Məşhur hakim səhvini etiraf edib üzr istədi
İdman 27 Noyabr 2026, 13:06
284
Polşalı FIFA referisi Şimon Marçinyak UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçirilən “Sportinq” – “Mançester Yunayted” (2:2) matçında səhvə yol verdiyini etiraf edib.
Citypost.az QOL.az-a istinadən xəbər verir ki, təcrübəli hakim bu barədə instaqram hesabında paylaşım edib. Qarşılaşmada İngiltərə təmsilçisinin futbolçusu Amad Diallonun vurduğu qolu ləğv edən Marçinyak qərarının yanlış olduğunu bildirib:
“Amad Diallonun qolunu ləğv etmək qərarıma görə “Mançester Yunayted”in futbolçularından və azarkeşlərindən səmimi qəlbdən üzr istəmək istəyirəm.
Həmin anda Tilemansın sürüşərək topa müdaxiləsini aydın gördüyümü düşünürdüm. Ancaq oyundan sonra epizodu yenidən izləyərkən başqa rakursdan bunun qayda pozuntusu olmadığını aydın şəkildə gördüm.
Həmçinin oxuyun
Matçdan sonra bütün hakimlər bu epizodu müzakirə etmək üçün bir araya gəldilər. Lakin artıq meydanda qərar verilmişdi.
Çempionlar Liqasında “Sportinq” – “Mançester Yunayted” kimi əhəmiyyətli bir qarşılaşmada VAR-la məsləhətləşmədən belə həlledici qərar verməməli idim. Bu, oyun ərzində verdiyim yeganə yanlış qərar idi.
“Mançester Yunayted”in futbolçularının və azarkeşlərinin məyusluğunu tam anlayıram. Səhvə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Bu, yanlış qərar idi və buna görə səmimi qəlbdən üzr istəyirəm”.
Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçilib
Gənclər və İdman Nazirliyinin kollegiya iclasında 2028-ci il üçün "Gənclər paytaxtı" və "İdman paytaxtı" müəyyənləşib.Citypost.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçilib.Qeyd edək ki, bu statuslar çərçivəsində il ərzində müvafiq şəhərlərdə gənclər və idman sahələri üzrə müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.
27 Noyabr 2026, 09:20
“Fələstinə dəstək adı ilə öz klublarına zərər vurdular” – Natiq Muxtarlı
İdman jurnalisti Natiq Muxtarlı “Beşiktaş”ın İsrail təmsilçisi ilə Avropa Liqası çərçivəsində keçirilən oyununda baş verən insidentə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.O qeyd edib ki, Fələstinə dəstək nümayiş etdirmək məqsədilə baş verən etirazlar zamanı stadionda iğtişaş törədilib, oturacaqlar sındırılıb və rəqib komandaya müxtəlif əşyalar atılıb. Muxtarlının sözlərinə görə, hadisələr səbəbindən qarşılaşma dayandırılıb.Jurnalist hesab edir ki, baş verənlərə görə əsas zərər “Beşiktaş”a və Türkiyə futboluna dəyə bilər. O, UEFA-nın kluba ağır cəza tətbiq edə biləcəyini vurğulayıb.N.Muxtarlı paylaşımında İsrail komandasının heyətində Əhməd adlı ərəb futbolçunun da çıxış etdiyini xatırladıb və İsrail klublarının heyətində ərəb futbolçuların yer...
27 Noyabr 2026, 00:35
"Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib
"Sabah" klubu Bakıda "Barselona" ilə qarşılaşmanı izləmək üçün Azərbaycana gələn rusiyalı azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.Klubun yaydığı açıqlamada mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verildiyi bildirilib.Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn, 1987-ci il təvəllüdlü Anton Petrişşev Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ikinci hissəsində qəfil özünü pis hiss edib və dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə ürəktutması səbəb olub.Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Barselona"ya 1:4 hesabı ilə uduzub....
26 Noyabr 2026, 19:27
Flik “Sabah”ın vurduğu qola belə əsəbiləşdi
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Sabah”ın vurduğu qola əsəbiləşib.Citypost.az “Qafqazinfo” xəbər verir ki, matçın favoriti olan kataloniya klubunun çalışdırıcısını Azərbaycan təmsilçisinin qol vurması özündən çıxarıb. O, əsəbiləşərək meydanın kənarındakı topa təpik vurub. Qeyd edək ki, “Sabah” – “Barselona” matçı 1:4 hesabı ilə başa çatıb. Masazır klubunun yeganə qolunu 63-cü dəqiqədə Coy-Lens Mikels vurub.
26 Noyabr 2026, 14:03
Litvalı nazir “Sabah”ın baş məşqçisini mükafatlandırdı
Azərbaycanda səfərdə olan Litva xarici işlər naziri Kestutis Budris “Sabah” futbol klubunun litvalı baş məşqçisi Valdas Dambrauskasa ölkəsinin “Diplomatiya ulduzu” mükafatını təqdim edib.Citypost.az xəbər verir ki, nazirin sözlərinə görə, bəzən diplomatiya qapalı qapılar arxasında keçirilən görüşlər və ya müqavilələrlə məhdudlaşmır, o, daha maraqlı bir vasitə – futbolla da həyata keçirilə bilər.“Sabah” FK-nın baş məşqçisi Valdas Dambrauskasa Litvanın “Diplomatiya ulduzu” mükafatını təqdim etməkdən qürur duyuruq. O, Çempionlar Liqasında bir komandaya rəhbərlik edən ilk litvalı məşqçidir. Məişət texnikasıFədakarlığınıza, zəhmətinizə və Litvanı dünya futbol ictimaiyyətində tanıtdığınıza görə təşəkkür edirik”, - Budris yazıb....
26 Noyabr 2026, 12:40
"Yaxşı ki, yüngül qaçış etmədilər" – Natiq Muxtarlıdan “Sabah”a İRONİYA
İdman jurnalisti və köşə yazarı Natiq Muxtarlı “Barselona”nın Bakıya səfəri və “Sabah”la oyunla bağlı fikirlərini bölüşüb. Citypost.az xəbər verir ki, jurnalist bu görüşün ardınca emosiyaya qapılmağın, təəssüflənməyin gərəksiz olduğunu bildirib.Jurnalistin sözlərinə görə, “Barselona” Bakıda “var-gəl edib”, “Sabah” isə bu zaman ora-bura qaçmaq, hətta qol vurmaq şansı əldə edib: “Birini də vurdu”.N.Muxtarlı qeyd edib ki, “Barsa” arabir templi oynamağa başlayanda “Sabah” təngnəfəs qalıb və hər şey öz yerini tapıb. O, ironiya ilə əlavə edib ki, yaxşı ki, “Barselona” Bakıda yüngül qaçış haqda düşünməyib, əks halda nəticə daha ağır ola bilərdi.Turan ...
26 Noyabr 2026, 00:34