Bizə yazın

Baku

-°C

USD

-

Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi

Cəmiyyət 27 Noyabr 2026, 16:07

333

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Citypost.az xəbər verir ki, bugünkü prosesdə şahidlərin dindirilməsi başa çatıb.

Bu gün məhkəmədə Prezident Adminstrasiyasının sabiq rəhbəri, şərti məhkum Ramiz Mehdiyev videokonfrans vasitəsilə ifadə verib. “Boz kardinal” evindən qoşulduğu prosesdə Əli Kərimli ilə bağlı sualları cavablandırıb.

Ondan sonra isə son olaraq Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva hakim qarşısında dindirilib.

Bununla da bütün şahidlərin dindirilməsi başa çatıb. Dekabrın 1-də iş materiallarının tədqiqi başlayacaq.

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Ramiz Mehdiyevə isə artıq hökm oxunub. O, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nizami Kino Mərkəzinin fasadını korlayan şəxslərin məhkəmə prosesi başladı

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilən Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadinin və daha iki nəfərin cinayət işi üzrə məhkəmə başlayıb.Citypost.az APA-a istinadən  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib. Onlara hüquq və vəzifələri izah edilib.Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul edib.Məhkəmənin baxış iclası 9 dekabra təyin edilib.Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin...

27 Noyabr 2026, 15:50

Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının sakinlərini qəbul edib.Nazirlikdən Citypost.az-a verilən məlumata görə, qəbuldan əvvəl Anar Əliyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya, reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.Özünüməşğulluq proqramı üzrə Naxçıvan sakinləri Yolçuyev Asiman Məhərrəm...

27 Noyabr 2026, 15:38

Əli Əsədov Azıx-Tağlar Arxeoloji Parkı ilə bağlı qərar imzaladı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi” təsdiq edilib.Citypost.az  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, Mədəniyyət Nazirliyi üç ay müddətində “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun işçilərinin say həddini (ştat vahidlərini) və strukturunu Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq etməli, bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

27 Noyabr 2026, 15:30

Mürsəl İbrahimov yeni rəis təyin etdi - Foto

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mingəçevir şəhər şöbəsinə yeni rəis təyin edilib.Citypost.az Yurd.media-ya istinadla xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov müvafiq əmr imzalayıb.Əmrə əsasən, bu vəzifəyə polkovnik-leytenant Ramil Qarayev təyin olunub.O, bundan əvvəl Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsində çalışıb.

27 Noyabr 2026, 14:51

Bakıda yağış nə vaxta qədər davam edəcək? – RƏSMİ AÇIQLAMA

Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.Azərbaycanın rayonlarında noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur....

27 Noyabr 2026, 14:40

Vilyam Hacıyev azadlığa buraxıldı

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, yerli məhkəmə belə qərar çıxarıb.O, cəzasının qalan hissəsindən şərti olaraq azad edilib.Məhkəmə məhkumun cəzasının bitməsinə 1 ildən bir az artıq vaxt qalmasını, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və məhkumun xəstəliyini nəzərə alıb.Xatırladaq ki, Vilyam Hacıyev 2012-2020-ci illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olub.5 may 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin RİH-nin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.Daha sonra onun cəzası 12 ildən 8 il 6 aya endirilib....

27 Noyabr 2026, 14:34