İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 27 Noyabr 2026, 13:15
432
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserinə və Kürdəmir Rayon Psixiatriya Xəstəxanasına başçəkmələr həyata keçirilib, tibb müəssisələrində nöqsanlar aşkar edilib.
Bu barədə Citypost.az-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, başçəkmələrin məqsədi müəssisələrdə pasiyentlərin saxlanma şəraitinin, onlarla rəftarın, psixiatriya yardımının təşkilinin, habelə hüquqlarının və qanuni mənafelərinin təmin olunması vəziyyətinin araşdırılması olub.
Müəyyən edilib ki, hər iki müəssisədə pasiyentlərin mövsümə uyğun geyim və şəxsi gigiyena vasitələri ilə təminatı lazımi səviyyədə deyil, yataq ləvazimatları istifadəyə yararsız vəziyyətdədir. Həmçinin qidalanmanın təşkilində və kadr təminatında çatışmazlıqlar, binalarda isə təmir ehtiyacı var.
Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserində ixtisaslı həkim ştatları üzrə vakansiyaların olduğu, qidalanmanın əvvəlcədən tərtib edilmiş və təsdiqlənmiş menyu əsasında təşkil edilmədiyi, gündəlik qida normalarına tam riayət olunmadığı müəyyənləşib. Bundan başqa, camaşırxana avadanlıqlarının işlək vəziyyətdə olmadığı aşkarlanıb. Qeyd olunub ki, kadr çatışmazlığı peşəkar tibbi xidmətlərin əlçatanlığına da təsir edir.
Həmçinin oxuyun
Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında isə kişi və qadın şöbələrinin bəzi palatalarında istilik olmadığı, sanitariya-gigiyenik şəraitin qənaətbəxş olmadığı, sanitar qovşaqlarının texniki vəziyyətində çatışmazlıqların mövcudluğu aşkarlanıb. Həmçinin pasiyentlərin qida rasionuna tərəvəzlərin daxil edilmədiyi və sənədləşmənin lazımi qaydada aparılmadığı müəyyən edilib.
Ombudsman Aparatından bildirilib ki, aşkar edilmiş hallar pasiyentlərin hüquqlarının daha səmərəli təmin edilməsi, saxlanma şəraitinin və psixiatriya yardımının təşkilinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsini zəruri edir.
Başçəkmələrin sonunda müəssisələrin rəhbərliyinə pasiyentlərin hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi, mövcud şəraitin yaxşılaşdırılması, psixiatriya yardımının təşkili və sənədləşmə işinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Başçəkmələrin nəticələri ilə bağlı Səhiyyə Nazirliyinə müraciət olunacaq.
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 1-i keçiriləcək
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 1-i keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova sessiyanın bugünkü iclasının yekununda məlumat verib.O qeyd edib ki, plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.
27 Noyabr 2026, 12:48
Bakıda gecə və səhər duman olacaq – HAVA PROQNOZU
Noyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.Citypost.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 55-65% təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq....
27 Noyabr 2026, 12:40
Mətbuat Şurasından mediaya ÇAĞIRIŞ: Yoxlanılmamış məlumatlar yayılmamalıdır
Azərbaycan Mətbuat Şurası informasiya məkanında baş verən proseslər zamanı media subyektlərindən və jurnalistlərdən peşəkarlığın nümayiş etdirilməsi tələbi ilə bağlı bəyanat yayıb. Citypost.az xəbər verir ki, bəyanatda son dövrlər bəzi media təqdimatlarında jurnalistikanın missiyasına uyğun olmayan, hadisələrin mahiyyətindən daha çox süni rezonans yaratmağa hesablanmış yanaşmaların müşahidə olunduğu bildirilib.“Azərbaycan Mətbuat Şurası hesab edir ki, jurnalistika ictimai maraq naminə deyil, auditoriyanın diqqətini cəlb etmək məqsədilə hadisələrdən istifadə vasitəsinə çevrilməməlidir. Xüsusilə, ayrı-ayrı tanınmış şəxslər, o cümlədən vəzifə səlahiyyətləri başa çatmış şəxslərlə bağlı yoxlanılmamış məlumatların, əsassız ittihamların və alçaldıcı ifadələrin yayılması yolverilməzdir. Belə təqdimatlar həm də ictimai müzakirə mədəniyyətinə xələl gətirir.Uşaqlarla bağlı məlumat və görüntülərin yayılmasında...
27 Noyabr 2026, 11:55
Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı
Məleykə Abbaszadə rektoru olduğu Bakı Dövlət Universitetinin (BDU) C korpusu ilə bağlı işçi qrupu yaradıb.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, öz "Facebook" hesabında məlumat yayıb.Rektor universitetdəki ilk iş həftəsində gördüyü işlərdən bəhs edib:"BDU-da rektor kimi fəaliyyətimin ilk həftəsi başa çatmaq üzrədir. İlk işim universitetin inzibati və akademik heyəti ilə tanışlıq oldu. Həftə ərzində prorektorlar və dekanlarla ilk ümumi görüşümüzü də keçirdik. Görüşdə BDU-nun gələcəyi və bu gələcəyin qurulmasında hər birimizin məsuliyyəti barədə danışdım.Əvvəlki nəsillərdən bizə miras qalan tarix və nüfuz BDU-nun böyük üstünlüyüdür. Bu irsi qorumaq və inkişaf etdirmək isə bizim məsuliyyətimizdir. Universitetin nüfuzunu hər gün təhsilin...
27 Noyabr 2026, 11:32
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.
27 Noyabr 2026, 11:25
Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirilib
Noyabrın 27-də Bakıda Estoniya Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.Citypost.az xəbər verir ki, mərasim Azərbaycan və Estoniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.Tədbirdə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak ediblər.Estoniyanın XİN başçısı ölkəsinin Dövlət bayrağını səfirliyin yerləşdiyi binanın qarşısında ucaldıb.Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib ki, ölkəsinin Bakıda səfirliyinin açılması ölkələrimiz arasında dostluq münasibətlərinə və uzunmüddətli əməkdaşlığa sadiqliyimizin göstəricisidir.Nazir Estoniya üçün Azərbaycanda səfirliyin açılmasının prioritet məsələlərdən biri olduğunu vurğulayıb.“Yeni səfirliklərin açılması heç də asan məsələ deyil. Bunun üçün maliyyə vəsaitinin ayrılması ilə bağlı danışıqlar aparmaq lazım gəlir. Lakin bizim üçün yeni...
27 Noyabr 2026, 11:23