Bu rüsum 4 dəfə azaldılır
İqtisadiyyat 25 Noyabr 2026, 12:25
433
Məhkəmə əmri ilə bağlı dövlət rüsumunun məbləği 4 dəfəyə qədər azaldılır.
Citypost.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahiibkarlıq komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, məhkəmə əmri haqqında ərizəyə görə 100 manat məbləğində olan dövlət rüsumu 25 manata endirilir.
Qeyd edilib ki, eləcə də qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə müəyyən edilən dövlət rüsumunun iddianın yalnız mübahisələndirilən hissəsi ilə məhdudlaşdırılması təklif olunur.
Həmçinin oxuyun
Qüvvədə olan qanuna görə, məhkəmə əmri haqqında ərizəyə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. 1000 manatadək qiymətləndirilən iddia ərizəsinə görə 30 manat, 10 000 manatadək olduqda isə əlavə olaraq iddianın bir faizi miqdarında (məsələn, iddia tələbi 2000 manat olduqda 40 manat) dövlət rüsumu müəyyən edilir.
Qiymətləndirilən və qiymətləndirilməyən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumu müvafiq iddialar üçün müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında müəyyən edilir.
Təklif olunan dəyişikliyə görə, bu rüsum (dövlət rüsumunun 50 faizi) qiymətləndirilən iddialara münasibətdə ilkin iddianın bütövlükdə məbləğinin 50 faizinə deyil, yalnız mübahisələndirilən hissəsinə şamil edilir. Bu, şikayət verən şəxsin rüsum yükünün azalmasına və rüsumun yalnız mübahisələndirilən hissəyə uyğun hesablanmasına səbəb olacaq.
Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA
"Pensiyaların 7,5 faiz artırılması gözlənilsə də, bu artım vətəndaşların gündəlik xərclərini qarşılamaq və alıcılıq qabiliyyətini qorumaq üçün kifayət etməyə bilər".BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.Onun sözlərinə görə, pensiyaların indeksləşdirilməsi yalnız ödənişlərin nominal məbləğinin yüksəldilməsi kimi qiymətləndirilməməlidir:"Bu addım eyni zamanda inflyasiyanın əhalinin gəlirlərinə təsirinin azaldılmasına və ailə büdcəsinin qorunmasına xidmət etməlidir. Hazırda 320 manat məbləğində olan pensiyanın 7,5 faiz artırılması təxminən 344 manata çatması deməkdir. Bununla belə, pensiya artımının hər kəsə eyni məbləğdə tətbiq olunacağını düşünmək düzgün deyil. Çünki yekun ödənişlər fərdi hesablamalar əsasında müəyyənləşdirilir. Burada şəxsin əmək stajı və fərdi hesabında topladığı pensiya kapitalı...
25 Noyabr 2026, 11:42
Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq
Sabah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.Citypost.az bu barədə Fonda istinadən xəbər verir.Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.
24 Noyabr 2026, 17:20
Pensiya, müavinət və maaşlar ARTIRILIR – Detallar açıqlandı
2027-ci ildə Azərbaycanda növbəti sosial islahat paketinin həyata keçirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı maliyyə təminatı dövlət büdcəsinin layihəsində öz əksini tapıb.Proses hansı sahələrə şamil olunacaq?Citypost.az xəbər verir ki, Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, nəzərdə tutulan sosial paketin əsas istiqaməti əhalinin gəlirlərinin artırılması və inflyasiyanın insanların alıcılıq qabiliyyətinə təsirinin yumşaldılması olacaq:“Artıq rəsmi açıqlamalardan da görünür ki, söhbət yalnız pensiyaların artırılmasından getmir. Əməkhaqlarının və sosial ödənişlərin artırılması da nəzərdə tutulan tədbirlər sırasındadır. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bununla bağlı növbəti, altıncı sosial islahat paketinin hazırlanması üçün büdcədə maliyyə təminatının yaradıldığını bildirib. İlk növbədə...
24 Noyabr 2026, 11:43
DSMF: 10 ayda 26 mindən çox şəxsə əmək pensiyası təyin olunub
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 26 145 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.Citypost.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.Məlumata görə, onların 62,65 %-ni kişilər, 37,35 %-ni isə qadınlar təşkil edib.
24 Noyabr 2026, 10:53
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,12 ABŞ dolları və ya 2,19 % azalaraq 94,81 ABŞ dolları təşkil edib.Bu barədə Citypost.az-a neft bazarındakı mənbə məlumat verib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 88,74 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,87 ABŞ dolları və ya 2,03 % azalaraq 90,11 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda...
24 Noyabr 2026, 10:15
Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb
Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb.Bu barədə Citypost.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Qeyd edilib ki, ilk dəfə olaraq müvafiq şirkət tərəfindən 21 ton qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) Çin bazarına ixrac edilib."Bu ixrac AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq və badamın karantin və sanitariya tələblərinə dair imzalanmış Protokol çərçivəsində reallaşıb. AQTA-nın dəstəyi ilə görülən tədbirlər nəticəsində müəssisə Çinə qabığı təmizlənmiş fındıq ixrac etmək üçün rəsmi icazə alıb".Vurğulanıb ki, Çin tərəfinin müəyyən etdiyi fitosanitar və qida təhlükəsizliyi tələblərinə tam cavab verən ilk partiya müvafiq sertifikatlarla təmin olunub:"Azərbaycan fındığının bu nəhəng bazara çıxışı yerli istehsalçılar üçün yeni...
23 Noyabr 2026, 18:00