Bizə yazın

Baku

-°C

USD

-

Yunanıstanın Azərbaycandakı səfiri Pirallahı rayonunda səfərdə olub

Siyasət 25 Noyabr 2026, 08:43

487

Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinunun rəhbərlik etdiyi nümayəndə heyəti Pirallahı rayonunda səfərdə olub.

Citypost.az xəbər verir ki, səfər çərçivəsində ilk olaraq ağacəkmə aksiyası keçirilib. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu və nümayəndə heyəti, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Emil Hacıyev, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının və Agentliyin əməkdaşları iştirak ediblər. Ağacəkmə aksiyası ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi daşıyıb.

Daha sonra nümayəndə heyəti Pirallahı Sənaye Parkına gələrək burada yaradılmış istehsal infrastrukturu və fəaliyyət göstərən müəssisələrlə tanış olub, burada istehsal prosesini izləyib və müəssisələrin imkanları barədə ətraflı məlumat əldə ediblər.

Sənaye parkında keçirilən rəsmi tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qonaqları salamlayaraq Pirallahı rayonunun tarixi, sosial-iqtisadi inkişafı, mövcud potensialı və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Rayonun sosial-iqtisadi inkişafından bəhs edən Vasif İmanov Pirallahının zəngin neftçilik ənənələrinə malik olduğunu, ölkəmizin neft sənayesinin inkişafında özünəməxsus yeri və mühüm rolu ilə seçildiyini vurğulayıb. Vasif İmanov Pirallahı Sənaye Parkının ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye potensialının gücləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pirallahı Sənaye Parkına həyata keçirdiyi səfərləri xatırladan rayon rəhbəri dövlət başçısının sənaye parkının inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Həmçinin sənaye parkının genişləndirilməsi məqsədilə əlavə torpaq sahəsinin ayrıldığını qeyd edərək, bunun yeni müəssisələrin yaradılması, investisiya imkanlarının artırılması və əlavə iş yerlərinin açılması üçün əlverişli şərait yaradacağını bildirib. Diqqətə çatdırılıb ki, Pirallahı Sənaye Parkı əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılıb. Ümumi ərazisi 30 hektar olan Pirallahı Sənaye Parkında hazırda 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib. O, həmçinin Pirallahı rayonunda fəaliyyət göstərən və ərazisi 50 hektar olan Yüksək Texnologiyalar Parkının innovativ layihələrin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi, eləcə də yüksək əlavə dəyər yaradan istehsal sahələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Çıxışında rayonda fəaliyyət göstərən zavod və istehsal müəssisələrinin fəaliyyəti, onların istehsal imkanları və ölkə iqtisadiyyatına verdiyi töhfələr haqqında da məlumat verən Vasif İmanov Pirallahı ilə Yunanıstanın bəzi təbii-coğrafi və iqlim xüsusiyyətləri arasında oxşarlıqların olduğunu diqqətə çatdırıb. O, bu səfərin qarşılıqlı tanışlıq, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu çıxışında Azərbaycan ilə Yunanıstan arasında tarixən formalaşmış dostluq münasibətlərindən, qarşılıqlı hörmətə, etimada və konstruktiv dialoqa əsaslanan əməkdaşlıq əlaqələrindən bəhs edib. O, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə inkişafının digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib. Səfir qeyd edib ki, Azərbaycan və Yunanıstan arasında iqtisadiyyat, energetika, investisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində qarşılıqlı əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Bu istiqamətlərdə əlaqələrin daha da möhkəmləndirilməsi, biznes dairələri arasında təmasların artırılması və qarşılıqlı investisiya imkanlarının təşviqi hər iki ölkə üçün yeni əməkdaşlıq imkanları yarada bilər. Maria Papakonstantinu Pirallahı rayonuna səfərindən məmnunluğunu ifadə edərək, burada müşahidə etdiyi inkişaf proseslərinin, yaradılmış müasir sənaye infrastrukturunun və fəaliyyət göstərən istehsal müəssisələrinin onda xoş təəssürat yaratdığını vurğulayıb. Səfir, həmçinin ətraf mühitin mühafizəsi və yaşıllıq sahələrinin artırılması istiqamətində keçirilən ağacəkmə aksiyasının əhəmiyyətinə toxunaraq, ekoloji məsələlərin beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, ətraf mühitin qorunması, ekoloji tarazlığın saxlanılması və gələcək nəsillər üçün sağlam mühitin təmin edilməsi dövlətlər və cəmiyyətlər qarşısında duran ortaq vəzifələrdəndir. Çıxışının sonunda səfir göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, bu səfərin Azərbaycanı, xüsusilə Pirallahı rayonunun iqtisadi və sənaye potensialını daha yaxından tanımaq baxımından əhəmiyyətini vurğulayıb. O, belə qarşılıqlı səfərlərin ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı anlaşmanın dərinləşməsinə və gələcəkdə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Emil Hacıyev çıxış edərək Agentliyin fəaliyyət istiqamətləri, ölkədə sənaye parklarının yaradılması və inkişafı, rezidentlər üçün tətbiq olunan dövlət dəstəyi mexanizmləri və formalaşdırılmış əlverişli investisiya mühiti barədə ətraflı məlumat verib. O, Pirallahı Sənaye Parkının ölkənin əczaçılıq sənayesinin inkişafında, dərman vasitələrinin yerli istehsalının genişləndirilməsində və idxaldan asılılığın azaldılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Sədr müavini sənaye parkının rezidentləri sırasında yer alan müəssisələrin fəaliyyəti və istehsal imkanları barədə geniş danışıb. Bildirib ki, “Diamed Co” MMC müəssisəsində İsveçrə, Almaniya, Yaponiya və digər qabaqcıl Avropa ölkələrinin texnologiyaları əsasında müxtəlif tutumlu birdəfəlik tibbi şprislərin istehsalı həyata keçirilir. “R-Pharm” MMC haqqında məlumat verən Emil Hacıyev müəssisənin müasir Avropa texnologiyaları əsasında yaradıldığını, dərman vasitələrinin istehsalı və qablaşdırılması istiqamətində fəaliyyət göstərdiyini qeyd edib. Çıxışda “Gen Pharma Caucasus Manufacturing Operations” MMC müəssisəsinin fəaliyyətinə də xüsusi diqqət yetirilib. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya istiqamətləri üzrə dərmanlar, ağrıkəsicilər, antibiotiklər və digər preparatların istehsalı nəzərdə tutulub. Müəssisədə müasir beynəlxalq texnologiyalar və avadanlıqlardan istifadə olunması yüksək istehsal standartlarının təmin edilməsinə imkan yaradır. Emil Hacıyev vurğulayıb ki, bu müəssisələrin fəaliyyəti ölkədə əczaçılıq sənayesinin formalaşmasına, yerli istehsalın genişləndirilməsinə, yeni texnologiyaların tətbiqinə, ixtisaslı kadr potensialının inkişafına və məşğulluğun artırılmasına xidmət edir. O, Pirallahı Sənaye Parkının gələcək inkişaf perspektivlərinin də geniş olduğunu, yeni investisiya layihələrinin reallaşdırılması və istehsal imkanlarının artırılması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Səfər Azərbaycan ilə Yunanıstan arasında mövcud dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin inkişafına, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə, həmçinin iqtisadi və ekoloji sahələrdə birgə əməkdaşlıq imkanlarının təşviqinə töhfə verən əhəmiyyətli tədbir kimi yadda qalıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan XİN helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib

“Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin Eskişehirdə qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirib”.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin başsağlığı məktubunda deyilir.Məktubda deyilir: “Baş vermiş hadisə ilə əlaqədar qardaş Türkiyəyə, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə və helikopterdə həlak olmuş hərbçilərin ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.Hadisədən zərər çəkən hər kəsə və onların yaxınlarına bu çətin məqamda səbir və dözüm diləyirik”....

24 Noyabr 2026, 23:57

Zaur Şükürov: Kəlbəcər Azərbaycanın qüdrətinin və Zəfərinin rəmzidir

Noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür və erməni işğalçıların rayonu tərk etməsindən 6 il ötür. Kəlbəcərin 2020-ci il noyabrın 25-də işğaldan azad olunması Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Müzəffər Azərbaycan Ordusunun gücü və qəhrəman əsgər və zabitlərimizin, şəhid və qazilərimizin misilsiz şücaəti sayəsində əldə edilmiş tarixi Zəfərin mühüm nailiyyətlərindən biri olmuşdur.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açıqlamasında bildirib.Zaur Şükürov xatırladıb ki, 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonu 27 il ərzində ağır dağıntılara, talanlara və qanunsuz məskunlaşdırma siyasətinə məruz qalmış, 53 mindən artıq sakini doğma yurd-yuvasından didərgin salınmış, çoxsaylı tarixi-mədəniyyət abidələri və sosial...

24 Noyabr 2026, 20:00

Maka Boçorişvili: Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə töhfə verir

Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın təhlükəsizliyi kontekstində çox mühümdür.Citypost.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, hətta Avropada Azərbaycan-Gürcüstan əməkdaşlığının enerji təhlükəsizliyi və diversifikasiyası baxımdan həyati dərəcədə əhəmiyyətli olduğunu deyirlər:"Avropa təhlükəsizliyinin təmin edilməsi məhz ə Azərbaycan və Gürcüstan tərəfindən onilliklər ərzində həyata keçirilən layihələrin əsasında mövcuddur. Bu, bu gün regionda mövcud olan real bazadır, bu, Gürcüstan və Azərbaycanın yaratdığı əməkdaşlıq tarixidir. Avropanın təhlükəsizlik yolu məhz Cənubi Qafqazdan keçir və burada baş verənlər onilliklər ərzində Gürcüstan ilə Azərbaycan arasında formalaşmış möhkəm tərəfdaşlıq münasibətləri, əməkdaşlıq, dostluq sayəsindədir. Bu münasinətlər ümumilikdə...

24 Noyabr 2026, 19:29

Maka Boçorişvili: Azərbaycanla dostluq və etimada əsaslanan əlaqələrimiz var

Cənubi Qafqaz regionunun güclənməsinə töhfə verən bütün layihələr əhəmiyyətlidir.Citypost.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.O bildirib ki, görüş zamanı qlobal proseslər, regional geosiyasi vəziyyət, ikitərəfli münasibətlər və regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.Nazir qeyd edib ki, daha geniş regionda nəqliyyat və logistika dəhlizlərinin inkişafı da müzakirə olunan əsas məsələlərdən olub.“Gürcüstan-Azərbaycan əlaqələri uzunmüddətli dostluğa, qarşılıqlı dəstəyə və etimada əsaslanır. İkitərəfli münasibətlərimiz və regional kontekstdə əməkdaşlığımızın inkişafı bizim üçün çox mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.Maka Boçorişvilinin sözlərinə görə, hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə əməl...

24 Noyabr 2026, 19:28

Gürcüstan XİN rəhbəri Bakı-Tbilisi qatarının bərpasını mühüm addım adlandırdı

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili 2026-cı ilin Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib.Citypost.az xəbər verir ki, o bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.Maka Boçorişvili bildirib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirib, Baş nazir Əli Əsədovla da görüşü nəzərdə tutulub.Nazir qeyd edib ki, görüşlərdə strateji əməkdaşlıq, regionda mövcud vəziyyət və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.Maka Boçorişvilinin sözlərinə görə, cari il yüksək səviyyəli siyasi dialoq baxımından məhsuldar olub. O, Azərbaycan Prezidentinin Gürcüstanda qəbul edilməsini ölkəsi üçün böyük şərəf kimi qiymətləndirib.Nazir ikitərəfli əlaqələrin...

24 Noyabr 2026, 19:26

Ceyhun Bayramov Gürcüstanla nəqliyyat və təhsil əməkdaşlığından danışdı

2026-cı ilin müsbət inkişaflarından biri Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyətinin yenidən bərpa olunmasıdır. Bu, insanlar arasında təmasların və qarşılıqlı əlaqələrin artmasına müsbət töhfə verir.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.“Təhsil və humanitar sahələrdə əməkdaşlığımız da uğurla inkişaf edir. Universitet rektorlarının forumunun keçirilməsi, 1100-dən artıq gürcüstanlı tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsil alması, akademik mübadilə proqramlarının həyata keçirilməsi, eləcə də Azərbaycanda və Gürcüstanda gənclər üçün mütəmadi olaraq düşərgələrin təşkil edilməsi bu əməkdaşlığın bariz nümunələridir”, - nazir vurğulayıb....

24 Noyabr 2026, 19:26