Bizə yazın

Baku

-°C

USD

-

Slovakiya Baş prokuroru Azərbaycana gəlib, əməkdaşlıq proqramı imzalanıb

Cəmiyyət 26 Noyabr 2026, 14:58

366

Slovakiya Respublikasının Baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Baş Prokurorluqdan Citypost.az-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar əvvəlcə Bakı şəhərində yerləşən Zəfər parkına gələrək Zəfər abidəsini, həmçinin Zəfər Muzeyini ziyarət ediblər.

Zəfər Muzeyində qonaqlara Azərbaycanın tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi və əldə olunmuş tarixi Qələbə, eləcə də ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası barədə məlumat verilib.

Müasir texnologiyaların tətbiqi ilə yaradılmış səkkiz ekspozisiya zalında nümayiş etdirilən foto və videomateriallar, interaktiv təqdimatlar və eksponatlar vasitəsilə Vətən müharibəsinin mühüm mərhələləri, Şuşanın azad olunması, Azərbaycan hərbçilərinin qəhrəmanlığı və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri əks etdirilib.

Daha sonra Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Slovakiya Respublikasının Baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Baş prokuror Azərbaycan və Slovakiya arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, müxtəlif istiqamətlər üzrə dinamik inkişaf etdiyini vurğulayıb. Bu baxımdan 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin isə 2026-cı ilin iyulunda Azərbaycana həyata keçirdikləri rəsmi səfərlərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd edilib.

Dövlətlərarası münasibətlərin inkişafı fonunda iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın da ardıcıl olaraq genişləndiyini bildirən Kamran Əliyev Slovakiya Respublikasının Baş prokuroru Maroş Jilinkanın 2025-ci ilin sentyabrında Azərbaycana səfəri çərçivəsində imzalanmış Anlaşma Memorandumunun institusional əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Cari ilin 22-23 iyun tarixlərində Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Bratislavaya rəsmi səfərinin qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinə və praktiki əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Slovakiya Respublikasının Baş prokuroru Maroş Jilinka göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, Azərbaycan Respublikasının Baş Prokurorluğunun beynəlxalq əməkdaşlığın inkişafına, hüquqi təcrübənin bölüşdürülməsinə və prokurorluq orqanları arasında peşəkar dialoqun təşviqinə verdiyi töhfələri yüksək qiymətləndirib. Həmçinin Azərbaycan prokurorluğunun fəaliyyət istiqamətləri, institusional inkişafı və müasir çağırışlara uyğun tətbiq etdiyi iş metodları ilə maraqlandığını bildirərək, səfər çərçivəsində keçirilən görüşlərin bu sahələrdə qarşılıqlı təcrübənin öyrənilməsi baxımından faydalı olacağını vurğulayıb.

Görüşdə cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın intensivləşdirilməsi, hüquqi dialoqun inkişaf etdirilməsi, habelə prokurorluq orqanları arasında təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin, birgə təşəbbüslərin həyata keçirilməsinin və peşəkar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Slovakiya Respublikasının Baş Prokurorluğu arasında 2027-ci il üçün Əməkdaşlıq Proqramı imzalanıb.

Sənədin mövcud Anlaşma Memorandumu əsasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə, prokurorluq orqanları arasında institusional əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və praktiki əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüş zamanı Slovakiya Respublikasının Baş prokuroru Maroş Jilinka iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafına və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Sonda tərəflər Azərbaycan və Slovakiya prokurorluq orqanları arasında formalaşmış səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə, imzalanmış Əməkdaşlıq Proqramının qarşılıqlı fəaliyyətin yeni istiqamətlər üzrə inkişafına və beynəlxalq hüquqi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə ediblər.

Nümayəndə heyətinin səfəri davam edir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mikayıl Cabbarov Litvanın XİN rəhbəri ilə görüşdü

Azərbaycan və Litva arasında ticarət və investisiya əlaqələrinin inkişafı müzakirə edilib.Citypost.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib."Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşdük. Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaratdığı imkanları nəzərdən keçirdik. İkitərəfli ticarət və investisiya əlaqələrinin inkişafı, Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi, eləcə də energetika, xüsusilə bərpa olunan enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq", - M. Cabbarov qeyd edib....

26 Noyabr 2026, 15:00

İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə ilin əvvəlindən 47 əmək yarmarkası keçirib."Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.O cümlədən Laçında 12, Cəbrayılda 9, Zəngilanda 8, Xankəndidə 5, Ağdamda 4, Şuşada 3, Füzuli, Xocavənd, Kəlbəcər və Ağdərədə isə 6 əmək yarmarkası təşkil olunub.Bu aktiv məşğulluq tədbirləri vasitəsilə işsiz və işaxtaran şəxslər yaşadıqları ərazi üzrə mövcud olan bütün vakansiyalarla bir məkanda və eyni vaxtda tanış olmaq, vakansiyalar üzrə aidiyyəti işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq və CV-lərini təqdim etmək imkanı qazanıblar. İşəgötürənlərə isə qısa müddətdə müvafiq peşə və ixtisasa malik kadrların seçimi üçün şərait...

26 Noyabr 2026, 14:45

Ramiz Mehdiyevin şikayətinə baxılıb

Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev və onun köməkçisi Eldar Əmirovun apellyasiya şikayəti üzrə ilk məhkəmə iclası keçirilib.Citypost.az Oxu.Az-a istinadən Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə baş tutan iclasda şikayətin dəlilləri araşdırılıb, müvafiq vəsatətlər dinlənilib və ardınca iş baxışa verilib.Qeyd edək ki, uzun illər Prezident Administrasiyasının rəhbəri kimi mühüm posta rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət əməlləri ötən il ifşa olunub. DTX onun dövlət çevrilişinə cəhd etməsi ilə bağlı səsyazılarını yayıb.Ötən ay çıxarılan hökmlə Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli...

26 Noyabr 2026, 14:30

Gələn il ətin qiyməti bahalaşacaq

Azərbaycanda qoyun və keçilərin sayının 6,73 milyon başa enərək son 23 ilin minimumuna düşməsi ölkənin ət bazarında həm qoyun, həm də mal ətinin bahalaşması üçün birbaşa zəmin yaradır. Yerli istehsalın azalması fonunda alıcıların alternativ kimi mal ətinə üstünlük verməsi bu seqmentdə də tələbi artıraraq qiymətləri yuxarı çəkir.Citypost.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Modern.az-a danışıb. O qeyd edib ki, heyvanların sayının azalması birbaşa bahalaşmaya səbəb olmur:"Azərbaycanda son illər xırdabuynuzlu heyvanların sayı xeyli azalıb. Ancaq bu o demək deyil ki, heyvanların sayının azalması mütləq bahalaşmaya səbəb olmalıdır. Bahalaşmada xırdabuynuzlu mal-qaranın sayının azalmasını bir amil kimi götürmək...

26 Noyabr 2026, 14:11

Keçmiş vəkil Namizəd Səfərova 7 il həbs cəzası verildi

Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Citypost.az APA-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Namizəd Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.Prokuror onun 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli...

26 Noyabr 2026, 14:07

Prokuror saxta pul dövriyyəsində təqsirləndirilən şəxsə 9 il həbs cəzası istəyib

Dövlət ittihamçısı saxta pulların dövriyyəsində təqsirləndirilən Tamerlan Hümbətovun 9 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.Citypost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.Daha sonra çıxışlar mərhələsi başlayıb və dövlət ittihamçısı da öz növbəsində çıxış edib. Təqsirləndirilən şəxsin vəkili çıxışa hazır olmadığını deyib.Növbəti iclas dekabrın 3-nə təyin olunub.İttihama görə, Tamerlan Hümbətov saxta pulları tədavülə yararlı pullarla dəyişdirmək üçün kassalara verib.O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) və 204.1-ci maddəsi ilə (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli...

26 Noyabr 2026, 13:23