyabr 2026, 19:00