Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçən iki nəfər saxlanılıb
Dünya 27 Noyabr 2026, 11:30
268
Gürcüstanda dövlət sərhədini qrup halında qanunsuz keçmə, külli miqdarda narkotik vasitənin qanunsuz yolla ölkəyə gətirilməsi və saxlanılması faktlarına görə iki nəfər saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisi məlumat yayıb.
Həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində saxlanılan şəxslərin Azərbaycan-Gürcüstan dövlət sərhədindəki “Qırmızı körpü” sərhəd sahəsinin “Vaxtanqisi” bölməsindən qanunsuz keçdikləri müəyyən edilib.
Həmçinin oxuyun
Onlardan birinin üzərində aparılan axtarış zamanı plastik paketdə olan “tebain” adlı narkotik vasitə aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq aparılır. Törədilmiş cinayət əməllərinə görə 12 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Niqabı rəsmən qadağan etdilər
İtaliya parlamenti Baş nazir Ciorcia Meloninin sağçı koalisiya hökuməti tərəfindən hazırlanan və ölkədə ciddi müzakirələrə səbəb olan yeni təhsil qanununu qəbul edib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, noyabrın 19-da Senatda təsdiqlənən sənəd 400 yerlik Deputatlar Palatasında 112 əleyhinə, 142 lehinə səslə qəbul edilərək qanuni qüvvəyə minib.Yeni qaydalara əsasən, İtaliya məktəblərində şagirdlərin niqab taxması rəsmən qadağan olunur. Bununla yanaşı, siniflərdə italyan dilini kifayət qədər bilməyən əcnəbi şagirdlərin sayına 30 faizlik limit tətbiq edilir və xarici valideynlər üçün italyan dilini öyrənmək məcburi hala gətirilir. Sənəddə həmçinin əlilliyi olan şagirdlərə dəstək, kiberhücumlarla mübarizə və şagirdlərin dərsdən yayınmasının qarşısının alınması kimi tədbirlər də yer...
27 Noyabr 2026, 10:45
Gürcüstandakı qalmaqal böyüyür - Nazirlər də işə qarışdı
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının 5-ci turunda Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel” (İsrail) matçında tribunadakı gərginlik və polisin müdaxiləsi səbəbindən oyun müvəqqəti dayandırılıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, “Batumi Dinamo” stadionunda oynanılan görüşün 25-ci dəqiqəsində türkiyəli azarkeşlərin Fələstinə dəstək bannerləri və bayraqları açmasından sonra tribunada qalmaqal yaşanıb.Gürcüstan polisi “Beşiktaş” tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Qazdan təsirlənən azarkeşlərə tibbi yardım göstərilərkən, futbolçular tribunaların önünə gedərək azarkeşləri sakitləşdirməyə çalışıblar. Gərginliyin davam etməsi səbəbindən danimarkalı baş hakim Morten Kroq oyunu dayandıraraq komandaları soyunma otağına aparıb. Təxminən 5 dəqiqəlik isinmə hərəkətlərindən sonra matç bərpa olunub və “Beşiktaş”ın 2:1 hesablı qələbəsi...
27 Noyabr 2026, 09:57
Brüssel evsizlər üçün sığınacaq yerlərinin sayını artırır
Brüsseldə qış mövsümü ərəfəsində evsiz insanlar üçün əlavə sığınacaq yerləri yaradılır.Citypost.az “The Brussels Times” nəşrinə istinadən xəbər verir ki, regional hökumət bu qış üçün artıq 200 əlavə yer istifadəyə verib. Onlardan 130-u subay kişilər, 70-i isə digər ehtiyac sahibləri üçün nəzərdə tutulub.Bildirilib ki, ailələr üçün sığınacaq müraciətləri bir il ərzində 61 faiz artıb. 2026-cı ilin oktyabr ayının sonuna olan məlumata görə, Brüsseldə 2865 təcili sığınacaq yeri mövcud olub. Uzunmüddətli yaşayış və dəstək üçün isə əlavə 991 yer ayrılıb.Bununla yanaşı, federal maliyyələşmənin azaldılması sığınacaq xidmətlərinə ciddi maliyyə təzyiqi yaradır.Turan...
27 Noyabr 2026, 09:35
Rumıniyada ifrat sağçı partiyanın lideri zorakılığa təhrikdə ittiham olunur
Rumıniyanın ifrat sağçı AUR partiyasının lideri Corc Simion ictimaiyyəti zorakılığa çağırmaqda ittiham olunur.Citypost.az “Balkan Insight” nəşrinə istinadən xəbər verir ki, prokurorlar Simionun 2025-ci ilin martında Mərkəzi Seçki Bürosunun prezidentliyə namizəd Kalin Corceskunun namizədliyini rədd etməsindən sonra sosial şəbəkədə yaydığı video ilə bağlı ittiham irəli sürüblər.İddialara görə, Simion videoda Seçki Bürosunun üzvlərinə qarşı zorakılığa çağırış edib. Həmin gün qurumun binası qarşısında keçirilən etiraz aksiyası zamanı iğtişaşlar baş verib, əmlaka ziyan dəyib və jandarmlar yaralanıb.Simion ittihamları rədd edərək işi siyasi motivli adlandırıb. Rumıniya qanunvericiliyinə əsasən, ictimai təhrikə görə üç aydan üç ilədək həbs və ya cərimə nəzərdə tutulur.Turan...
27 Noyabr 2026, 09:32
Meksikalı yazıçı ögey atasını uşaqlıqda cinsi zorakılıqda ittiham edir
Meksikalı yazıçı Ximena Santaolalla ögey atası, media maqnatı Fransisko Agirre Qomezi uşaqlıq illərində ona qarşı cinsi zorakılıq törətməkdə ittiham edib.Citypost.az “The Rio Times” nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı yazıçı hadisələrin 1997-ci ilədək davam etdiyini iddia edib. O, 2019-cu ildə Fransada şikayət etsə də, iş yurisdiksiya səbəbindən araşdırılmayıb.İttihamları irəli sürülən 85 yaşlı keçmiş media rəhbəri məsələ ilə bağlı açıq açıqlama verməyib. Təmsil etdiyi “Grupo Radio Centro” şirkəti isə onun noyabrın 18-də idarə heyətinin rəhbərliyindən ayrıldığını bildirərək zorakılığa qarşı sıfır tolerantlıq mövqeyini açıqlayıb.Meksika Prezidenti Klaudiya Şeynbaum yazıçıya dəstəyini ifadə edib. Hazırda Meksikada bu iddialarla bağlı məhkəmə işi başlanmayıb....
27 Noyabr 2026, 00:55
Rumıniyada mer şantaj və qanunsuz saxlanılma işi üzrə istintaqa cəlb olunub
Rumıniyanın Baia Mare şəhərinin meri Doru İoan Dankuşun narkotik istifadəsinə məcbur edilməsi və görüntülərlə şantaj olunması iddiası ilə bağlı üç nəfər həbs edilib.Citypost.az “Romania Insider” nəşrinə istinadən xəbər verir ki, 32 və 34 yaşlı iki kişi və 34 yaşlı qadın 30 gün müddətinə məhkəməyəqədər həbs olunublar.Şübhəlilər mütəşəkkil cinayətkar dəstə yaratmaq, şantaj, qanunsuz azadlıqdan məhrum etmə və zorlama cəhdində ittiham olunurlar. Onlardan ikisi, həmçinin yüksək riskli narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı araşdırılır.Prokurorluğun açıqlamasında zərərçəkənin adı çəkilməsə də, mer Doru İoan Dankuş mediaya açıqlamasında hadisənin qurbanı olduğunu bildirib.Turan...
27 Noyabr 2026, 00:38