Bizə yazın

Baku

-°C

USD

-

Həbsxanaya 6 büküm narkotik keçirmək istədi - Foto 

Hadisə 27 Noyabr 2026, 13:42

485

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik vasitə və psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Citypost.az xəbər verir ki, 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış zamanı 6 bükümdə ümumi çəkisi 5,874 qram olan heroin və 2,408 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların və maddələrin ötürülməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Problemlərinizi bizə bildirin

077 323 55 66

42 yaşlı rəis qəfil vəfat etdi - Foto

“Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli şəxsi vəfat edib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, qurumun Qəbələ stansiyasının rəisi Faiq Mustafayev dünyasını dəyişib.Onun ölümünə qəfil ürəktutmanın səbəb olduğu bildirilir.Qeyd edək ki, F.Mustafayev 1984-cü ildə anadan olub.

27 Noyabr 2026, 13:50

Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir?

Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evində axtarışda olan şəxsin gizlədildiyi müəyyənləşib.Oxu.Az xəbər verir ki, axtarışda olan şəxsin bilə-bilə həmin evdə gizlədildiyi məlum olub. Bəs axtarışda olan şəxsi bilərəkdən gizlədən şəxsi hansı cəza gözləyir?Qeyd edək ki, Cinayət Məcəlləsinin 307-ci maddəsi cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmədən bəhs edir.Həmin məcəllənin 307.1-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə min beş yüz manatdan iki min beş yüz manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə...

27 Noyabr 2026, 11:13

Aparıcı Fira Cəlilovanın bağ evi ilə bağlı iddialarla əlaqədar saxlanılan şəxsin fotosu yayılıb

Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialarla əlaqədar saxlanılan şəxsin fotosu yayılıb.Citypost.az xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

27 Noyabr 2026, 10:29

Ağsuda üzərinə ağac düşən uşaq ölüb

Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb.Citypost.az xəbər verir ki, 2020-ci il təvəllüdlü Abdullayev Ramal Ehtiram oğlu Ağsu rayonunda atasına məxsus torpaq sahəsində xırdabuynuzlu heyvanları otararkən güclü külək nəticəsində çinar ağacı qırılaraq üzərinə düşməsi nəticəsində ölüb.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

27 Noyabr 2026, 09:51

Aparıcı Fira Cəlilovanın bağ evi ilə bağlı iddialarla əlaqədar bir nəfər saxlanılıb

Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialara aydınlıq gətirilib.APA-nın. sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Araşdırma aparılır.

27 Noyabr 2026, 09:30

Şəmkirdə ayı həyətə girdi

Şəmkir rayonunda vəhşi heyvanın yaşayış sahəsinə yaxınlaşması qeydə alınıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, hadisə rayonun Keçili (Xuluf) kəndində, yerli sakinlər arasında klub kimi tanınan ərazinin yaxınlığında baş verib.Xüsusilə axşam və gecə saatlarında kənd sakinlərinin ehtiyatlı olmaları, mal-qaranı və həyətyanı sahələri nəzarətsiz qoymamaları tövsiyə olunur.

27 Noyabr 2026, 07:15