Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
Siyasət 25 Noyabr 2026, 12:24
401
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbul edib.
Citypost.az xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Litva Prezidentinə çatdırmağı xahiş edib.
Dövlətimizin başçısı bir müddət əvvəl Dublində "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısı çərçivəsində Litva Prezidenti Gitanas Nauseda ilə görüşünü, eləcə də Litvanın Baş naziri Mindauqas Sinkeviçyusla telefon danışığını məmnunluqla xatırlayıb.
Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlıq münasibətlərinin uzun illərdir uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib və nazirin səfərini bu baxımdan vacib addım kimi qiymətləndirib.
Kestutis Budris səfər çərçivəsində "Azərbaycan Respublikası və Litva Respublikası arasında Strateji tərəfdaşlıq haqqında Birgə bəyannamə"nin imzalanacağını bildirib, iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Nazir Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsində əldə olunan uğurlar münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Təbrikə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycanın regionda sülhün möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
Prezident İlham Əliyev münasibətlərin normallaşması fonunda Azərbaycanla Ermənistan arasında iqtisadi və ticari əlaqələrin qurulduğunu, üçüncü ölkələrdən Ermənistana və Ermənistandan üçüncü ölkələrə yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınması üçün imkanların yaradıldığını qeyd edib. Dövlətimizin başçısı son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yükün daşındığını bildirib.
Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərindən danışılarkən qeyd olunub ki, həm Birinci Qarabağ müharibəsi dövründə, həm də 2020–2023-cü illərdə basdırılmış minalar bu işlərə mane olur və insanların həyatı üçün ciddi təhlükə yaradır.
Həmçinin oxuyun
Kestutis Budris Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirərək ölkəsinin Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğulayıb. O, Litvanın Azərbaycanın NATO ilə əlaqələrinin genişləndirilməsini də dəstəklədiyini qeyd edib.
Prezident İlham Əliyev qarşıdakı sədrlik münasibətilə təbriklərini çatdırıb, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin sammiti çərçivəsində keçirilən görüşləri xatırlayıb. Azərbaycanın Avropa İttifaqına üzv 10 ölkə ilə ikitərəfli strateji tərəfdaşlıq sənədlərinin olduğunu qeyd edən dövlətimizin başçısı Litva ilə münasibətlərin Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı üçün də əlverişli mühit yaratdığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda və Xəzər regionunda bağlantı layihələrinin təşəbbüskarı olduğunu vurğulayıb.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi, eyni zamanda, Azərbaycan ilə Litva arasında müxtəlif sahələrdə, o cümlədən energetika və bərpaolunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan və Litva strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb
Azərbaycan və Litvanın xarici işlər nazirləri iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.Bildirilib ki, sənəd Azərbaycan-Litva münasibətlərində mühüm mərhələ olmaqla, siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və bağlantı sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran istiqamətlərdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni çərçivə yaradır....
25 Noyabr 2026, 11:54
Rövşən Muradov:Kəlbəcər Azərbaycanın yeni iqtisadi mərkəzinə çevrilir
Azərbaycanın müasir dövlətçilik tarixində 25 noyabr xalqımızın doğma torpaqlarına qovuşmaq əzminin, dövlətimizin siyasi qüdrətinin və milli iradəsinin tarixi nəticəyə çevrildiyi əlamətdar günlərdən biridir. Kəlbəcərin işğaldan azad edilməsi 27 il davam edən yurd həsrətinə son qoymaqla yanaşı, Azərbaycanın qərb sərhədlərində tamamilə yeni siyasi, strateji və iqtisadi inkişaf perspektivləri yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu tarixi nailiyyət əsrlər boyu Azərbaycan xalqının zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini və qədim yaşayış ənənələrini özündə yaşadan Kəlbəcərin taleyində yeni mərhələnin başlanğıcı oldu. Bu gün doğma yurdlarına qayıdan kəlbəcərlilərin öz ata-baba torpaqlarında yenidən həyat qurması tarixi Zəfərimizin ən qiymətli nəticələrindən biridir.Azərbaycanın ən...
25 Noyabr 2026, 11:52
Bakıda Azərbaycan və Litva XİN rəhbərlərinin görüşü keçirilir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budrisi qarşılayıb.Citypost.az xəbər verir ki, görüş Azərbaycan XİN-in binasında keçirilir.
25 Noyabr 2026, 11:45
Özbəkistan Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib
Bu gün Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti İkinci Azərbaycan- Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Qeyd edək ki, bu gün Bakıda keçiriləcək Forumda “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusunda müzakirələr aparılacaq, həmçinin Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027-2028-ci illər üçün praktiki tədbirlər planı (“Yol xəritəsi”) imzalanacaq....
25 Noyabr 2026, 11:36
Azərbaycan XİN Surinamı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Surinamı bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabındakı paylaşımında qeyd edilib."Surinam Respublikasının Müstəqillik Günü münasibətilə bu ölkənin xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Müstəqillik Gününüz mübarək!"
25 Noyabr 2026, 10:49
Yunanıstanın Azərbaycandakı səfiri Pirallahı rayonunda səfərdə olub
Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinunun rəhbərlik etdiyi nümayəndə heyəti Pirallahı rayonunda səfərdə olub.Citypost.az xəbər verir ki, səfər çərçivəsində ilk olaraq ağacəkmə aksiyası keçirilib. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu və nümayəndə heyəti, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Emil Hacıyev, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının və Agentliyin əməkdaşları iştirak ediblər. Ağacəkmə aksiyası ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi daşıyıb.Daha sonra nümayəndə heyəti Pirallahı Sənaye Parkına gələrək burada yaradılmış istehsal infrastrukturu və fəaliyyət...
25 Noyabr 2026, 08:43