Zahid Oruc:“Prezidentin növbəti əmlak amnistiyası qərarını alqışalyırıq”…
Siyasət 27 Noyabr 2026, 16:00
1663
Müzakirəmizə təqdim olunan qanun layihəsi dövlətimizin həyata keçirdiyi əmlak amnistiyası siyasətinin növbəti nümunəsidir. Mülki Məcəllənin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrinə torpaq sahəsinin planı və ölçüsü sənədinin dövlət qeydiyyatı üçün əsas sayılması barədə müddəa əlavə olunur. Hüquqi təşəbbüs on illərdir torpağından istifadə edən, lakin mülkiyyət hüququnu rəsmiləşdirə bilməyən vətəndaşlar üçün humanist xarakterli mühüm qərar olduğu üçün onu müdafiə edirik. Layihənin nə qədər vətəndaşı əhatə edəcəyinə dair məlumatıların da yer almasına ehtiyac var.
Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı sahələrin bir hissəsi 2006-cı il iyulun 6-dək mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələrlə rəsmiləşdirilirdi. Sonradan çıxarış sisteminə keçildi, lakin bir sıra vətəndaşlara yalnız torpaq sahəsinin planı və ölçüsü sənədi verildi. Eyni hüquqi əsaslarla torpaq alan insanlar arasında iki fərqli vəziyyət yarandı: birinin şəhadətnaməsi mülkiyyət hüququnun qeydiyyatı üçün kifayət edirdi, digərinin plan-ölçü sənədi isə hüquqmüəyyənedici sənəd sayılmırdı.
İndi yaranan uyğunsuzluğun aradan qaldırılması nəzərdə tutulur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək tərtib olunmuş plan-ölçü sənədləri müəyyən edilmiş hallarda dövlət qeydiyyatının hüquqi əsasına çevriləcək.
Prezident İlham Əliyev daşınmaz əmlakın dövlət qeydiyyatını hüquqi və sosial islahatlar kimi uzun illərdir davamlı şəkildə həyata keçirir. Xüsusilə də 2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyətindəki müşavirədən sonra paytaxtda və ətraf qəsəbələrdə sənədsiz evlərin kütləvi qeydiyyatı aparıldı, qısa müddətdə 114 minə yaxın vətəndaşın əmlak hüququ tanındı. 2015-ci il yanvarın 13-də verilən Fərman sovet dövründən qalan sənədləri hüquqi əsas kimi qəbul etdi. 2023-cü il iyunun 14-də imzalanan Fərman qeyri-yaşayış obyektlərinin rəsmiləşdirilməsi və təhlükəsizlik tələblərinə cavab verən obyektlərin istismarına icazə üçün xüsusi mexanizm yaratdı. Rəsmi açıqlamaya görə 40 mindən çox qeyri-yaşayış tikilisinin statusu həll olunacaqdı. Əhalinin əmlak əfvi adlandırdığı qərar sahibkarlığa, iş yerlərinə və əmlak bazarına birbaşa təsir edirdi.
Rəsmi məlumatlara görə, 2025-ci ilin oktyabrınadək təxminən 19 minə yaxın müraciət daxil olmuşdu, yalnız 4 minə yaxın obyekt reyestrdə qeydiyyata alınmışdı. Rəqəmlər göstərir ki, prosesin daha da sürətlənməsinə ehtiyac var.
Araşdırmalar zamanı vahid portalda müraciətlərin qəbulu əlçatan olsa da, sonrakı mərhələlərdə dövlət qurumları arasında məlumat mübadiləsinin aylarla uzanması, yoxlamaların qeyri-məhdud qaydada davam etməsi və texniki rəylər obyektlərin rəsmiləşməsinə imkan vermir.
Nəhayət, Prezidentin 16 iyul 2025-ci il tarixli Fərmanı qeydiyyatalma siyasətinə əlavə təkan verdi. 2001-ci il yanvarın 1-dək verilən torpaq ayırma qərarları, təsərrüfatbaşı kitablarından çıxarışlar, texniki pasportlar, sovxoz direktorunun əmri qeydiyyat üçün əsas kimi qəbul olundu, on minlərlə həyət evinin sahibi çıxarış almaq imkanı qazandı.
Sənədsiz evlərin və torpaq sahələrinin sayı haqqında uzun illərdir fərqli rəqəmlər səsləndirilir, lakin qeyri-rəsmi statistika vahid inventarlaşdırmaya əsaslanmır. Biz bu problemləri bir-birindən fərqləndirməliyik. Birinci qrupda vaxtilə qanuni əsaslarla torpaq və mənzil əldə etmiş, lakin sənədləri tam rəsmiləşdirilməmiş vətəndaşlar dayanır. İkinci qrupda torpaq üzərində hüququ müəyyən qədər təsdiqlənən, amma tikinti sənədləri olmayan evlər var. Üçüncü qrup isə dövlət, bələdiyyə, kənd təsərrüfatı, sənaye və digər təyinatlı torpaqlarda icazəsiz tikilmiş obyektlərdən ibarətdir. Fərqli qrupların hüquqi vəziyyəti müxtəlifdir və onlara eyni qaydanı tətbiq etmək mümkün olmaz.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin problemin mürəkkəbliyini göstərir. Onun bildirdiyinə görə, quruma daxil olan müvafiq müraciətlərin 70 faizdən çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda yaranmış yaşayış massivləri ilə bağlıdır.
Əmlak Məsələləri Dövlət Xidmətinin peşəkar fəaliyyətini xüsusi qeyd edərək, elektron qeydiyyat, torpaq koordinatlarının dəqiqləşdirilməsi və vahid kadastr sisteminin yaradılması sahəsində yeni imkanların formalaşdığını xüsusi qeyd etmək olar. 2025-ci ildə ölkə üzrə 364 min 136 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. Onların 70 min 596-sı ilkin, 293 min 540-ı isə təkrar qeydiyyat olub.
Lakin qeydiyyatsız əmlakın sosial nəticələri ağırdır. Vətəndaş sənədsiz evi vərəsəlik hüququ ilə ötürə, sata, girov qoyub kredit ala bilmir. 2023-cü ildən sonra rəsmi sənədi olmayan evlərə qaz və digər kommunal xidmətlər də göstərilmir, əmlakın bazar dəyəri xeyli aşağı düşür.
Bakı və Abşeron ərazisində dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri ilə bağlı aparılmış son araşdırma problemin əsl miqyasını göstərir. Birinci nəticə odur ki, söhbət müvəqqəti tikililərdən getmir, on illərlə formalaşan yaşayış massivlərindən gedir. Sorğuda iştirak edən ailələrin 33,2 faizi sənədsiz evlərdə 20 ildən artıq, daha 36,8 faizi isə 10 ildən 20 ilə qədər yaşayır. Yəni ailələrin təxminən 70 faizi on ildən çoxdur eyni ünvanda məskunlaşıb.
Araşdırmanın sosial mahiyyəti də çox önəmlidir. Sorğuda iştirak edənlərin 27,9 faizinin aylıq gəliri 400 manat və ondan aşağı, 35,6 faizinin isə 400–1000 manat arasındadır. Deməli, sənədsiz evlərdə yaşayanların əhəmiyyətli hissəsi aztəminatlı və orta gəlirli ailələrdir. Uzun müddətli problemin həlli dövlətimizin əhalinin həssas təbəqələrinə göstərdiyi qayğının nümunəsi olacaq.
Sənədsiz evlərin 81 faizi birmərtəbəlidir, böyük hissəsi 51–150 kvadratmetr ölçüsünə malik fərdi yaşayış sahələridir. Evlərin 60 faizini sakinlər özləri tikib, 27 faizini satın alıb. Deməli, rəsmiləşməyən evlərin hamısına eyni hüquqi yanaşma tətbiq etmək olmaz.
2023-cü ilədək tikilən sənədsiz evlərin böyük əksəriyyəti kommunal xidmətlərlə təmin olunub: 100 faizinə elektrik, 98 faizinə qaz, 88 faizinə isə su xətti çəkilib. Lakin yalnız 47 faizi mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub. Göründüyü kimi, dövlətin kommunal xidmət qurumları uzun illər sənədsiz evləri faktiki yaşayış vahidi kimi qəbul edib, lakin mülkiyyət hüquqları rəsmiləşdirilməyib.
Ölkəmizdə mərhələli əmlak amnistiyasına və bütün qeydiyyat məlumatlarını birləşdirən vahid dövlət proqramına ehtiyac var. Sənəddə bütün sənədsiz evlər və torpaqlar vahid bazada inventarlaşdırılmalı, qeydiyyata yararlı olanlar məhkəməyə getmədən sadələşdirilmiş qaydada rəsmiləşdirilməli, mühafizə zonaları və təhlükəli ərazilər amnistiyadan kənarda saxlanılmalı, həmin ərazilərin sakinlərinə isə alternativ təkliflər edilməlidir. Lakin amnistiya yeni qanunsuz tikintilərə də yol açmamalıdır.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması əmlakın dövlət qeydiyyatı sahəsində tarixi qərarlar üçün fürsətdir.
Estoniyalı nazir: Aİ Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
Azərbaycanla regional əməkdaşlığı genişləndirmək istəyirik.Citypost.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.“Energetika, investisiyalar və ticarət dəhlizləri sahələrində əməkdaşlığın artırılmasında maraqlıyıq. Avropa İttifaqı olaraq Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət veririk. Bununla yanaşı, rəqəmsallaşma, müdafiə sənayesi və süni intellekt sahələrində də əməkdaşlığın inkişafında maraqlıyıq”, - estoniyalı nazir qeyd edib.
27 Noyabr 2026, 13:05
Estoniya-Rusiya sərhədi dekabrın 1-dən bağlanacaq – XİN rəhbərindən AÇIQLAMA
Rusiya ilə Estoniya arasında sərhəd dekabrın 1-dən bağlanacaq.Citypost.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.O bildirib ki, bu baxımdan bütün regiona mesaj vermək lazımdır. Nazir qonşu ölkələrə Ukraynada sülhlə bağlı göstərdikləri dəstəyə görə təşəkkür edib.
27 Noyabr 2026, 13:01
Estoniyalı nazir Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
Son bir il yarım ərzində ölkələrimiz arasında münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib.Citypost.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.“Özəl sektor şirkətlərinin fəallığı və dövlətlərarası münasibətlərimizin dinamikası ortaq maraqlarımızın mövcudluğundan xəbər verir. Azərbaycanın enerji sahəsindəki təcrübəsi, Şərq-Qərb və Orta Dəhliz layihələri, eyni zamanda, regionda normallaşma prosesi böyük perspektivlər vəd edir.Ermənistanda da səfirliyimizi açmışıq. Bu, regiona marağımızın və Cənubi Qafqazda iştirakımızı genişləndirmək niyyətimizin göstəricisidir. Cənab Prezident İlham Əliyevlə görüşümüz zamanı qlobal təhlükəsizliklə bağlı narahatlıqlarımızı da müzakirə etdik”, - estoniyalı nazir vurğulayıb....
27 Noyabr 2026, 12:58
Azərbaycanda neçə estoniyalı tələbə təhsil alır? – RƏSMİ AÇIQLAMA
Azərbaycanda Estoniyadan 200 tələbə təhsil alır.Citypost.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tshakna ilə brifinqdə deyib.Nazir deyib ki, görüş zamanı iki ölkənin beynəlxalq təşkilatlardakı münasibətləri də müzakirə edilib:"Estoniya Avropa İttifaqının çox önəmli və fəal üzvüdür. Görüşümz zamaanı Avropa İttifaqı-Azərbaycan münasibətləri də müzakirə edildi".C.Bayramov ikitərəfli əlaqələrin digər istiqamətlərinə toxunaraq Azərbaycanda Estoniyadan 200 tələbənin təhsil aldığını, həmçinin ötən il bu ölkədən Azərbaycana 2000-ə yaxın turistin gəldiyini bildirib:"Həmçinin təhsil müəssisələri arasında akademik mübadilə proqramları və akademik əlaqələr mövcuddur. Bunlar bizim tərəfdən müsbət qarşılanır, bu fəaliyyətə hər iki tərəfdən dəstək verilir"....
27 Noyabr 2026, 12:55
Ceyhun Bayramov: Azərbaycan Avropaya qaz və yaşıl enerji ixracını genişləndirə bilər
Xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkna ilə görüşündə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu barədə fikir mübadiləsi aparıb.Citypost.az xəbər verir ki, bu barədə C.Bayramov estoniyalı həmkarı ilə birgə keçirilən brifinqdə deyib.Onun sözlərinə görə, bu xüsusda qaz təchizatı, eləcə də hazırda Avropa İttifaqının dəstəyi və üzv ölkələrin iştirakı ilə olan "yaşıl enerji" ilə bağlı müzakirələr olub.Nazir deyib ki, görüş zamanı Orta Dəhliz də müzakirə mövzusu olub, bu da iki ölkənin maraqları ilə üst-üstə düşür....
27 Noyabr 2026, 12:52
Ceyhun Bayramov estoniyalı həmkarı ilə görüşün əsas məqsədini açıqladı
Estoniya xarici işlər naziri Marqus Tshakna ilə bugünkü görüşün əsas məqsədlərindən biri bu ölkənin Bakıdakı səfirliyinin açılışıdır.Citypost.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkn ilə brifinqdə deyib.Nazir qeyd edib ki, iki ölkə arasında münasibətlər hər zaman müsbət məcrada injkişaf edib, son illərdə isə çox ciddi dinamika hiss olunur.O deyib ki, ötən ilin oktyabrında da həmkarının Azərbaycana səfəri olub, eləcə də bu il ərzində də təmaslar davam etdirilib:"Estoniyanın Azərbaycanda ilk rezident səfirini bu gündən ölkədə fəaliyyətə başlaması münasibəti ilə təbrik edirəm. Həm Estoniyanın Bakıdakı, həm də Azərbaycanın Tallindəki səfirlikləri ölkələr arasında olan münasibətlərə müsbət...
27 Noyabr 2026, 12:50