Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Bayramov estoniyalı həmkarı ilə görüşün əsas məqsədini açıqladı

Siyasət 27 Noyabr 2026, 12:50

416

Estoniya xarici işlər naziri Marqus Tshakna ilə bugünkü görüşün əsas məqsədlərindən biri bu ölkənin Bakıdakı səfirliyinin açılışıdır.

Citypost.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkn ilə brifinqdə deyib.

Nazir qeyd edib ki, iki ölkə arasında münasibətlər hər zaman müsbət məcrada injkişaf edib, son illərdə isə çox ciddi dinamika hiss olunur.

O deyib ki, ötən ilin oktyabrında da həmkarının Azərbaycana səfəri olub, eləcə də bu il ərzində də təmaslar davam etdirilib:

"Estoniyanın Azərbaycanda ilk rezident səfirini bu gündən ölkədə fəaliyyətə başlaması münasibəti ilə təbrik edirəm. Həm Estoniyanın Bakıdakı, həm də Azərbaycanın Tallindəki səfirlikləri ölkələr arasında olan münasibətlərə müsbət töhfələrini vermək iqtidarında olacaqlar".

Problemlərinizi bizə bildirin

077 323 55 66

Estoniyalı nazir Azərbaycan-Ermənistan münasibətlərindən danışdı

Son bir il yarım ərzində ölkələrimiz arasında münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib.Citypost.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.“Özəl sektor şirkətlərinin fəallığı və dövlətlərarası münasibətlərimizin dinamikası ortaq maraqlarımızın mövcudluğundan xəbər verir. Azərbaycanın enerji sahəsindəki təcrübəsi, Şərq-Qərb və Orta Dəhliz layihələri, eyni zamanda, regionda normallaşma prosesi böyük perspektivlər vəd edir.Ermənistanda da səfirliyimizi açmışıq. Bu, regiona marağımızın və Cənubi Qafqazda iştirakımızı genişləndirmək niyyətimizin göstəricisidir. Cənab Prezident İlham Əliyevlə görüşümüz zamanı qlobal təhlükəsizliklə bağlı narahatlıqlarımızı da müzakirə etdik”, - estoniyalı nazir vurğulayıb....

27 Noyabr 2026, 12:58

Azərbaycanda neçə estoniyalı tələbə təhsil alır? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda Estoniyadan 200 tələbə təhsil alır.Citypost.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tshakna ilə brifinqdə deyib.Nazir deyib ki, görüş zamanı iki ölkənin beynəlxalq təşkilatlardakı münasibətləri də müzakirə edilib:"Estoniya Avropa İttifaqının çox önəmli və fəal üzvüdür. Görüşümz zamaanı Avropa İttifaqı-Azərbaycan münasibətləri də müzakirə edildi".C.Bayramov ikitərəfli əlaqələrin digər istiqamətlərinə toxunaraq Azərbaycanda Estoniyadan 200 tələbənin təhsil aldığını, həmçinin ötən il bu ölkədən Azərbaycana 2000-ə yaxın turistin gəldiyini bildirib:"Həmçinin təhsil müəssisələri arasında akademik mübadilə proqramları və akademik əlaqələr mövcuddur. Bunlar bizim tərəfdən müsbət qarşılanır, bu fəaliyyətə hər iki tərəfdən dəstək verilir"....

27 Noyabr 2026, 12:55

Ceyhun Bayramov: Azərbaycan Avropaya qaz və yaşıl enerji ixracını genişləndirə bilər

Xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkna ilə görüşündə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu barədə fikir mübadiləsi aparıb.Citypost.az xəbər verir ki, bu barədə C.Bayramov estoniyalı həmkarı ilə birgə keçirilən brifinqdə deyib.Onun sözlərinə görə, bu xüsusda qaz təchizatı, eləcə də hazırda Avropa İttifaqının dəstəyi və üzv ölkələrin iştirakı ilə olan "yaşıl enerji" ilə bağlı müzakirələr olub.Nazir deyib ki, görüş zamanı Orta Dəhliz də müzakirə mövzusu olub, bu da iki ölkənin maraqları ilə üst-üstə düşür....

27 Noyabr 2026, 12:52

Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Estoniya xarici işlər naziri Marqus Tsahkna arasında geniştərkibli görüş olub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.Görüş zamanı nazirlər Azərbaycan-Estoniya münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də əsas regional və beynəlxalq məsələlər ətrafında ətraflı müzakirələr aparıblar.Nazirlər ikitərəfli təmasların və qarşılıqlı səfərlərin intensivləşməsini məmnunluqla qeyd edərək, siyasi dialoqun gücləndirilməsinin, xarici işlər nazirlikləri arasında müntəzəm siyasi və konsulluq məsləhətləşmələrinin davam etdirilməsinin, həmçinin parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.Ceyhun Bayramov 2026-cı ildə Estoniyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması münasibətilə estoniyalı həmkarını təbrik edib. O, səfirliyin...

27 Noyabr 2026, 12:47

Prezidentin sosial şəbəkə hesablarında Estoniya XİN rəhbərinin rəsmi qəbulu ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanın rəsmi qəbulu ilə bağlı videoçarx paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:President Ilham Aliyev received Minister of Foreign Affairs of the Republic of Estonia Margus Tsahkna. https://t.co/7HIWPHBa6x— Ilham Aliyev (@presidentaz) November 27, 2026

27 Noyabr 2026, 12:12

Bakıda Azərbaycan və Estoniya XİN rəhbərlərinin görüşü keçirilir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.Qeyd olunub ki, Marqus Tsahkna Azərbaycan Xarici İşlər Nazirliyində Ceyhun Bayramov tərəfindən qarşılanıb.

27 Noyabr 2026, 12:10